Azərbaycan Universiteti doktorantura və dissertanturaya qəbul elan edir
Azərbaycan Universiteti 2018-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.
Aztəhsil.com xəbər verir ki, universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sənəd qəbulu 15 yanvar 2018-ci il saat 17.00-a qədər Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında, Magistratura və doktorantura şöbəsində aparılacaq.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı
İqtisad elmləri
İqtisadi fəaliyyət növləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
İqtisadi nəzəriyyə – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Müəssisələrin təşkili və idarə olunması - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Tarix
Vətən tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Filologiya elmləri
Azərbaycan dili – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Azərbaycan ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Fəlsəfə
Sosial fəlsəfə - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul planı
İqtisad elmləri
İqtisadi fəaliyyət növləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Ümumi iqtisadiyyat 1nəfər – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Müəssisələrin təşkili və idarə olunması - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Tarix
Vətən tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Filologiya elmləri
Azərbaycan dili - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Azərbaycan ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Fəlsəfə
Sosial fəlsəfə - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Fəlsəfə tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Tələb olunan sənədlərin siyahısı
Rektorun adına ərizə
Kadrların şəxsi qeydiyyat vərəqi
Tərcümeyi-hal
4 ədəd fotoşəkil (3x4)
İş yerindən xasiyyətnamə
İş stajı olanlar üçün əmək kitabçasından çıxarış
Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat
Ali təhsil müəssisəsinin bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)
Şəxsiyyəti təsdiq edən sənədin surəti
Bir tədris ili üçün təhsil haqqı həm doktorantlar, həm də dissertantlar üçün 1200 manatdır.