AzTehsil.com


Xəbərlər / Ekspert
18 mart 2020
1 595


Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür



Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

 

"Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək Təhsil Nazirliyinin gərək prioritet vəzifəsi olsun. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin. Bu çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Amma biz bunu etməliyik. Çünki biz gələcəyə baxmalıyıq.”

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Pandemiyanın yaratdığı   bu gözlənilməz  və  ekstremal  sınaqda hər bir dövlət imtahan qarşısındadır. Yəqin ki,   bu  yaxın vaxtlarda  virusun  dərmanı tapılar. Amma hökumətlər, onların ayrı-ayrı strukturları  da  imtahan verirlər.  Bizim hökumətin bu sınaqda ən zəif həlqəsi təhsil  sistemi oldu  desək, səhv  etmərik. ...Millətin gələcəyi olan təhsil....  Zatən təhsil  sistemi  normal  həyati  şəraitində  də  ürəkaçan   vəziyyətdə  deyildi,  onun  fəaliyyətindən hamı narazı idi, mətbuat 15 ildir   bu  mövzuda  həyəcan təbili çalırdı  (PİSA 2018 –ci il qiymətləndirilməsi,  dünya  universitetlərinin reytinq cədvəli,  DİM-in hesabatları  ilə tanış  olmaq kifayətdir) .

Təhsil sisteminin fars- major   şəraitdə   özünü zəif  tərəfdən  göstərəcəyi əvvəlcədən  bəlli idi, proqnozlar  da  özünü doğrultdu.  Bütün  dünya  yaranmış fövqəladə vəziyyətdə müvəqqəti bağlanan məktəblərin əvəzinə  distant  təhsildən səmərəli istifadə etdiyi halda,  5000-ə yaxın  təhsil müəssisəmizin heç biri  səmərəli  distant təhsildən  faydalana bilmədi. Təhsilə son 15 ildə qoyulan bu qədər  investisiya  müqabilində, təhsil sistemi  60  il   əvvəlin texnologiyalarına  müraciət etməli oldu  və   bunu da  ictimaiyyətə  bir  innovasiya kimi təqdim etdi. 

Təsəvvür edin ki, belə vəziyyət 60-70-cı  illərdə olsaydı, o vaxtkı Maarif Nazirliyi necə hərəkət edərdi? Təbii ki, televiziya tədris verilişləri ilə dərsləri davam etdirərdi. Bu gün TN nə edir? 50-60 il əvvəlki texnologiya ilə hərəkət edir. Bunun nəyi  innovasiya oldu?  Bəs bu 60 ildə bizim təhsil inkişaf etmədimi? Təhsilə dair islahatlar, investisiyalar, dövlət proqramları, strategiyalar, yol xəritələri  distant  təhsil sahəsində  niyə nəticə vermədi?  Çünki TN zamanında  nəinki   distant təhsil sistemini yaratmadı, hətta bunun adını çəkməyə qadağa qoydu,  baxmayaraq ki, təhsil haqqında  qanunda  bu, xüsusi  olaraq qeyd edilib.  Son 15 ildə  xeyli  dövlət proqramlarında  distant  təhsil  xüsusi qeyd edilmişdi.   Distant təhsilin inkişafı  TN və NRYT nazirliklərinə  aid bir neçə dövlət proqramında ( "Təhsil sisteminin İKT  ilə  təminatı” DP,  " Təhsil  sisteminin   informasiyalaşdırılması" üzrə DP, "Elektron Azərbaycan", "İnformasiya Cəmiyyətinin inkişafı", "İKT-nin inkişafı   üzrə Strateji  Yol Xəritəsi”   v.s.)  xüsusi qeyd edilsə də,  vəsait xərclənsə də,  vəziyyət göz qabağındadır.  

 Niyə  ölkəmizdə  yaradılmadı   distant təhsil?  Çünki son 15  ildə  sistem həmişə bir nəfərin-  nazirin iradəsi, bilgisi  və istəyi ilə idarə olunub.  Sanki  milli təhlükəsizliyin əsas   strateji  sahəsi olan təhsil kiminsə   özəl təsərrüfatıdır (əslində özəl təsərrüfat da mütəxəssislərlə  hesablaşır).   Təhsilə nə  lazımdır, nə lazım deyil qərarını   bir nəfər verib.    Əgər bu bir  nəfər də   bu  sahədən uzaq adamdırsa,   mütəxəssislərin  rəy və  təklifləri    qulaqardına vurulubsa,  qlobal təhsil meylləri  nəzərə alınmayıbsa,   nəticə gözlənilən idi.  Deməli,  təhsildə  kadr siyasəti, insan amili həqiqətən də  həlledicidir. 

Hərçənd cənab Prezident  İlham Əliyev dəfələrlə ölkəmizdə virtual dərslərin keçirilməsi zərurətini qeyd edib: "Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək Təhsil Nazirliyinin gərək prioritet vəzifəsi olsun. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin. Bu çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Amma biz bunu etməliyik. Çünki biz gələcəyə baxmalıyıq.”

Təhsil Nazirliyi   distant  təhsil məsələsində  bildirir ki,  internetin  sürəti  azdır, ona  görə də  distant  təhsil  bizdə  yoxdur.    NRYT nazirliyi  deyir ki, biz İKT sahəsində  regionda  lider  dövlətik,  sürətli  internetlə ölkəni  əhatə etmişik,  kosmik dövlətik,  peyklərimiz  var.   Təbii ki, TN-nin  iddiaları    bəhanədir.  Bu  illər  ərzində  distant  təhsil sahəsində  heç bir iş görülməyib, hələ bu azmış   kimi, TN-nin əsasnaməsində   əvvələr  mövcud olan   "... distant  təhsilin  inkişaf  etdirilməsi  TN  əsas  vəzifəsidir”  bəndi   əsasnamədən  tamamən  çıxardılıb.    Nazirlik   əsasnaməsində olmayan  işlə  necə  məşğul ola bilərdi?  Qeyd edək ki,  bu  gün mövcud olan internet  sürəti  ilə də distant təhsil  sistemi  normal   işləyə  bilərdi,  əgər distant  təhsil   sistemi  ümumiyyətlə,  ölkədə  yaradılmışdısa.  Olmayan  resursu  internetə  necə  yerləşdirmək və  transfer etmək olardı?  Hətta  bu gün ölkə üzrə internetin sürəti   100  dəfə də artsa, yenə distant  təhsilimiz  olmayacaq,  çünki  bunu   heç kəs  yaratmayıb,  yaradılmasına   isə bundan sonra  illər  lazımdır.  

Nazirliyin dəstəyi  olmadan  isə  heç  bir  təhsil müəssisəsi,  o cümlədən universitet   distant  təhsilə keçə bilməz. 20 ildir  ADİU (UNEC)  buna təşəbbüs göstərir,  bu  çox təqdirə layiq təşəbbüsdur. Amma  bir universitet üçün bu  çox  ağır  məsələdir,  xüsusən də TN tərəfindən  zəruri dəstək olmadıqda.    Bu günə  hələlik bu   universitetdə   distant  təhsilin müəyyən elementləri  tətbiq edilir,  amma  bu,  beynəlxalq  səviyyədən  hələ uzaqdır.   Universitetin distant  təhsil  əsasında  fəaliyyət göstərməsi üçün  onun  müvafiq   lisenziyası,  bu  lisenziyanı verən qurumun (TN)   distant  təhsil verən  universitetlər üçün lisenziya  tələbləri  və  hüquqi normativ  bazası    hazırlanmalıdır.   Əks halda  bu  iş  qanuni təhsil fəaliyyəti hesab edilə bilməz.  UNEC-dəki  tədris  prosesi isə  distant yox, qarışıq təhsil  (blended learning ) hesab edilə  bilər.  TN-nin  hazırlayacağı bütün  normativ   sənədlər isə  beynəlxalq təcrübəyə   əsaslanmalıdır.    

90-cı  illərin  sonları,    2000-ci  illərin əvvəlində  internetin sürəti  indiki  ilə  müqayisədə  10   dəfələrlə az  idi.  O vaxtlar artıq   dünyada xeyli  universitet    DT sistemini qurmuşdu.  O  zaman   distant  təhsil  video kontent əsasında  yox,  əsasən HTML  səhifələr,  keys texnologiyası  və TV  texnologiyası  əsasında  reallaşırdı,  buna  internetin  zəif sürəti   də kifayət edirdi.  Yəni  distant  təhsildə sürətdən çox,  kontent vacibdir.  Reallıqda  isə   DT  sistemini  yaratmağa  bizə  illər lazımdır.  İndiyə kimi  DT  sistemi  yox  idisə və  20 il  ərzində  də olmayıbsa,  indi  fövqəladə  şəraitdə  az vaxtda  bunu  yaratmaq mümkün deyil.  

DT ilə  əlaqəli aşağılardan olan təşəbbüslərə   TN  tərəfindən dəstək verilmir,  maliyyəmiz yoxdur  bəhanəsi  ilə  təkliflər  geri qaytarılır. Universitetlərin  büdcəsi  isə bu işi görməyə kifayət  deyil.    Maliyyə  mənbəyi kimi orta  məktəblər   üçün   nəzərdə tutulan  qrant  müsabiqəsi kimi  ali məktəblər üçün də qrantlar  verilə bilərdi, ya  da    məktəb qrantları   hesabına  heç olmasa  orta  məktəblər  üçün qismən də olsa,  distant təhsil   sistemi  yaradıla  bilərdi.  Bu gün ölkədə  müəllimlərin ixtisasartırma və  təkmilləşdirmə sistemi  bərbad haldadır, 50 il  əvvəllər  olduğu  kimi  müəllimlərə   ənənəvi formada  kurs keçirlər. Halbuki  bu  gün  bütün dünyada   müəllimlərin  əlavə  təhsili  onlayn formatda aparılır.  Bu  kursları  çoxdan distant formata keçirmək lazım idi. 

Son günlər qlobal səviyyədə distant təhsilə diqqətin artması səbəblərindən biri də neftin qiymətinin düşməsi və iqtisadi böhranın yaranmasıdır. Çünki distant təhsil  təhsilin  keyfiyyətini  saxlamaqla 2-3 dəfə daha ucuz   qiymətə  təklif edir, bu təhsil daha  kütləvi, əhatəli  olur.

Ölkədə  islahatların getdiyi bir dönəmdə təhsildə də real islahatlara başlanılmalı,  ilk addım  da distant təhsilin yaradılması  olmalıdır.

Belə fövqəladə hallar dünyanın indiki mürəkkəb iqtisadi, siyasi, hərbi, ekoloji və texnogen cəhətdən təhlükəli məqamında gələcəkdə də təkrarlana bilər. Hələ indiki bu vəziyyətin nə qədər davam edəcəyi də bəlli deyil.  Yaranan farsmajor vəziyyətdən sonra müvafiq nəticələr çıxarmalıyıq... Amma, ehtimal ki, hər şey olduğu kimi də qalacaq... Pir bizimdi, kəramətinə bələdik.

 İlham Əhmədov

təhsil eksperti



Загрузка...
Həmçinin oxuyun:
Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub

“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Azərbaycanda ümumi təhsilin distant forması ləğv edilib

Azərbaycanda ümumi təhsilin distant forması ləğv edilib

AMEA-da informatika fənni üzrə doktorluq imtahanları başlanıb

AMEA-da informatika fənni üzrə doktorluq imtahanları başlanıb

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Təhsildə keyfiyyət və inkişaf problemləri İlham Əhmədov

Təhsildə keyfiyyət və inkişaf problemləri İlham Əhmədov

Yüksək balla ali məktəbə girən tələbə niyə kəsilir?

Yüksək balla ali məktəbə girən tələbə niyə kəsilir?

Xaricdə təhsilini yarımçıq qoyan azərbaycanlı tələbələrə UNEC-dən təklif

Xaricdə təhsilini yarımçıq qoyan azərbaycanlı tələbələrə UNEC-dən təklif

"Koronavirus tətili"nin təhsildə yaratdığı çətinliklər: Çıxış yolu nədir? Kamran Əsədov danışır - VİDEOMÜSAHİBƏ

"Koronavirus tətili"nin təhsildə yaratdığı çətinliklər: Çıxış yolu nədir? Kamran Əsədov danışır - VİDEOMÜSAHİBƏ

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Ötən il respublikada 10 yeni məktəb binası istifadəyə verilib

Ötən il respublikada 10 yeni məktəb binası istifadəyə verilib

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Formal təhsilin təşkili qaydaları

Formal təhsilin təşkili qaydaları

Koronavirus təhsilə təsir göstərir

Koronavirus təhsilə təsir göstərir

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur