AzTehsil.com


Xəbərlər
10 dekabr 2023
510


Doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün imtahan keçirilib




Bakı və Naxçıvan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib.


Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahanın keçirilməsi üçün ümumilikdə üç imtahan binası, altı imtahan rəhbəri, üç ümumi imtahan rəhbəri, 42 nəzarətçi-müəllim, altı buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.


İmtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olub. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan dekabrın 17-də (əcnəbilər üçün Azərbaycan dili imtahanı dekabrın 11-də) keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk dörd blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar. Danışıq bloku imtahanına buraxılış vərəqəsi növbəti həftənin əvvəlində DİM-in saytına yerləşdiriləcək.


Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Vizual məlumatın təsviri və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

İmtahanların nəticələri Danışıq bloku imtahanı keçiriləndən sonra iki həftə ərzində elan olunacaq.


Qeyd: Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı (o cümlədən danışıq bloku) dekabrın 11-də keçiriləcək.




Загрузка...
Həmçinin oxuyun:
DİM Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir

DİM Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Doktorantlar üçün imtahan keçiriləcək

Doktorantlar üçün imtahan keçiriləcək

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

Doktorantura və dissertanturaya qəbulun nəticələri açıqlandı

Doktorantura və dissertanturaya qəbulun nəticələri açıqlandı

DİM: Üç əcnəbi Azərbaycan dili üzrə imtahanda minimal bal toplayıb, iki nəfər imtahandan çıxarılıb

DİM: Üç əcnəbi Azərbaycan dili üzrə imtahanda minimal bal toplayıb, iki nəfər imtahandan çıxarılıb

DİM doktorantura və fəlsəfə doktoru səviyyəsinə müsabiqə elan edir

DİM doktorantura və fəlsəfə doktoru səviyyəsinə müsabiqə elan edir

Doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri açıqlanıb

Doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri açıqlanıb

DİM: Xarici dillər üzrə doktoranturaya imtahanlarının nəticələri bir həftə sonra açıqlanacaq

DİM: Xarici dillər üzrə doktoranturaya imtahanlarının nəticələri bir həftə sonra açıqlanacaq

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri elan olunub

Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri elan olunub

AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib

AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib

Rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları başa çatdı – YENİLƏNİB

Rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları başa çatdı – YENİLƏNİB

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

DİM-dən fəlsəfə doktoru imtahanı verəcək iddiaçılara MÜRACİƏT

DİM-dən fəlsəfə doktoru imtahanı verəcək iddiaçılara MÜRACİƏT

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası