AzTehsil.com

Xəbərlər / test / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Ekspert / Bölgə / Şagird
19 iyul 2025
1 067

DİM apellyasiya üçün ödəniş istəyəcək- ETİRAZ




Dövlət İmtahan Mərkəzinin (DİM) apellyasiya xidməti qəbul imtahanlarının bir hissəsidir və ayrıca xidmət kimi qiymətləndirilməməlidir.


AzTehsil.com- n əldə etdiyi məlumata görə bu fikirləri təhsil eksperti Ramin Nurəliyev  açıqlamasında deyib. O bildirib ki, abituriyentlər DİM tərəfindən təşkil olunan qəbul imtahanlarında iştirak edir və buraxılış mərhələsi dövlət hesabına həyata keçirildiyindən ödənişsiz olur. Lakin ikinci və sonrakı imtahanlar abituriyentlərin şəxsi vəsaiti hesabına baş tutur, bu mərhələdə kifayət qədər ödəniş həyata keçirilir ki, apellyasiya da bu məbləğin tərkibinə daxil olmalıdır:


“Düşünürəm ki, abituriyent həmin imtahan nəticəsində səhvlik olduğunu düşünürsə, apellyasiya müraciəti etmək onun hüququdur və bu proses də imtahanın ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən apellyasiya üçün əlavə ödənişin tələb olunması düzgün yanaşma deyil. Onsuz da valideyn övladının imtahanı üçün ödəniş edib və bu vəsait apellyasiyanı da əhatə etməlidir”.


R.Nurəliyev apellyasiya müraciətlərinin sayının çoxluğuna görə yaranan narahatlıqlar məsələsinə də toxunub. Onun sözlərinə görə, bu vəziyyətin yaranmasında müəllim və valideynlərin də təsiri var:


“Bəzən müəllimlər və ya valideynlər qarşısında məsuliyyətdən yayınmaq üçün günahı DİM-in üzərinə atmağa çalışırlar. Nəticədə abituriyentlər də “mən başqa cür yazmışdım, səhv yoxlanılıb” kimi fikirlərlə apellyasiyaya müraciət edirlər”.


Əsas problemin kökündə insan faktorunun dayandığını deyən təhsil eksperti bu məsələnin həlli üçün imtahan sisteminin elektronlaşdırılmasının vacibliyini vurğulayıb:


“Hazırda yazılı suallar markerlər tərəfindən yoxlanıldığından, insan faktoru fərqli nəticələrə səbəb ola bilir. Bir çox abituriyentin apellyasiya nəticəsində ballarının dəyişməsi, markerlərin səhv yoxlanma ehtimalını sübut edir. Bu isə apellyasiya müraciətlərinin haqlı səbəblərlə edildiyini göstərir”.


Nəticə olaraq ekspert qeyd edib ki, imtahanların elektron formata keçirilməsi həm yoxlanma prosesində şəffaflığı və obyektivliyi artıracaq, həm də apellyasiya müraciətlərinin sayını minimuma endirəcək:


“Əvvəlki illərdə imtahanlar tam elektron şəkildə keçirildikdə belə problemlər olmurdu, nəticələr bir neçə gün ərzində elan olunur və apellyasiya ehtiyacı yaranmırdı”.


Sonda ekspert əlavə edib ki, apellyasiya üçün əlavə ödəniş tələb olunması nə qanuni, nə də etik baxımdan doğru yanaşmadır. Onun fikrincə, imtahan prosesi üçün ödənilən məbləğ eyni zamanda apellyasiya mərhələsini də tam əhatə etməlidir.



Həmçinin oxuyun:
Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

DİM ali təhsil müəssisələrinə tələbə qəbulu elan edir

DİM ali təhsil müəssisələrinə tələbə qəbulu elan edir

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Abituriyentlərin NƏZƏRİNƏ: Sənəd qəbulu başlandı

Abituriyentlərin NƏZƏRİNƏ: Sənəd qəbulu başlandı

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

DİM testləri niyə “tələyə” çevrilib?

DİM testləri niyə “tələyə” çevrilib?

Vahid imtahan modelinə doğru?

Vahid imtahan modelinə doğru?

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Test üsuluna inam niyə itir? - Araşdırma

Test üsuluna inam niyə itir? - Araşdırma

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri