AzTehsil.com


Xəbərlər / Magistr
06 mart 2021
2 265


Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür



Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

 

"Yarpaqlardan ən azı neçəsini su apardı” üzərində baş sındırmağa dəyərmi və əgər bu, hansı məntiqdən irəli gəlir?

 Ali tәhsil müәssisәlәrinin vә Azәrbaycan Milli Elmlәr Akademiyasının (AMEA) magistraturalarına 2021-ci il fevralın 28-də keçirilmiş qəbul imtahanında bakalavrlara təqdim olunmuş bəzi test tapşırıqları sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. İmtahan iştirakçılarından bir çoxunun fikrincə, suallar arasında kifayət qədər çox zaman alanları olub.

Bununla yanaşı, hər il olduğu kimi, bu il də məntiq və informatika fənnindən düşən sualların çətinlik səviyyəsi və humanitar ixtisaslar üzrə bakalavr tələbələrində xüsusilə çətinlik yaratması ilə bağlı fikirlər səsləndi. AYNA, tələbələr tərəfindən səsləndirilən iradların nə dərəcədə obyektiv olub-olmamasını ekspertlərlə müzakirə edib.

 Təhsil Nazirliyi yanında İctimai Şura sədrinin müavini, təhsil eksperti Nadir İsrafilov fikrinə magistratura pilləsinin mahiyyətini açıqlamaqla başlayıb: "Hər şeydən əvvəl kiçik bir xatırlatma edim ki, magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Bu səviyyədə bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistr isə elmi fəaliyyət üçün hazırlıq pilləsi kimi qəbul olunur”.
 

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

 

""Magistratura təhsilinin məzmunu, təşkili və "magistr” dərəcələrinin verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında  Qaydalar” "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanıb və dövlət təhsil standartları əsasında ali təhsilin magistratura səviyyəsində təhsilin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydalarını tənzimləyir. Bu Qaydalar mütəxəssis hazırlığının səviyyəsinə ümumi tələblər qoymaqla, ali təhsil müəssisələrində və AMEA-da təhsilin keyfiyyətinin yüksəldilməsinə, məsuliyyətin, eləcə də kadr hazırlığının səmərəliliyinin artırılmasına, tədris-metodiki təminatın yaxşılaşdırılmasına, təhsilalanların attestasiyasının şəffaflığına, təhsilin keyfiyyət səviyyəsinin ölkədə qəbul olunan təhsil və peşə standartları əsasında beynəlxalq və Ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə, Respublikanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasına və ölkəmizdə verilmiş təhsil sənədlərinin beynəlxalq təhsil məkanında tanınmasına şərait yaradır”, - deyə ekspert fikrini davam etdirib.

İsrafilov yeni, müasir məzmunlu magistr proqramlarının hazırlandığına, bir sıra yeni ixtisasların yaradıldığına diqqət çəkib: "Son rəsmi statistikaya əsasən, hazırda Azərbaycanın ali təhsil müəssisələrində 182 min tələbə təhsil alır ki, onlardan 167 mini bakalavr pilləsində, 15 mini isə magistratura pilləsində oxuyur. Nazirin də qeyd etdiyi kimi, ali təhsil sahəsində davamlı, uzunmüddətli və hərtərəfli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün savadlı və hazırlıqlı mütəxəssislər yetişdirilməsini təşviq edirik. Bu baxımdan ölkə iqtisadiyyatının mövcud potensialını tam şəkildə qavramaq, qlobal iqtisadi rəqabətdə Azərbaycanın rolunu düzgün qiymətləndirmək məqsədilə Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib, dəyişikliyə əsasən, ali təhsilin magistratura səviyyəsində dördüncü sənaye inqilabının gətirdiyi reallıqları, rəqəmsallaşmanı, texnologiyaların birləşməsini nəzərə alaraq, innovasiyalar və informasiya texnologiyaları, kiber təhlükəsizlik, rəqəmsal marketinq və data analitika kimi ixtisaslar üzrə yeni müasir məzmunlu magistr proqramları hazırlanıb, bir sıra yeni ixtisaslar yaradılıb”.

"Son illərdə təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi məqsədilə, ümumi təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, ali təhsilin Avropa standartlarına uyğunlaşdırılması, təhsilin idarəetmə sisteminin yenidən qurulması, insan resurslarının inkişaf etdirilməsi, müasir standartlara cavab verən təhsil infrastrukturlarının yaradılması istiqamətində mühüm işlər görülüb. Prezident İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncamı demək olar ki, bütün tələbə spektrini əhatə edir və təhsilin fasiləsizliyinin daha möhkəm zəmin üzərində qurulmasına şərait yaradir. Bu və bundan öncə ölkə başçısının ali məktəblərin magistratura pilləsinə daxil olan tələbələrə hərbi çağırışdan möhlət hüququ verilməsi barədə qərarı insan kapitalının inkişafına töhfə kimi dəyərləndirilməlidir. Tələbə təqaüdlərinin əsaslı şəkildə artırılması ali məktəblərdə tələbələr arasında daha yüksək nəticələr göstərmək istiqamətində motivasiyanı daha da gücləndirəcək”, - deyə müsahibimiz vurğulayıb.

Bütün sadalanan və sadalanmayan məqamlarla yanaşı, ali təhsilin magistraturaya pilləsinin təşkilinə münasibət heç də hamı tərəfindən birmənalı olmadığını deyən ekspert, qəbul imtahanları ilə əlaqədar yaranan narazılıqlara toxunub: "Əsas şikayətlər qiymətləndirmənin düzgün aparılmaması, imtahan suallarının çətinliyi, dil seçimindəki baryerlər və s. ilə əlaqədardır. Baxmayaraq ki, Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmiləri öz açıqlamalarında təkzib verərək imtahana düşən sual və tapşırıqlarda heç bir elmi-metodik qüsur aşkar edilməməsini, dünya praktikasında da belə olduğunu bəyan edirlər. Məlum olduğu kimi, magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunur. Ən çox narazılıqlar da, əsasən tələbələrin məhz məntiq və informatika fənnində üzləşdikləri çətiliklərlə izah olunur. Magistraturaya qəbulun sadələşdirilməsi və daha da əlçatanlığının təmin edilməsi məqsədilə qəbul imtahanlarından ixtisas fənninin çıxarılması təkrarçılığın aradan qaldırılmasına xidmət etməsi kimi izah olunsa belə, bu dəyişiklik də bir çoxları tərəfindən etiraz və narazılıqla qarşılanmışdı. Niyə ixtisas yox, məhz informatika və məntiq...?”
 
 "Ağacdan qopan yarpaqların bir hissəsi təmiz skamyaya, bir hissəsi ağacın yanından axan çaya, qalan hissəsi isə otların üstünə tökülmüşdü. Çaya tökülən yarpaqların 1/3 hissəsi çaydakı daşlara ilişmiş, qalanını su aparmışdı. Otların üstünə tökülmüş yarpaqlardan rəngləri qırmızı olanların sayı tək ədədlə ifadə olunurdu və onların sayı sarı rəngdə olanların sayından az, yaşıl rəngdə olanların sayından çox idi. Sonradan əsən külək ağacdan daha 6 yarpaq qoparır və otların üstünə tökür. Həmin külək skamyaya düşmüş yarpaqların 60%-ni sovuraraq yarısını otların üstünə tökür, digər yarısını isə çaydakı daşlara ilişmiş yarpaqların 1/4 hissəsi ilə birlikdə axan çaya qovuşdurur. Yarpaqlardan ən azı neçəsini su aparıb?”...
 
Magistr imtahanında belə bir sual salınıb. İsrafilovun suala münasibəti belə olub: "Magistratura təhsilinin ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutduğunu və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verdiyini, ali təhsil səviyyəsinin ikinci pilləsi olan magistraturanın ixtisaslaşma prosesinə bu dərəcədə önəmli yer ayrıldəğını nəzərə alsaq, magistr dərəcəsinə iddialı bir kəsin imtahanda "Yarpaqlardan ən azı neçəsini su aparması” barədə baş sındırmasına dəyərmi və əgər bu məntiqdirsə, elə isə hansı məntiqdən irəli gəlir?”.

"Əgər nəinki orta məktəblərdə, hətta ali məktəblərin bir çoxunda belə, məntiq deyilən fənn tədris edilmirsə, müəllimlərin işə qəbulu zamanı məntiqlə bağlı suallar test tapşırıqlarından çıxarılıbsa, elmi tədqiqat xarakterli yaradıcılıqla məşğul olmalı gənclərimizi bu kimi "çalışmalarla” məşğul edib, onları əsas fəaliyyət sahələrindən yayındırib, arzu və istəklərinə çatmaqda əlavə baryerlər yaratmaqda, görəsən məqsədimiz nədir? Ümumiyyətlə, magistraturaya qəbulu test üsulu ilə keçirmək nə dərəcədə məqsədə və məntiqə müvafiqdir? Əgər, bir universitetə magistratura pilləsi üzrə ortalama, deyək ki, 300 yer ayrılırsa, elmi-tədqiqat xarakterli 300 mövzu müəyyənləşdirmək nə dərəcədə real görünür? Və ixtisası olan ingilis dili üzrə təhsilini davam etdirsin. Və bu zaman sən ingilis dili yox, başqa dildən imtahan verməlisən, çünki ixtisasın ingilis dilidir. Əlbəttə, cavablandırılası suallar çoxdur, sadəcə hamısı sadalansa, başağrısı olar”, - deyə həmsöhbətimiz fikrini davam etdirib.

 Eskpert, ali təhsilin magistratura pilləsinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi istiqamətində çox işlər görülsə də, görüləsi işlərin də az olmadığını deyib: "Hesab edirəm ki, ilk növbədə magistraturaya sənəd verənlərin sayını tənzimləmək üçün tələb-təklif prinsipi ciddi şəkildə gözlənilməlidir. Bu dərəcəni alan şəxslərin işlə təminatına xüsusi diqqət yetirilməlidir. Magistr imtahanları ayrı-ayrı universitetlərin planını doldurmaq xətrinə keçirilməməlidir. Magistraturaya elmi potensialı, tədqiqatçılıq qabiliyyəti olanlar seçilməlidir, yoxsa diplom almaq, əlavə prestij sevdasında olanlar yox”.

Təhsil eksperti Elvin Bədirov düşünür ki, ölkəmizdə ən ziddiyyətli imtahanların başında magistratura imtahanları gəlir: "Onsuz da xeyli problemlər var idi, son iki ildə alınan qərarlar, imtahanların keçirilməsində olan dəyişikliklər və sualların çətinlik səviyyəsinin yüksəldilməsi də özlüyündə yeni problemlərin və problemlərə yanaşmaların ortaya çıxmasına gətirib çıxarır”.
 

 

Mütəxəssis DİM-in hər il imtahan sonrası test tapşırıqlarının çətinlik səviyyəsi ilə bağlı səsləndirilən iradlara arqument kimi orta göstəricinin qənaətbəxş olmasını gətirməsinə belə münasibət bildirib: "Ümumən imtahanların asan suallardan təşkil edilməsinin tərəfdarı olmasam da, əsasən çətinlik törədən suallardan təşkil edilməsinin də tərəfdarı deyiləm. Günümüzün reallığı budur ki, imtahanların yekununda Dövlət İmtahan Mərkəzinin gətirdiyi əsas arqument orta göstəricinin qənaətbəxş olmasıdır, ancaq bir şeyi unudurlar ki, əgər hazırlıq mərkəzləri və sözün həqiqi mənasında çoxsaylı müəllim ordusu olmasa və namizədlər aylar ərzində çox ciddi hazırlıq keçməsə, ortalma bu orta nəticədən xeyli aşağı olacaq”.

Humanitar istiqamətdə olan namizədlərin iradlarına toxunan Bədirov hər bir namizədin özü ilə eyni proqram istiqamətində yer alan namizədlərlə mübarizə apardığına diqqət çəkib: "Humanitar istiqamətdə olan namizədləri başa düşmək olar, ancaq unutmaq lazım deyil ki, hər bir namizəd ancaq özü ilə eyni proqram istiqamətində yer alan namizədlər ilə yarışır və texniki fənnin çətinliyi hər birinə oxşar problemi yaradır, ancaq istənilən halda iradlarında tam haqlıdırlar”.

Həmsöhbətimizin "Magistratura imtahanını hansısa formada ixtisaslara uyğunlaşdırılmış şəkildə təşkil etmək mümkündürmü?” sualına cavabı belə olub: "Ümumiyyətlə, magistratura imtahanının bir mərhələdə keçirilməsini məqsədəuyğun sayıram, lakin bu mərhələnin məhz bu 3 fəndən təşkil edilməsinin əleyhinəyəm, əminliklə deyirəm, magistrların informatika üzrə imtahan verməsi böyük əksəriyyətin bundan sonrakı akademik və işgüzar həyatında heç bir pay sahibi olmur, ola da bilməz. Əgər imtahan bir mərhələdə və 100 suallıq olacaqsa, yaxşı olar ki, imtahan məntiq və ixtisas üzrə aparılsın. Bu halda həm balans qorunar, həm də daha ədalətli və rəqabətli müsabiqə təşkil edilmiş olar”.

Məntiq, informatika müəllimi Rövşən Alışov builki imtahanın əvvəlki illərlə müqayisədə çətin olması ilə bağlı səsləndirilən iradlara münasibət bildirərkən, bunun belə olmadığını söyləyib: "Özüm hər il olduğu kimi, bu il də imtahanda iştirak etmişəm. Məntiq və informatikadan suallar heç də əvvəlki illərdən çətin deyildi. Hər iki fəndən sulların çətinlik səviyyəsini orta hesab etmək olar. Əvvəlki illərdə daha çətin suallar olub. Düzdür, bir neçə sualdan yola çıxaraq bu fikirlər səsləndirilir, amma hesab edirəm ki, burada çox da şişirdiləcək bir məqam yoxdur”.
 
Sualların tərtibində humanitar ixtisasda oxuyanların nəzərə alınmaması ilə bağlı səsləndirilən iradları müəllim haqsız hesab edir: "İmtahan hamı üçün təşkil edilir. Humanitar ixtisaslarda oxuyanların da hamısı eyni dərəcədə çətinlik çəkirlər. Hesab edirəm ki, məntiqdən tərtib olunan sualların 90-95%-i IQ səviyyəsini yoxlamaq üçün kifayət edir”.
 
Müəllim informatika fənnindən olan sualların nəzəri yönümlü yox, praktiki yönümlü olmasının tərəfdarıdır: "Suallar daha çox praktik bacarıqları yox, əzbərçilik bacarıqlarını ön plana çıxarır. Yaxşı olar ki, praktiki yönümlü suallar olsun. Elə adam var ki, kompüterlə işləməyi bacarır, amma imtahanda çox zəif nəticə göstərir. Burada məqsəd İKT bacarıqlarının yoxlanılması olmalıdır. Xarici dillə bağlı suallar da yaxşı olar ki, praktiki yönümlü, dil biliyinin müəyyənləşdirilməsi istiqamətində olsun. Bu baxımdan hesab edirəm ki, doktorantura imtahanları magistratura ilə müqayisədə daha yaxşı tərtib olunur”.

Alternativ imtahan modelinə qaldıqda isə, Alışov Türkiyə modelindən istifadə edə biləcəyimizi düşünür: "Türkiyədə ildə iki dəfə - yaz-payız imtahanı təşkil edirlər. Bu imtahanda da ixtisasından asılı olmayaraq, hər kəs məntiq və riyaziyyatdan imtahan verir, lakin onlarda bununla bağlı bir problem və narazılıqlar müşahidə edilmir ki, məsələn, "mən filoloq olacam, niyə riyaziyyatdan imtahan verməliyəm?” Düşünürəm ki, bu, heç də pis üsul deyil. Məntiq imtahanında məqsəd imtahan iştirakçılarının riyazi biliklərini yoxlamaq deyil, IQ səviyyələrini, verilən suallara vaxtında reaksiya bacarıqlarını müəyyənləşdirməkdir. Buna görə DİM-in imtahanlarında bu istiqamətdə çatışmazlıqlar olduğunu düşünmürəm”.

"Əsas problem hər il imtahanlarda səhv tərtib olunan sualların olmasıdır. Bu məsələ ciddi problem yaradır. Bu il də 99 nömrəli sualda səhvlik var idi və tələbələrin xeyirinə hesablandı, lakin sualda səhvlik olduğunda imtahan iştirakçısının kifayət qədər zamanını alır. İldə bir dəfə təşkil olunan imtahanda belə bir səhvin olması, məncə, bağışlanmaz haldır. İmtahanın qiyməti 50 manatdır və bu qiymətə təşkil olunan imtahanda istər sualın metodiki olaraq qoyuluşunda, istərsə də məntiqi olaraq həllində, cavabında səhv olmamalıdır”, - deyə müəllim fikrini davam etdirib.

Müzakirələrə səbəb olan suala münasibət bildirən həmsöhbətimiz hər il belə bir sualın olduğunu deyib: "Ötən il də belə bir sual var idi. 2018-ci ilin qəbulunda hindu qəbilələri ilə bağlı sual var idi, çox uzun idi. Mənim düşüncəmə görə, bu suallar o qədər də vaxt alası suallar deyil. Sadəcə imtahan həyəcanı, hazırlıq səviyyəsindən asılı olaraq həmin sualları həll edə bilən də, edə bilməyən də tələbələr olur. İmtahanın təşkil olunmasında standart olaraq 30% asan, 20% asan-orta, 20% orta çətin, 30% çətin suallardan istifadə edirlər. 30%-lik çətin sualların içərisində belə sualların arasında belə bir çətin sualın olması normaldır”. ayna.az 
 




Загрузка...
Həmçinin oxuyun:
Gənclərin elmə maraq göstərməsi üçün stimullaşdırıcı tədbirlər sırasında dövlət tərəfindən magistratura təhsilinə təşviq üçün müvafiq addımlar atılır

Gənclərin elmə maraq göstərməsi üçün stimullaşdırıcı tədbirlər sırasında dövlət tərəfindən magistratura təhsilinə təşviq üçün müvafiq addımlar atılır

"Qısa müddətdə bu məsələnin aradan qaldırılması o qədər asan deyil"...Magistratura barədə ACI ETİRAF

"Qısa müddətdə bu məsələnin aradan qaldırılması o qədər asan deyil"...Magistratura barədə ACI ETİRAF

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Azərbaycanda magistr təhsili almaq mənasızdır” - SƏBƏB

“Azərbaycanda magistr təhsili almaq mənasızdır” - SƏBƏB

Acı təəssüratlar

Acı təəssüratlar

Azərbaycanda təhsilin pillələri və səviyyələri

Azərbaycanda təhsilin pillələri və səviyyələri

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Magistraturaya sənəd qəbulu elan edilir

Magistraturaya sənəd qəbulu elan edilir

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya sənəd qəbulu başladı

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

Yaşı 40-ı adlayan insanlar niyə magistratura oxumağa məcburdular? – Təlimçidən silkələyici səbəblər

Yaşı 40-ı adlayan insanlar niyə magistratura oxumağa məcburdular? – Təlimçidən silkələyici səbəblər

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Yeni məzmunlu magistr proqramları hazırlanıb – Emin Əmrullayev

Yeni məzmunlu magistr proqramları hazırlanıb – Emin Əmrullayev

MİQ-də uğur qazanmaq istəyən müəllimlər mütləq oxusun

MİQ-də uğur qazanmaq istəyən müəllimlər mütləq oxusun

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? - Ekspert rəyi

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? - Ekspert rəyi

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Müəllimlərin sertifikasiyası üçün suallar necə hazırlanacaq? – Təkliflər

Müəllimlərin sertifikasiyası üçün suallar necə hazırlanacaq? – Təkliflər

"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”

"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ