Nazirlik: Distant təhsilin genişləndirilməsi ilə bağlı müzakirələr davam edir
Gələcəkdə distant təhsilin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı müvafiq müzakirələr davam etdirilir.
AzTehsil.com xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, qərar qəbul olunduğu zaman ictimaiyyətə geniş məlumat təqdim ediləcək.![]()












