Xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarının məzmunu və strukturu haqqında məlumat
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən xarici dil üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları 2021-ci il iyunun 20-də, əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı 2021-ci il iyunun 21-də keçiriləcək.
Cari ildə qəbul imtahanlarının məzmununda və strukturunda dəyişiklik edilməmişdir və əvvəlcədən elan edildiyi kimi, 2021-ci ilin iyun ayında keçiriləcək doktorantura səviyyəsinə xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında iştirakçıların danışıq sahəsində bacarıq və vərdişləri yoxlanılmayacaq. İyun ayında keçiriləcək doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı, həmçinin xarici dillər üzrə fəlsəfə doktoru imtahanları əvvəlki qaydada – dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Xarici dil üzrə fəlsəfə doktoru, əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili imtahanı (yazı bloku istisna olmaqla) qəbul imtahanı ilə eyni strukturda keçiriləcək. Lakin gələcəkdə imtahan verəcək namizədlər və iddiaçılar nəzərə almalıdırlar ki, xarici dillər üzrə doktoranturaya növbəti qəbul və fəlsəfə doktoru imtahanlarından başlayaraq iştirakçıların xarici dilləri bilmə səviyyəsi qiymətləndirilərkən onların digər dil bacarıq və vərdişləri ilə yanaşı, danışıq sahəsində bacarıq və vərdişlərinin də yoxlanılması nəzərdə tutulur. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə növbəti fəlsəfə doktoru imtahanından etibarən onların Azərbaycan dili üzrə digər bacarıq və vərdişləri ilə yanaşı, danışıq sahəsində bacarıq və vərdişləri də yoxlanılacaq.
Xarici dillər üzrə yoxlanılıb-qiymətləndirilməsi nəzərdə tutulan bacarıqları ümumiləşdirilmiş şəkildə bir daha diqqətinizə çatdırırıq. Doktoranturaya xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının məqsədi CEFR-in B2 səviyyəsinə uyğun olaraq, aşağıdakı bacarıqları qiymətləndirməkdir.
Dinləyib-anlama üzrə:·
· Müxtəlif tipli mətnləri dinləyərək anlamaq bacarığı;
· Dialoji və monoloji nitq formalarını dinləyib-anlama bacarığı;
· Dinləmə mətninin əsas ideyasının tapılması;
· Dinləmə mətnində əsas fikirlərin müəyyən edilməsi;
· Dinləmə mətnində xüsusi məlumatların tapılması;
· Dinləmə mətninə əsasən nəticənin müəyyən edilməsi;
· Mətni məntiqi baxımdan tamamlamaq;
· Dinləmə mətnində tanış olmayan sözün, söz birləşməsinin, cümlənin mənasının tapılması;
· Danışan(lar)ın niyyətinin, məqsədinin müəyyənləşdirilməsi;
· Dinlənilən mətnin adekvat şəkildə qavranılması üçün zəruri olan dil və nitq materialının yoxlanılması.
Oxuyub-anlama üzrə:
· Müxtəlif tipli mətnləri oxuyaraq anlamaq bacarığı;
· Müxtəlif məzmunlu və tipli mətnlərin əsas ideyasının tapılması;
· Mətndə əsas fikirlərin müəyyən edilməsi;
· Mətndə xüsusi məlumatların tapılması;
· Mətnə əsasən nəticənin müəyyən edilməsi;
· Mətni məntiqi baxımdan tamamlamaq;
· Mətnin hissələri arasında əlaqənin müəyyən edilməsi;
· Müəllifin məqsədinin müəyyən edilməsi;
· Oxu mətnində tanış olmayan sözün, söz birləşməsinin, cümlənin mənasının tapılması;
· Oxunulan mətnin adekvat şəkildə qavranılması üçün zəruri olan dil və nitq materialının mənimsənilməsinin yoxlanılması.
Qrammatika və lüğət ehtiyatı üzrə:
CEFR-in B2 səviyyəsinə uyğun olaraq, dildən kommunikativ məqsədlə sərbəst istifadə etməyə imkan verən qrammatik minimuma və lüğət ehtiyatına yiyələnmə səviyyəsinin, yoxlanılıb qiymətləndirilməsi.
Yazı üzrə:
Məlum olduğu kimi, doktoranturaya qəbul imtahanında namizədlərin CEFR-in B2 səviyyəsinin meyarlarına cavab verən esse yazma bacarığı yoxlanılır.
Xarici dil üzrə fəlsəfə doktoru, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili imtahanında isə iddiaçılara cədvəl, qrafik, diaqram, sxem və ya xəritə kimi vizual məlumat təqdim edilir və onlardan məlumatları öz sözləri ilə təsvir etmək, ümumiləşdirmək, müqayisə etmək və ya izah etmək tələb olunur. Onlardan vizual məlumatları müqayisə etmək, qanunauyğunluqları müəyyənləşdirmək, obyekti və ya hadisəni təsvir etmək istənilə bilər. İddiaçılar vizual məlumatı və ya hər hansı trendi – iqtisadi göstəriciləri, statistik rəqəmləri və s. izah etməli, müqayisə aparmalı, vizual məlumatı kənara çıxmadan öz sözləri ilə yazılı şəkildə təsvir etməlidirlər.
Məlumat verildiyi kimi, doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanlarında iddiaçıların xarici dilə, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dilinə yiyələnmə səviyyəsini qiymətləndirmək üçün aşağıdakı blokların təqdim edilməsi nəzərdə tutulur:
1. Dinləyib-anlama bloku
Mətnlərin sayı: 2 ədəd (hər biri üzrə 5 qapalı formalı tapşırıq təqdim edilməklə);