AzTehsil.com

Xəbərlər / test / Yazarlar / İnnovasiyalar / İKT / Direktor / Müəllim / Digər Elan / Bölgə
09 dekabr 2025
948

İmtahan nəticələri ELAN EDİLİB



Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 23 noyabr 2025-ci il tarixində xarici dillər üzrə fəlsəfə doktoru imtahanı (dekabrın 1-də əcnəbilər üçün Azərbaycan dili imtahanı) keçirilib. 24 noyabrda isə iddiaçıların danışıq bacarıqları yoxlanılıb.

AzTehsil.com xəbər verir ku, bu barədə  DİM-dən məlumat verilib.

"İmtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin vizual təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. İddiaçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

189 iddiaçı xarici dillər (ingilis, alman, fransız), 1 nəfər isə Azərbaycan dili üzrə imtahanda iştirak edib.

59 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Həm xarici dillər üzrə fəlsəfə doktoru imtahanında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər blok üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 2025-ci il 9 dekabr saat 10:00-dan 10 dekabr saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 12 dekabr 2025‑ci il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Bir iddiaçının ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır", - məlumatda qeyd olunub.



Həmçinin oxuyun:
Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

DİM Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir

DİM Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir

Doktorantura və dissertanturaya qəbulun nəticələri açıqlandı

Doktorantura və dissertanturaya qəbulun nəticələri açıqlandı

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

Doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri açıqlanıb

Doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri açıqlanıb

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

DİM: Üç əcnəbi Azərbaycan dili üzrə imtahanda minimal bal toplayıb, iki nəfər imtahandan çıxarılıb

DİM: Üç əcnəbi Azərbaycan dili üzrə imtahanda minimal bal toplayıb, iki nəfər imtahandan çıxarılıb

İmtahan nəticələri ELAN EDİLİB - AMMA

İmtahan nəticələri ELAN EDİLİB - AMMA

Doktorantlar üçün imtahan keçiriləcək

Doktorantlar üçün imtahan keçiriləcək

Fəlsəfə doktoru olmaq istəyənlər üçün MÜHÜM XƏBƏR

Fəlsəfə doktoru olmaq istəyənlər üçün MÜHÜM XƏBƏR

Fəlsəfə doktoru olmaq istəyənlərin NƏZƏRİNƏ - İmtahan tarixi AÇIQLANDI

Fəlsəfə doktoru olmaq istəyənlərin NƏZƏRİNƏ - İmtahan tarixi AÇIQLANDI

Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri elan olunub

Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri elan olunub

Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

DİM doktorantura və fəlsəfə doktoru səviyyəsinə müsabiqə elan edir

DİM doktorantura və fəlsəfə doktoru səviyyəsinə müsabiqə elan edir

Doktoranturada təhsil alanların Diqqətinə!

Doktoranturada təhsil alanların Diqqətinə!

Doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün imtahan keçirilib

Doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün imtahan keçirilib

“Tələbə kartı”nın faydaları – Tələbələr hansı məkanlarda endirimdən yararlana bilərlər?

“Tələbə kartı”nın faydaları – Tələbələr hansı məkanlarda endirimdən yararlana bilərlər?

DİM-dən fəlsəfə doktoru imtahanı verəcək iddiaçılara MÜRACİƏT

DİM-dən fəlsəfə doktoru imtahanı verəcək iddiaçılara MÜRACİƏT

Ən yaxşı ingilis dili kursları hansılardır?

Ən yaxşı ingilis dili kursları hansılardır?

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb