AzTehsil.com
RU


H/N sənədlər
23 iyun 2016
39 711


2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər



 

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22.06.2016-cı il tarixli, 427 nömrəli əmrinə 11 nömrəli əlavə
                                           Tədris planlarına dair qeydlər
1. Azərbaycan Respublikasının ümumtəhsil məktəbində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir.
2. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I (birinci) sinifdən başlanır. Tədrisi I (birinci) sinifdən başlanan xarici dil şagirdin məktəbdə öyrəndiyi əsas xarici dil hesab edilir.
3. Xarici dilin (dillərin) tədrisi üçün məktəbdə müvafiq pedaqoji kadr potensialının və maddi-tədris bazanın olması zəruri şərt hesab edilir.
4. Bu "Qeydlər”in 3-cü bəndində nəzərdə tutulan şərt ödənilməklə bir neçə xarici dil tədris olunan məktəbdə övladı üçün müvafiq xarici dil onun valideyni (digər qanuni nümayəndəsi) tərəfindən seçilir.
5. Valideynlərin (digər qanuni nümayəndələrin) seçimi ilə bağlı zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu təşkil oluna bilər. Bu halda aşağıdakılar nəzərə alınmalıdır:
5.1. Həmin sinfin bu "Qeydlər”in 18-ci bəndində nəzərdə tutulmuş qayda üzrə 2 (iki) qrupa bölünməsi.
5.2. Bu qrupların dil seçiminə görə bərabər şagird sayı, yaxud qismən az say fərqi ilə komplektləşdirilməsi.
5.3. Məktəbdə həmin xarici dillərin hər biri üzrə ən azı iki nəfər müəllimin olması.
6. Ümumtəhsil məktəblərində ikinci xarici dil V (beşinci) sinifdən etibarən tədris olunur.
7. Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir.
8. İkinci xarici dilin tədrisini təmin etmək məqsədilə əməkhaqqı mövcud qaydada ödənilməklə digər təhsil müəssisələrindən müəllim (mütəxəssis) dəvət oluna bilər.
9. I və V (birinci və beşinci) siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir.
10. Xarici dil (dillər) üzrə müvafiq pedaqoji kadr potensialı olmadığı halda:
10.1. İbtidai siniflərdə xarici dilə ayrılan saat ana dilinin (tədris dili) tədrisinə verilir.
10.2. V-IX (beşinci-doqquzuncu) siniflərdə xarici dilə ayrılan saatlar hər birinə 1 (bir) saat olmaqla ana dili (tədris dili), "Ədəbiyyat” və "Riyaziyyat” fənlərinin tədrisinə verilir.
10.3. X-XI (onuncu-onbirinci) siniflərdə xarici dilə ayrılan saatların digər fənlərin tədrisinə verilməsi (hər birinə 1 (bir) saatdan artıq olmamaq şərtilə) məsələsi məktəb pedaqoji şurasının qərarına əsasən həll edilir. Bu halda həmin fənlərdən ixtisaslı pedaqoji kadrların olması nəzərə alınır.
11. İkinci xarici dil tədris edilməyən məktəblərdə bu məqsədlə ayrılan saat əsas xarici dilin öyrənilməsinə verilir. Ümumiyyətlə xarici dil keçilməyən məktəblərdə isə həmin saatın digər fənnə verilməsi məktəb pedaqoji şurasının qərarına əsasən həll edilir.
12. Tərkibində III (üçüncü) və ya IV (dördüncü) sinif olan komplekt siniflərdə ana dili
(tədris dili) 10 (on) saat, "Həyat bilgisi” və "Texnologiya” fənlərinin hər biri 2 (iki) saat tədris olunur.
13. Dərsdənkənar, fakültativ məşğələ qrupları və dərnəklər şagirdlərin sayı 8 (səkkiz) nəfərdən az olmamaq şərti ilə komplektləşdirilir. Eyni məzmunlu dərsdənkənar məşğələ və fakültativ kursun 8 (səkkiz) nəfərdən az sayda komplektləşdirilən yaxın siniflərin (məsələn, V-VI, VI-VII, VII-VIII və s.) şagirdlərindən ibarət təşkilinə icazə verilir.
14. I-XI (birinci-onbirinci) siniflərdə müvafiq olaraq dərsdənkənar məşğələlərə, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılmış saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməməklə "Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisinə verilir.
Şagirdlərin sayı 8 (səkkiz) nəfərdən az olan siniflərdə həmin kurs sinif təşkilat saatlarında keçilir.
15. I (birinci) sinifdə dərsdənkənar məşğələlərə ayrılan 1 (bir) saat dərs cədvəlinə daxil edilməklə "Riyaziyyat” fənninin tədrisinə verilir. II-IV (ikinci-dördüncü) siniflərdə dərsdənkənar məşğələlərə ayrılan digər 1 (bir) saat müəyyən edilmiş məktəblərdə dərs
cədvəlinə daxil olunmaqla "Şahmat” fənninin tədrisinə, "Şahmat” fənni keçilməyən məktəblərdə "Riyaziyyat” fənninin tədrisinə verilir."Riyaziyyat” fənni üzrə müvafiq əlavə mövzular aidiyyəti fənn müəllimlərinin iştirakı ilə təhsil şöbəsinin (idarəsinin) metodkabineti tərəfindən hazırlanıb təsdiq edilir.
16. Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı,Xocalı, Zəngilan rayonlarının bütün ümumtəhsil məktəblərinin, habelə Naxçıvan MR-in
Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin VI (altıncı) siniflərində dəsrdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə 1 (bir) saat olmaqla ikinci yarımildə "Mina təhlükəsinə dair maariflənmə” adlı fakültativ kurs tədris olunur.
Qeyd edilən rayonların bütün ümumtəhsil məktəblərinin və Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin IV (dördüncü) siniflərində isə həmin kurs üzrə mövzular "Həyat bilgisi” fənninin daxilində keçilir.
17. VIII (səkkizinci) sinifdə dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə "Qarabağın tarixi” kursunun tədrisinə ayrılır.
18. Müvafiq maddi-tədris baza və ixtisas müəllimləri olduğu halda, şagirdlərin sayı 20 (iyirmi) və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində iki qrupa bölünür:
18.1. Tədris rus və gürcü dillərində aparılan ümumtəhsil məktəblərinin I-XI (birincionbirinci) siniflərində Azərbaycan dili (dövlət dili kimi).
18.2. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərinin I-XI (birincionbirinci) siniflərində xarici dil, V-IX (beşinci- doqquzuncu) siniflərdə ikinci xarici dil.
18.3. Bütün ümumtəhsil məktəblərinin V-XI (beşinci-onbirinci) siniflərində "Fiziki tərbiyə”, V-IX (beşinci-doqquzuncu) siniflərində "Texnologiya”.
18.4. Seçmə fənlərə ayrılan saatlardan 1 (bir) saat verilməklə "İnformatika” fənninin 2 (iki) saat tədris olunduğu ümumtəhsil məktəblərinin X-XI (onuncu-onbirinci) siniflərində həmin fənn üzrə praktik məşğələlər.
19. Kompyüter kabineti olmayan ümumtəhsil məktəblərində "İnformatika” fənni üzrə praktik məşğələ keçilmir.
20. Təhsil Nazirliyinin 21 sentyabr 2010-cu il tarixli, 1241 nömrəli əmri ilə təsdiq edilmiş "Gənclərin çağırışaqədərki hazırlığı” fənn proqramına əsasən, tibbi biliklərin əsaslarına aid mövzular bütün sinfə tədris olunur.
21. X-XI (onuncu-onbirinci) siniflərdə seçmə saatların tətbiqi 2006-2007-ci dərs ili üçün təsdiq edilmiş müvafiq qaydalar üzrə aparılır.
22. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür:
22.1. birinci yarımil - 15 sentyabr - 26 yanvar;
22.2. ikinci yarımil - 1 fevral - 14 iyun.
23. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
23.1. 5 gün payız tətili (16-20 noyabr);
23.2. 5 gün qış tətili (27-31 yanvar).
23.3. İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).dərs ili 5 günlük tədris həftəsi ilə işləyən məktəb-lərdə 34.4 tədris həftəsindır.



Загрузка...
Həmçinin oxuyun:
Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

2016-2017-ci Tədris ili üçün TƏDRİS PLANI təsdiq edildi

2016-2017-ci Tədris ili üçün TƏDRİS PLANI təsdiq edildi

Təhsil Naziri Fərdi Təhsil ilə bağlı əmr verdi

Təhsil Naziri Fərdi Təhsil ilə bağlı əmr verdi

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Təhsilvermə (təhsilləndirmə) modelləri

Təhsilvermə (təhsilləndirmə) modelləri

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.