Ağdamda yeni məktəb açılıb
Ağdamda inşa edilən 1 nömrəli tam orta məktəb binasının açılışı olub.
AzTehsil.com- n əldə etdiyi məlumata görə səfər "Prezidentin İzi ilə" adlı layihə çərçivəsində təşkil olunub.
Prezident İlham Əliyevin açılışını etdiyi 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəb binasında yeni tədris ilindən şagirdlər təhsil alacaqlar.
Səfər zamanı Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli media nümayəndələrinə açıqlamasında bildirib ki, məktəb binasında 43 sinif otağı, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM mərkəzi, müasir avadanlıqlarla təchiz olunmuş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana və muzey fəaliyyət göstərəcək.
Bundan əlavə, məktəbdə 352 yerlik yeməkxana, 468 nəfərlik akt zalı, iki qapalı idman zalı, açıq hava futbol və basketbol meydançaları da şagird və müəllimlərin istifadəsinə verilib.