AzTehsil.com


H/N sənədlər
30 noyabr 2016
4 077


Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar-2. Ümumi təhsil müəssisələri



Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar-2. Ümumi təhsil müəssisələri

 

                     2.1. Ümumi  müddəalar
 
  2.1.1. Ümumi təhsil müəssisələrinin binaları şəhərlərin məhəllədaxili ərazilərindən, nəqliyyat vasitələrinin müntəzəm hərəkət etdiyi magistral yollardan və məhəllələrarası keçidlərdən 100-170 m məsafədə yerləşdirilir.

2.1.2. Yaşayış, istehsalat, tibb müəssisələrindən, nəqliyyat vasitələrinin saxlanılması və xidməti obyektlərindən ümumi təhsil müəssisələrinə qədər məsafələr şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılmasına və tikilib abadlaşdırılmasına dair normalara uyğun müəyyənləşdirilir.
 
                       2.2. Torpaq sahəsinə dair tələblər
 
  2.2.1. Ümumi təhsil müəssisələrinin tikintisi üçün torpaq sahəsi müəssisənin binasından qırmızı xəttə qədər məsafə 25 m-dən  az olmayaraq nəzərdə tutulur.

2.2.2. Torpaq sahəsinin ölçüləri ümumi təhsil müəssisəsinin şagird tutumundan asılı olaraq, kənd və şəhər məntəqələrinin planlaşdırılmasına və tikintisinə dair normaların tələblərinə uyğun olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

2.2.2.1. 40-dan 400-dək hər bir şagird üçün 50 m²;
2.2.2.2. 400-dən 500-dək hər bir şagird üçün 60 m²;
2.2.2.3. 500-dən 600-dək hər bir şagird üçün 50 m²;
2.2.2.4. 600-dən 800-dək hər bir şagird üçün 40 m²;
2.2.2.5. 800-dən 1100-dək hər bir şagird üçün 33 m²;
2.2.2.6. 1100-dən 1500-dək hər bir şagird üçün 21 m²;
 2.2.2.7. 1500-dən 2000-dək hər bir şagird üçün 17 m²;
 2.2.2.8. 2000-dən çox hər bir şagird üçün 16 m².

  2.2.3. Ayrılmış sahənin ən azı 50 faizi yaşıllıq sahə kimi nəzərdə tutulur.

2.2.4. Ümumi təhsil müəssisəsi üçün ayrılmış torpaq sahəsi tədris-təcrübə, bədən tərbiyəsi və idman, istirahət və təsərrüfat zonalarına ayrılır.

2.2.5. Tədris-təcrübə zonası ümumi sahənin 25 faizindən artıq olmayan ərazisini təşkil edir. Layihədə nəzərdə tutulmuş ümumi təhsil müəssisəsində şagirdlərin sayından asılı olaraq biologiya, kimya və fizika fənləri üzrə laboratoriyalar  planlaşdırılarsa, tədris-təcrübə zonasının sahəsi azaldıla bilər.

  2.2.6. Bədən tərbiyəsi və idman zonasının meydançaları  binadan ən azı 25 m məsafədə yaşıllıq zolağının arxasında yerləşdirilir.

2.2.7. İstirahət zonası təsərrüfat zonasından ayrı, bağların və yaşıllıqların əhatəsində yerləşdirilir. Bu zona hərəkətli oyunlar və sakit istirahət üçün nəzərdə tutulan meydançalardan ibarət olur.

2.2.8. Təsərrüfat zonasına küçədən sərbəst giriş nəzərdə tutulur.

  2.2.9. Layihələndirilən ümumi təhsil müəssisəsinin ərazisi yerin səthində 10 lx-ə bərabər olan işıqlanma norması təmin olunmaqla, xarici işıqlandırma sistemi ilə təchiz edilir.

2.2.10. Kənd yaşayış məntəqələrində layihələndirilən ümumi təhsil müəssisələrinin torpaq sahələri kiçikqabaritli kənd təsərrüfatı texnikasının, bağ və bostan ləvazimatlarının saxlanılması üçün nəzərdə tutulan otaqların, istixanaların və oranjereyaların hesabına genişləndirilə bilər.
 
                  2.3. Binalara olan tələblər
 
2.3.1. Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər və sahəsi 36-42 m2 olmaqla təşkil edilir. 

2.3.2. Ümumi təhsil müəssisələrinin binalarının hündürlüyü əsasən 3 mərtəbədən artıq nəzərdə tutulmur. Lakin şəhərdə binaların sıxlıq təşkil etdiyi zonalarda 4 mərtəbəli ümumi təhsil müəssisələri yerləşdirilə bilər.

2.3.3. Ümumi təhsil müəssisəsi uyğunlaşdırılmış binada yerləşdiyi zaman otaqların tərkibi və sahələri müəyyən edilərkən, hər bir konkret halda, ümumi təhsil müəssisəsinin növü, şagirdlərin sayı və yaş həddi, siniflərin sayı və digər amillər nəzərə alınır.

2.3.4. Otaqların tərkibi  və sahəsi milli və regional xüsusiyyətlər nəzərə alınmaqla, əsas dərs fənlərinin dərindən tədrisi üçün lazımi şərait yaradılmasını əks etdirir. Tədris prosesi aparılan sinif otaqlarının səs-küylü yerlərdən və  pis qoxulu laboratoriyalardan uzaq məsafədə yerləşdirilməsi nəzərdə tutulur.

  2.3.5. 180, 220, 360, 480 və 640 şagird yerlik ümumi təhsil müəssisələrində hər birinin sahəsi 54 m2 olmaqla, 1 kimya, 1 fizika və 1 biologiya laboratoriya otaqları nəzərdə tutulur.

  2.3.6. Şagird yerlərinin sayı 640-dan artıq olan ümumi təhsil müəssisələrində hər birinin sahəsi 54 m2 olmaqla, 2 kimya, 2 fizika və 2 biologiya laboratoriya otaqları nəzərdə tutulur.

  2.3.7. Ümumi təhsil müəssisələrində şagird yerlərinin sayından asılı olmayaraq, sahəsi 18 m2  olan bir texniki otaq nəzərdə tutulur.

  2.3.8. Məktəb direktorunun otağı sahəsi qəbul otağı ilə birlikdə 54 m2, direktor müavinlərinin (2 müavin) otaqları isə sahəsi 18 m2 olmaqla nəzərdə tutulur. Ümumtəhsil məktəbində müəllimlər otağının sahəsi isə məktəbin neçə şagird yerlik olmasından asılı olaraq, 36-60 m2 arasında dəyişir.

  2.3.9. Sinif otaqları dəhlizə nisbətdə sol tərəfdə birtərəfli yerləşdirilir. Dəhlizin eni 3,6 m, uzunluğu isə layihəyə uyğun olaraq planlaşdırılır.

  2.3.10. Bəzi dağ rayonlarının kənd ümumtəhsil məktəblərində torpaq sahəsinin relyefindən asılı olaraq, zirzəmi planlaşdırıla bilər.

2.3.11. Tədris otaqları layihələndirilərkən işçi zona, müəllimin iş zonası, əyani-tədris və texniki-tədris  vasitələri yerləşdirilən əlavə sahə, şagirdlərin fərdi məşğələləri və aktiv fəaliyyəti zonaları nəzərdə tutulur. 

2.3.12. Dərslər üzbəüz siniflərdə keçirilən zaman otaqların sahəsi bir şagirdə 2,0-2,5 m2, qrup formasında  və fərdi məşğələlər qaydasında aparılarkən isə bir şagirdə 3,5 m2 sahə ilə hesablanır.

2.3.13. Şagirdlərin işçi zonasının münasib ölçüləri onların görmə bucağından (yazı taxtasından partaların birinci yan sırasına qədər məsafədən) asılıdır.  Bu ölçü yuxarı sinif şagirdləri üçün 350 bucaq təşkil etdiyi halda, 6-7 yaşlı məktəblilər üçün 450 dərəcəli bucaqdan çox götürülür.

 2.3.14. Ayrı-ayrı fənlərin daha dərindən öyrənilməsinə yönəldilmiş ümumi təhsil müəssisələrinin (gimnaziyalar, liseylər və s.) layihələndirilməsi zamanı şagirdlərin şəxsiyyətinin hərtərəfli inkişafı üçün otaqların 12 m x 12 m ölçüdə studiyalar (universal zallar) kimi, eləcə də bu tipli təhsil müəssisəsinin təyinatından asılı olaraq, yardımçı otaqların estetik tərbiyə və təsviri incəsənət otağı kimi, poliekranlı estetika kabinetinin və təsviri incəsənət və xoreoqrafiya üzrə dərnək otaqlarının isə oxu və musiqi otaqları (70-108 m2)  kimi istifadəsi nəzərdə tutula bilər.

2.3.15. Texnikiyönlü ümumi təhsil müəssisələrində texniki yaradıcılıq üçün sahəsi 108 m2  olan universal otaq nəzərdə tutulur.

2.3.16. Bədii-tədris kabinetləri sulu və ya yağlı boyalarla işləmək üçün rəssamlıq zonalarına malik olmalıdır. Layihə tərtib edilərkən incəsənətyönlü lisey və gimnaziyalarda rəssamlığın müxtəlif növləri ilə iş zamanı, pozadan asılı olaraq (oturaq vəziyyətdə sulu boya ilə rəssamlıq, ayaq üstə isə yağlı boya ilə rəssamlıq), yağlı boyalarla rəssamlıq üçün bir iş yerinə 3,5 m2, sulu boya ilə rəssamlıq üçün isə 2 m2  sahə nəzərdə tutulur.

2.3.17. Ümumi təhsil müəssisələrində idman zalı binaya keçidli inşa olunur və birinci mərtəbədə yerləşdirilir. Səs-küydən mühafizə tədbirlərinə riayət edilməsi şərtilə, idman zalının akt zalının üzərində yerləşdirilməsinə yol verilə bilər. Zalın ölçüləri müəyyən olunarkən, bədən tərbiyəsi üzrə tədris proqramının tam yerinə yetirilməsi və dərsdənkənar idman məşğələlərinin aparılması da nəzərə alınır. İdman zallarının sayı və növləri ümumi təhsil müəssisəsinin təyinatından və tutumundan asılıdır. İdman zallarının sahələri 9 m x 18 m, 12 m x 24 m, 18 m x 30 m,  hündürlüyü  isə 6,0 m-dən az olmayaraq qəbul edilir.

2.3.18. Akt zalı tədris müəssisələrinin ayrılmaz hissəsi olaraq ölçüləri bir yerə 0,65 m2 hesablanmaqla, oturaq yerlərinin sayı müəssisədə  təhsil alan şagirdlərin ümumi sayının  60 faizi ilə müəyyən olunur.

2.3.19. Ayrı-ayrı fənlərin daha dərindən öyrənilməsi məqsədi ilə layihələndirilən gimnaziya və liseylərdə mühazirə üçün xüsusi otaqlar nəzərdə tutulur. Bu otaqların ölçüləri orada üç sinif yerləşdirilməklə və hər bir yerə 1 m2 hesablanmaqla, şagirdlər arasında yaş paraleli üzrə müəyyən olunur.

2.3.20. Kitabxanaların növü ümumi təhsil müəssisəsinin  təyinatından və tutumundan asılıdır. Gimnaziyalarda və liseylərdə olan kitabxana və oxu zallarında şagirdlərin fərdi məşğələləri üçün zəruri şəraiti olan və tədris vasitələrinin bütün növləri ilə təchiz edilmiş məlumat-informasiya mərkəzi nəzərdə tutulur.  Kitabxananın  (informasiya mərkəzinin) sahəsi bir şagirdə 0,6 m2 hesablanmaqla müəyyən edilməlidir.

2.3.21. Ümumi təhsil müəssisələrinin binasının hər mərtəbəsində oğlanlar və qızlar üçün kilidsiz qapılı kabinələri olan sanitar qovşaqları nəzərdə tutulur. Sanitar-texniki cihazların sayı 60 qıza 2 unitaz və 1 əlüzyuyan, 40 oğlana 1 unitaz, 1 əlüzyuyan və 1 pissuar  hesabı ilə müəyyən olunur. Oğlanlar və qızlar üçün nəzərdə tutulan sanitar qovşaqlarının ümumi sahəsi bir şagirdə  0,1 m2-dən  az olmayaraq qəbul edilməlidir. İşçi heyəti üçün ayrıca sanitar qovşağı layihələndirilir.

2.3.22. Laboratoriyalarda, tibb kabinetində və  müəllimlər otağında  əlüzyuyanlar quraşdırılır.

  2.3.23. Şagirdlərin sayından asılı olaraq, ümumi təhsil müəssisələrində xammal və ya yarımfabrikatlarla işləyən bufet nəzərdə tutulur. Xammalla işləyən bufetdə soyuq qəlyanaltılar  sahəsi, qab-qacağın yuyulması sahəsi, ət  və xüsusilə tez xarab olan məhsulların saxlanılması üçün soyuducu, oturmaq üçün masa və stullar nəzərdə tutulur.

2.3.24. Ümumi təhsil müəssisələrində bufetlərin nəzdində şagirdlərin yerləşdirilməsi əsas qəbul edilməklə, ümumi sahəsi bir yerə 0,7 m2 hesablanmış yemək qəbulu zalı nəzərdə tutulur. Yemək zalına aparan keçiddə, dəhlizdə və ya zalın bilavasitə yaxınlığında əlüzyuyanlar yerləşdirilir.

2.3.25. Tədris otaqlarının təchizatı zamanı avadanlıqlar arasında keçidlərin və məsafələrin aşağıda qeyd edilmiş  ölçülərinə riayət olunur:

  2.3.25.1. iki yerlik masalar yerləşən sıraların arasında 60 sm-dən az olmayaraq;

2.3.25.2. masaların cərgələri ilə çöl uzununa divar arasında 70 sm-dən az olmayaraq;

2.3.25.3. masaların cərgələri ilə daxili uzununa divar  (arakəsmə) arasında  və ya bu divar boyu dolablar arasında 70 sm-dən az olmayaraq;

2.3.25.4. sonuncu masalardan yazı taxtasının əks istiqamətində yerləşən divara və ya arakəsməyə qədər ən azı 70 sm;

2.3.25.5. sonuncu yerdə oturan şagirddən yazı taxtasına qədər ən uzaq məsafə 560 sm;

2.3.25.6. orta və yuxarı sinif şagirdləri üçün yazı taxtasını görmə bucağı uzunluğu  3 m olan və yazı taxtasının kənarından öndəki şagirdin oturduğu masanın arxasına qədər 350, 6-7 yaşlı uşaqlar üçün isə 450-dən az olmayaraq.

2.3.26. Fizika və kimya kabinetləri xüsusi nümayiş masaları ilə təchiz olunur. Əyani tədris vasitələrinin normal görünməsi üçün nümayiş masası bir qədər hündürdə quraşdırılmalıdır.

2.3.27. Ümumi təhsil müəssisələri layihələndirilərkən, fizika və kimya kabinetlərində elektrik enerjisi, sıxılmış hava (fizika laboratoriyasında) xətləri çəkilmiş iki yerlik laboratoriya masaları quraşdırılır. Kimya laboratoriyasının bayır divarının yanında yerləşən sorucu qurğu ilə təchiz olunması nəzərdə tutulur.

2.3.28. Ümumi təhsil müəssisəsinin daxili divarları və tavanları boya ilə rənglənilir, döşəmələr dəhlizdə PVC və ya metlaxla, otaqlar isə laminat, parket və ya taxta döşəmə ilə, sanitar qovşaqlarının divarları kafel, döşəmələri isə metlaxla üzlənilir. Bu müəssisələrdə müasir tipli qapılardan və PVC tipli pəncərə və vitrajlardan istifadə edilir, dam örtüyü isə metal-kirəmit materialdan quraşdırılır.

2.3.29. Ümumi təhsil müəssisəsinin xarici fasadının məktəbin yerləşdiyi əraziyə uyğun olaraq üzlük əhəngdaşı (aqlay), dekorativ kərpiclə üzlənməsi və ya boya ilə rənglənməsi nəzərdə tutulur.  
 
 
                 2.4. İsidilmə və ventilyasiya sistemlərinə dair tələblər
 
2.4.1. Ümumi təhsil müəssisələrində havanın isidilməsi və ventilyasiyası sistemləri ictimai binaların isidilməsinə, ventilyasiyasına və kondisiyalaşdırılmasına dair normativ sənədlərə uyğun layihə-ləndirilməlidir. Binaların istilik təchizatı mərkəzləşdirilmiş şəkildə və ya yerli qazanxanalardan təmin oluna bilər.

2.4.2. Qızdırıcı cihazlar kimi radiator elementlərindən istifadə olunur. Qızdırıcı cihazlar asanlıqla çıxarılan taxta çərçivələrlə örtülür, pəncərə oyuğunun altında yerləşdirilərək temperatur tənzimləyiciləri ilə təchiz edilir. Qızdırıcı cihazların səthinin orta temperaturu 800C-dən artıq olmamalıdır .

2.4.3. İstilik və ventilyasiya sistemləri otaqlarda temperaturun hesablanan səviyyəsini və 40-60 faiz səviyyəsində nisbi rütubəti təmin etməlidir.

2.4.4. Ayaqyolunda, mətbəxdə, duş kabinələrində, laboratoriyalarda və emalatxanalarda sorucu mexaniki ventilyasiya sistemi quraşdırılır.
 
                  2.5. Təbii və süni işıqlandırma
 
2.5.1. Tədris otaqlarında yandan soltərəfli işıqlandırma nəzərdə tutulur.

2.5.2. Tədris prosesi həyata keçirilən emalatxanalarda, akt və idman zallarında yandan ikitərəfli təbii işıqlandırma tətbiq olunur.

2.5.3. Tədris otaqlarının süni işıqlandırılmasında əsasən lüminessensiya lampalarından istifadə edilir.
 
                  2.6. Su təchizatı və kanalizasiya sistemlərinə dair tələblər
 
2.6.1. Ümumi təhsil müəssisələrinin binaları qüvvədə olan tikinti normalarına və digər standartların tələblərinə uyğun olaraq təsərrüfat-içməli, yanğın əleyhinə, isti su, kanalizasiya və su axıdılma sistemləri ilə təchiz olunur.

2.6.2. Bufetlərin, əlüzyuyanların, sanitar qovşaqlarının, tibb məntəqəsinin daimi soyuq və isti su ilə təmin olunması nəzərdə tutulur.

2.6.3. Mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan rayonlarda yerləşən ümumi təhsil müəssisələri həyətdə müvafiq tutumlu çirkab su anbarları (septik) layihələndirilməklə, daxili kanalizasiya sistemi ilə təchiz edilməlidir.





Загрузка...
Həmçinin oxuyun:
Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Müəllimlərin işə qəbul olunması üçün keçid balı açıqlandı

Müəllimlərin işə qəbul olunması üçün keçid balı açıqlandı

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası