AzTehsil.com


Xəbərlər
08 may 2016
10 629


Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?



"2016/2017-ci tədris ili üçün ümumtəhsil məktəblərinin I, II, III, V, VII və IX siniflər üzrə 261 adda dərslik çapı nəzərdə tutulur”.
Bu barədə Təhsil Nazirliyindən müvafiq sorğuya cavab olaraq bildirilib. Məlumatda qeyd edilib ki, növbəti tədris ili üçün hazırda dərsliklərin çapı istiqamətində hazırlıq işləri gedir.
2016/2017-ci tədris ilində ümumtəhsil məktəblərinin IX sinifləri üçün ilk dəfə olaraq yeni təhsil proqramları (kurilulumları) əsasında tərtib edilmiş dərsliklər istifadəyə veriləcək. Ümumtəhsil məktəblərinin I və V sinifləri isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dərslikləri Qiymətləndirmə Şurasının ekspertlərinin rəy və təklifləri əsasında əsaslı şəkildə təkmilləşdirilərək yenidən çap olunacaqlar.

2016/2017-ci tədris ili üçün ümumtəhsil məktəbləri üçün çap olunacaq dərsliklərin iyul-avqust aylarında məktəblərə çatdırılması nəzərdə tutulur.

Məlumatda həmçinin vurğulanıb ki, hər il tədris ili başlandıqdan sonra yerlərdən dərslik çatışmazlıqları ilə bağlı müraciətlərin daxil olması müşahidə edilir. Bunun da əsas səbəbi tədris ilinin sonunda şagirdlərin məktəb yerdəyişmələri və xarici ölkələrdən respublikaya gələn şagirdlərin hesabına mövcud şagird kontingentinin dəyişməsidir.

Nazirlikdən həmçinin dərsliklərinin dilinin ağır olması məsələsinə də aydınlıq gətirilib. Qeyd edilib ki, dərsliklərin dil və yazı üslubunun ağırlığı məsələsi hər kəs üçün fərqli yanaşmadır. Buna baxmayaraq dil-üslub, elmi-metodik və dizayn-bədii tərtibat baxımından dərsliklərdə mütəmadi düzəlişlər edilir. Dərsliklərin hazırlanması istiqamətində həyata keçirilən yeniliklərdən biri də odur ki, 2016/2017-ci tədris ilinə ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün yeni təhsil proqramları əsasında ilk dəfə olaraq tərtib edilmiş dərslik layihələri rəy və təkliflərin bildirilməsi üçün   www.e-resurs.edu.az saytının əsas səhifəsində yerləşdirilib. Yaxın günlərdə isə I və V sinif dərsliklərinin də layihələri ictimai rəyin öyrənilməsi məqsədilə sayta yerləşdiriləcək. Həmin səhifəyə daxil olaraq yerləşdirilmiş dərslik layihələri ilə tanış olmaq və fikir bildirmək mümkündür.
mənbə : faktxəbər



Загрузка...
Həmçinin oxuyun:
Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Niyə Aztehsil.com saytında reklam yerləşdirməlisiniz?

Niyə Aztehsil.com saytında reklam yerləşdirməlisiniz?

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Sinif rəhbərləri  oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Putin İlham Əliyevə məktub göndərdi

Putin İlham Əliyevə məktub göndərdi

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

İnformatika Testləri - B variantı - Qeyri ixtisas müəllimləri üçün

İnformatika Testləri - B variantı - Qeyri ixtisas müəllimləri üçün

Direktor olmaq istəyənlər üçün   -  Maliyyədən testlər .....

Direktor olmaq istəyənlər üçün - Maliyyədən testlər .....

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

T Ö V S İ Y Ə L Ə R - Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair

T Ö V S İ Y Ə L Ə R - Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair

İnformatikadan testlər ( cavabları ilə ) - Qeyri ixtisas müəllimləri üçün  A variantı

İnformatikadan testlər ( cavabları ilə ) - Qeyri ixtisas müəllimləri üçün A variantı

SUAL - İŞƏGÖTÜRƏN KİMLƏRin ƏMƏK MÜQAVİLƏSİNƏ XİTAM VERƏ BİLMƏZ ?

SUAL - İŞƏGÖTÜRƏN KİMLƏRin ƏMƏK MÜQAVİLƏSİNƏ XİTAM VERƏ BİLMƏZ ?

Təhsil eksperti Elşən Qafarov

Təhsil eksperti Elşən Qafarov

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

Oxuyun - 14 yaşlı məktəblinin hekayəsi hamını kövrəltdi..

Oxuyun - 14 yaşlı məktəblinin hekayəsi hamını kövrəltdi..

MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

Sinif rəhbərinin illik fəaliyyət planı ( fayl ) yükləyin

Sinif rəhbərinin illik fəaliyyət planı ( fayl ) yükləyin