AzTehsil.com

Xəbərlər / İKT / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
06 oktyabr 2025
1 249

Sertifikasiyada ən zəif nəticəni kimya müəllimləri göstərib



Sertifikasiyada ən zəif nəticəni kimya müəllimləri göstərib - Səbəb nədir?

Bu il sertifikasiya imtahanında ümumilikdə 17 müəllim maksimum nəticə göstərib. Onlardan 6-sı coğrafiya, 5-i biologiya, 4-ü riyaziyyat, 2-si informatika, 1-i isə ingilis dili müəllimidir. Belə ki, statistikada kimya fənni yer almayıb.


Buna səbəb nədir?


AzTehsil.com Mövzu ilə bağlı  açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov qeyd edib ki, sertifikasiya imtahanlarının nəticələri təhlil edildikdə aydın görünür ki, bu proses yalnız müəllimlərin fərdi bilik və bacarıqlarını yoxlamır, eyni zamanda təhsilin hazırkı vəziyyətini, fənlər üzrə metodik təminatın səviyyəsini və ümumi pedaqoji mühitin keyfiyyətini üzə çıxarır:


"Bu il keçirilən sertifikasiyada ümumilikdə 17 müəllim maksimum nəticə göstərib: onlardan 6-sı coğrafiya, 5-i biologiya, 4-ü riyaziyyat, 2-si informatika, 1-i isə ingilis dili müəllimidir. Lakin diqqət çəkən məqam budur ki, kimya müəllimləri arasında maksimum nəticə əldə edən olmayıb. Bu faktın arxasında bir neçə mühüm struktur və metodoloji səbəblər dayanır.


Kimya fənni öz təbiətinə görə yalnız nəzəri biliklərlə məhdudlaşmır. Bu fənnin uğurlu mənimsənilməsi riyazi hesablamalar, məntiqi təhlil, fiziki proseslərin qanunauyğunluqları ilə sıx bağlıdır. Deməli, imtahanda yüksək nəticə üçün müəllim həm nəzəriyyəni, həm də tətbiqi yanaşmanı güclü bilməlidir. Statistika göstərir ki, Azərbaycanda kimya fənnini tədris edən müəllimlərin əhəmiyyətli hissəsi orta və yuxarı yaş qrupuna aiddir. Bu isə texnologiya əsaslı testlərə, yeni tip imtahan modellərinə uyğunlaşmada müəyyən çətinliklər yaradır.


Digər tərəfdən, məktəblərdə laborator bazanın zəifliyi, kimya fənninin əyani və praktik təcrübələrlə zəngin keçirilməməsi müəllimlərin də öz fənnini tətbiqi cəhətdən dərindən mənimsəməsinə mane olur. Əgər müəllim məktəbdə şagirdlərlə eksperiment keçirmirsə, imtahanda tətbiqi və məntiqi suallarda yüksək nəticə göstərməsi çətinləşir.


Müsbət tərəf ondan ibarətdir ki, sertifikasiya imtahanları müəllimlərin real hazırlıq səviyyəsini aşkarlayır və fənlər üzrə problemlərin istiqamətlərini göstərir. “Təhsil haqqında” Qanunun 26-cı maddəsində qeyd olunur ki, müəllimlərin peşəkarlığının artırılması dövlətin əsas vəzifələrindən biridir. Bu mənada sertifikasiya sadəcə yoxlama deyil, həm də inkişafın yeni mexanizmlərini müəyyənləşdirən vasitədir. Mənfi tərəf isə ondadır ki, kimya fənni üzrə hazırlıq resurslarının, metodik materialların və tədris imkanlarının digər fənlərlə müqayisədə daha məhdud olması nəticələrdə özünü göstərir. Bu, həm də tədris prosesində laborator təminatın və müasir dərsliklərin çatışmazlığını açıq şəkildə ortaya çıxarır.


Dünya təcrübəsi göstərir ki, kimya müəllimlərinin hazırlığına xüsusi diqqət ayrılmadıqda nəticələr zəif qalır. Məsələn, Finlandiyada və Estoniyada laborator dərslər məktəbin ayrılmaz hissəsi olaraq bütün müəllimlər üçün şərtdir. ABŞ-də müəllimlərin sertifikasiyasında kimya üzrə nəticələr zəif olduğu üçün əlavə hazırlıq proqramları tətbiq olunur, müəllimlərə dövlət hesabına laboratoriya təlimləri keçirilir. Türkiyədə isə müəllimlərin sertifikasiyadan əvvəl xüsusi “hazırlıq modulları”ndan keçməsi məcburidir və bu proses müəllimlərin yüksək nəticə göstərməsinə imkan yaradır. Azərbaycan təcrübəsi ilə müqayisə etdikdə görünür ki, bizdə də bu istiqamətdə əlavə dəstək tədbirlərinə ehtiyac var".


"Nəticələrin analizi göstərir ki, kimya müəllimlərinin maksimum nəticə göstərə bilməməsi onların zəifliyi ilə yox, daha çox struktur problemlərlə bağlıdır",- deyə K.Əsədov fikrinə əlavə edib:


"Bu vəziyyəti dəyişmək üçün ilk növbədə laborator təminat gücləndirilməli, kimya üzrə sertifikasiya hazırlıq resursları artırılmalı, müəllimlərin peşəkar inkişaf proqramlarında bu fənnə daha çox yer ayrılmalıdır. Əgər bu addımlar atılsa, gələcək illərdə kimya müəllimlərinin də maksimum nəticə göstərməsi mümkündür.


Bütövlükdə Elm və Təhsil Nazirliyinin sertifikasiya prosesini həyata keçirməsi təhsildə şəffaflığın və keyfiyyətin artırılması baxımından mühüm addımdır. Nazirliyin islahat yönümlü yanaşması, müəllimlərin real səviyyəsini aşkarlaması və nəticələrə əsaslanaraq yeni dəstək proqramları planlaşdırması pedaqoji mühitin inkişafı üçün vacibdir. Bu siyasət həm müəllimlərin məsuliyyətini artırır, həm də təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Müəllimlərin sertifikasiyadan keçməsi onların cəmiyyətdə nüfuzunu yüksəldir və şagirdlərin daha savadlı, daha hazırlıqlı müəllimlərdən təhsil almasına şərait yaradır.


Hesab edirəm ki, kimya müəllimlərinin maksimum nəticə göstərə bilməməsi sertifikasiyanın mənfi tərəfi kimi yox, inkişaf üçün göstərilən istiqamət kimi qəbul olunmalıdır. Çünki bu fakt Elm və Təhsil Nazirliyinə hansı istiqamətlərdə əlavə addımlar atmağı açıq şəkildə göstərir. Əgər beynəlxalq təcrübə ilə müqayisədə bu boşluqlar doldurularsa, gələcək illərdə Azərbaycan müəllimləri arasında kimya fənni üzrə də yüksək nəticələr görmək mümkün olacaq. Bu isə ümumi təhsilin keyfiyyətinə mühüm töhfə verəcək".



Həmçinin oxuyun:
Metodbirləşmələr

Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Oxu və Paylaş ! Metodiki Birləşmənin ƏSASNAMƏSİ

Oxu və Paylaş ! Metodiki Birləşmənin ƏSASNAMƏSİ

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi