AzTehsil.com


Müəllim
19 may 2016
16 860


Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA



Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDAŞəxsiyyətin formalaşmasında müəllim şagird münasibətlərində 49 qayda
1. Təlimin nəticələr Dərslərimizdə standartların tətbiqi;Təlimin fəal interaqtiv təlim çərçivəsində keçirilməsiniØüzərində qurulması; tələb edir.
2. • Şagirdlər həyatı bacarıqlar qazanır;
• Müasir təfəkkürə malik,
• Şəxsiyyətin formalaşmasına səbəb olur.
3. Müasir təhsil prosesinin yetişdirməyə çalışdığı insan:
•öyrənməyi öyrənən;
• yeni bilik qazanmağa çalışan;
•bu bilikləri həyatında tətbiq edən;
•cəmiyyətdə baş verən dəyişiklərlə ayaqlaşa bilən;
• eyni zamanda bu dəyişiklərin qaynağı olan insandır.
4. FƏAL İNTERAKTİV TƏLİMDƏ
• Şagirdə danışmaq,müzakirə etmək, qiymətləndirmək və seçmək şansı verilir.
• Şagird öyrəndiyi bilikləri köhnə biliklərlə əlaqələndirir və bir məna çıxararaq bunu gündəlik həyatında istifadə edir.
• Şagirdlərə analiz, sintez və qiymətləndirmə apara biləcəyi şərait yaradaraq onlara düşüncə qabiliyyətlərini inkişaf etdirmək fürsəti verilir.
5. FƏAL İNTERAKTİV TƏLİMDƏ Şagirdlərə müxtəlif mənbələrdən məlumat axtarıb tapmaları və bunlardan istifadə etmələrinə rəhbərlik edilir. Şagirdə birlikdə çalışmaq, aşkar etdiyi məlumatları yoldaşlarıyla bölüşmək və birgə yeni biliklər əldə etmək şəraiti və dəstəyi verilir. 6.Müəllimlər əsla hazır bilik verməzlər. Biliyin necə və harda qazanılacağına dair rəhbərlik edərlər. Müəllimlər, öyrənməyi asanlaşdıran və şagirdləri düşünməyə, araşdırmağa yönləndirir.
7. " Gələcəyin cahili, oxuya bilməyən adam olmayacaq. Necə öyrənəcəyini bilməyən adam olacaq." Alven Toffler
8. ÖYRƏNMƏYİ ÖYRƏTMƏK NƏDİR? Öyrənməyi öyrətmək, mövcud biliklərdən istifadə edərək yeni vəziyyətlər üçün lazım gələn bilikləri öz-özünə yarada bilməkdir.
9. Təxminən 2400 il əvvəl Konfutsi belə demişdir: Nə eşitdimsə, unutdum. Nə görürəmsə, xatırlaram. Nə edərəmsə, anlayaram.
10. oxouxmuama dindliənmləəmə GöGrmörəmə FilFmil miz liəzmləəmə NüNmüamyaişy iişz liəzmləəmə SəSrgəir ggiö grmörəmə qu qruulruuşluuşnuun guö grmörəmə MüMzüazkairkəiyrəəy qəa qtıalmtılamqaq dadnaışnmışamqaq RoRlloul louy ouynulanrlar HəHqəiqqii qviə vzəiyzyiyəytiə ctia cnalannladnırdmırama PrPakratikkt iokl aorlaaqra hqə hyəaytaa tkae kçeirçmirəmkək %50 Şifahi öyrənmə Passiv %10 %20 %30 %70 %90 Vizual öyrənmə Özünün nəticə çıxarması    
11. Bunları aktiv öyrənməyə aid edəriksə
• Nə eşitdimsə unutdum.
• Bir şeyi eşidər və görərsəm, biraz yadda saxlayaram.
• Nə isə eşidər, görər və onunla bağlı sual verər və ya kiminləsə müzakirə edərəmsə, anlamağa başlayaram.
• Nə isə eşidib, görüb, müzakirə edib və həyata keçirirəmsə, bilik və bacarıq qazanaram.
• Başqasına nəsə öyrədirəmsə, özümdə yaxşı öyrənərəm.
12. Öyrənmə aktif olduğunda, şagird bir problemi həll etmək üçün mənbə istər, bu işi yerinə yetirmək üçün yol tapmağa çalışır.
13. Düşünmək, yaxşı bir təhsilin şagirdlərə qazandırdığı bir bacarıqdır. Düşünmə bacarığımız, yeni məlumatı nə qədər yaxşı ala bilməmiz və həyata keçirməmizə zəmin yaradır.
14. Düşünə bilməyən şagird gözəl-çirkin, yaxşı-pis, yararlı-yararsız, ədalətli-ədalətsiz, doğru-səhv anlayışlarını necə analiz, sintez edib qiymətləndirə bilər?
15. Müəllimlərin bir dərsdə onlarla sual vermələrinə baxmayaraq bu sualların 90 % nin cavabı əzbərlənən məlumatlardır.
16. . ONLARI İNCƏSƏNƏTLƏ TANIŞ EDİN, MUZEYLƏRƏ, KONSERTLƏRƏ APARIN. GÖRDÜKLƏRİ HAQQINDA DÜŞÜNMƏYƏ SÖVQ EDİN. ƏGƏR....... …OLSA NƏ OLARDI...... BƏS.................. İSƏ............ İLƏ BAŞLAYAN SUALLAR VERİN,
17. Zarafatlar, söz oyunları və lətifələr- sözlərin və vəziyyətlərin fərqli perspektivlərdən qiymətləndirilməsi olduğu üçün düşünməyi təmin edir. Şagirdlərə bütün istiqamətlərdən baxmağı öyrədir.
18. Açıq-aşkar görülən cavab hər vaxt ən yaxşı cavab deyil. Məsələn, uşaqların hər vaxt "cibxərcliyini artırmamızı istərsinizmi? sualına verdikləri "bəli" cavabı, öz məsuliyyətlərinin anladıqları ana qədər ən yaxşı cavabdır.
19. Şagirdləri öyrəndikləri arasında əlaqə qurmağa isriqamətləndirin.
• "Bu məlumat ilə keçən həftə öyrəndiyin arasında hansı əlaqə qurula bilər?" sualının cavabı əlaqə qurmaq bacarığı qazandırır.
20. QEYRİ-ADİ SUALLAR VERİN.
• BÜTÜN MAŞINLARI SARI RƏNGƏ BOYASAQ NƏ OLAR?
• İNSANLAR NECƏ UÇA BİLƏRLƏR?
21. • DÜNYANIN BİR TƏRƏFİ DAİMA GÜNDÜZ O BİRİ TƏRƏFİ DAİMİ GECƏ OLSAYDI NƏ OLARDI?
• BUNLAR MÜXTƏLİF CAVABLARI OLAN MARAQLI FİKİRLƏR DOĞURAN SUALLARDIR.
22. Diqqətlə seçilmiş kəlimələr fikirləri qətiləşdirir. "Yoldaşlıq və dostluq anlayışları arasındakı fərq nədir?”
23. "Bir insanın əsrarəngiz olduğunu söyləməklə nə demək istəyirsiniz?” kimi suallar anlamların və sözlərin daşıdıqları mənaların ifadə edilməsi ilə insanların nə düşündüyünü aşkara çıxarılması baxımından çox faydalıdır.
24. Şagirdləri hər hansı bir hadisəyə müxtəlif aspektdən baxmalarına şərair yaradın.
25. Eyni hadisə haqqında yazılmış müxtəlif kitablarda hadisənin nə qədər fərqli fikirlər ilə şərh edildiyini nümunələrlə göstərin.
26. Əğər........olsaydı? Əgər cəmiyyət qanunlarını uşaqlar yazsaydı, bu qanunlar necə olardı?
27. ÇOX OXUYAN İNSAN YAZAN İNSANDIR YAZMAQ DÜŞÜNMƏ ƏLAMƏTİDİR. YAZMAQ SİSTEMATİK DÜŞÜNMƏ QAZANDIRIR.
28. YAZIN DÜŞÜNCƏ KAĞIZ ÜZƏRİNDƏ YAZILANA QƏDƏR AYDIN DEYİL. ŞAGİRDLƏR YAZMAĞA SÖVQ ETDİRİLMƏLİDİRLƏR.
29. Başqalarını anlamaq Başqalarının nə düşündüyünü və hiss etdiyini anlamağa çalışmaq qabiliyyətini inkişaf etdirir. Bunun üçün bir mövzunu başqasının nəzər nöqtəsinə görə yazmaq və ya bir hekayədəki obrazın baxış bucağını izah etmək kimi tapşırıqlar verin.
30. DÜZGÜN SUALLAR VERƏRƏK
31. DÜZGÜN SUALLAR
• Düşünməyə təkan verir,
• şagirdlərin yaradıcılıqlarını;
• öz fikirlərini inkişaf etdirməklərinə;
• ehtiyaclarına uyğun təcrübə toplamaq fürsəti verir.
32. • Bəli amma nə üçün?
• Şagirdlərə bir cavabın nə üçün doğru olduğunu soruşun.
33. Xristofor Kolumb Amerikanı kəşf etdiyi üçün niyə məşhur oldu?
34. Hər iki sualda düzgün cavabların bilinməsinə baxmayaraq qoyulan suallar bu biliklərin istifadəsini tələb edir.
35. BİTKİLƏRİN BÖYÜMƏSİNDƏ İŞIĞIN ROLU NƏDİR? ŞAGİRDLƏR BİLİKLƏRİNDƏN İSTİFADƏ ETDİKLƏRİ ÜÇÜN YADDA QALIR. ŞAGİRD ÖZÜNƏ SUALLAR VERİR.
36. Bir yeniliyin və ya dəyişikliyin həyata keçirilməsi ilə əlaqədar suallar verin. Bir fikri fərqli bir biçimdə soruşun. Məsələn: Bəzi heyvanlar kimi insanlar da qış yuxusuna getsəydi nə olardı?
37. Bir hadisəni, bir hekayəni bir az dəyişdirərək soruşun. Əgər Cırtdan və dostları it hürən tərəfə getsəydi nə olardı?
38. Bir şeyi başqa şeylə əvəzləyərək soruşun: Çörəyin arasına alma qoyub qızartsaq dadı necə olar?
39. Sıraları dəyişdirərək soruşun. A hərfi ən sonuncu Z hərfi ilk hərf olsaydı əlifbadakı sıralama necə olardı?
40. Hadisələri tam tərsindən soruşun. Məsələn: Sabah yatıb axşam qalxsaq nələr olar?
41. Birləşdirərək İki və ya daha çox şeyi birləşdirərək soruşun. Məsələn: Hər qitə bir dövlət olsa nələr olar?
42. Bənzər və ya fərqli Məfhumları, hadisələri, hərəkətləri qiymətləndirərək müqayisə edə biləcəkləri suallar verin. Məsələn: Heydər Əliyev ilə Şah İsmayıl Xətayinin bənzər və fərqli tərəflərini soruşun.
43. Yaradıcılıq inkişaf etdirilməlidir Yaradıcılıq-insanların bilik,duyğu,hərəkət və intuisiyalarını əhatə edən bütün funksiyaların sintezidir
44. Yaradıcı insanlar fərqli nəzər nöqtəsinə sahibdirlər Problemlərin nə olmasından daha çox əslində necə olmalıdır qismi ilə maraqlanırlar. Şagirdlərdə yaradıcılığı inkişaf etdirmək üçün, öyrənmək biliyi bütöv udmaq deyil, çeynəməkdir prinsipi qorunmalıdır.
45. Xəyal gücü, yaradıcılıq vasitəsi olduğu üçün həssaslıqla yanaşılmalı və əhəmiyyət verilməlidir.
46. Məsələn :
• Buz dövründə donmuş torpaqlar üzərində insanlar yaşasaydı torpağı necə əkib becərərdilər?
• Bu çağda yaşayan bir ailənin yaşayışı necə olardı?
• Ailə üzvlərinin məsuliyyətləri nə olardı? Hətta bu dövrdəki məktəb necə olardı?
• Kimi suallar verərək şagirdlərin xəyalqurma gücləri inkişaf etdirilir. Yəni onlar düşünməyə yönləndirilir.
47. • Muasir dövrümüzdə Fənn Kurikulumun tətbiqi, kompyuter və digər modern dərs vəsaitləri təhsildə öz yerini alsa da müəllim faktorunun önəmini azaltmamısdır.
48. Amerikalı bir pedaqoq olan J. F. BROVN bu mövzuda belə deyir: "Təhsildə ən çox təsir və nüfuza sahib olan faktor müəllimdir. Beynin beyin üzərində, şəxsiyyətin şəxsiyyət üzərindəki təsirin yerinə keçə biləcək bir şey hələ tapılmayıb." Şagirdin dünya görüşünün, düşüncə formasının meydana gəlməsində müəllimin rolu əvəzsizdir.
49. Şagirdlərinizin sevgisini qazanın Əziz müəllimlər; Öz şagirdlik zamanınızı xatırlayın,.. hansı müəllimin dərsini yaxşı oxuyurdunuz ? Hansı dərsləri sevməzdiniz?...... Nə üçün ? Əziz Müəllimlər; Bilirəm ki, şagirdlərə sevdirə biləcəyiniz bir cəhətiniz mütləq vardır. Sizin sevilməyinizi istəyirəm..... Siz sevilmək duyğusunu yaşamasanız ..sizə şagirdləri necə sevdirə bilərəm..... Şagirdlərə özünü sevdirmək, heç də həmişə yaxşı qiymətlər vermək deyildir. Vəzifə və rollarını dəyişmək də deyildir



Загрузка...