AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedaqoji nəşrlər / İnnovasiyalar / İKT / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Bölgə / Tədbirlər
29 oktyabr 2025
856

İtaliya mətbuatı Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfərini geniş işıqlandırıb



-İtaliyanın aparıcı media resursları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfərini diqqət mərkəzində saxlayıb. AzTehsil.com xəbər verir ki, “Giornale Diplomatico”,“Notizie Geopolitiche”,“il Domani d`Italia”, “Gazzetta Diplomatica”,“Kmetro0”, “il Denaro”, “Radio Studio90 Italia”,“Tele Citta”, “MSN” və “ZaZoom” kimi saytların və xəbər portallarının yaydığı materiallarda Birinci vitse-prezident Mehriban Əliyevanın səfər çərçivəsində müxtəlif mühüm görüşlər keçirdiyi və tədbirlərdə iştirak etdiyi bildirilir.Diqqətə çatdırılır ki, Azərbaycanın Birinci vitse-prezidentinin Roma Papası XIV Leo ilə görüşündə ölkəmizlə Vatikan arasında ikitərəfli əlaqələrin xeyli inkişaf etdiyi vurğulanıb. Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti və ikinci Katolik Kilsəsinin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib. XIV Leo Azərbaycan ilə qurulan bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa böyük təkan verdiyini deyib.Birinci vitse-prezident Mehriban Əliyeva ilə Vatikanın dövlət katibi kardinal Pietro Parolinin görüşündə isə ikitərəfli münasibətlərin müsbət inkişafından məmnunluq ifadə olunub. Pietro Parolin Bakıda ikinci Katolik Kilsəsinin tikintisini təqdirəlayiq hal kimi qiymətləndirib, bunun Azərbaycanda bütün dinlərə göstərilən qayğı və hörmətin təzahürü olduğunu vurğulayıb. Vatikanın dövlət katibi Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması münasibətilə ölkəmizi təbrik edib, Vatikanın regionda sülhün bərqərar olmasını birmənalı şəkildə dəstəklədiyini deyib.Yazılarda məlumat verilir ki, səfər çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib, həyata keçirilmiş bərpa işləri ilə tanış olublar. Katakombaların bərpası layihəsinin Vatikan ilə Azərbaycan arasında çoxillik əməkdaşlığın yeni mərhələsi olduğu qeyd edilir.Birinci vitse-prezident Mehriban Əliyevanın, həmçinin Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşdüyü, bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olduğu diqqətə çatdırılır. Azərbaycanın Birinci vitse-prezidentinin Avropanın ən böyük pediatrik “Bambino Gesu” xəstəxanasında molekulyar-genetika və klinik diaqnostika laboratoriyaları ilə tanış olduğu, Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşdüyü və birlikdə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak etdikləri bildirilir.Bundan başqa, Birinci vitse-prezident Mehriban Əliyevanın Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa işləri ilə tanış olduğu, Vatikan Apostol Kitabxanası və Apostol Arxivinə baş çəkdiyi, Vatikanın dövlət katibi kardinal Pietro Parolinlə birgə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışında iştirak etdiyi vurğulanır.


 



Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Nadir İsrafilov: “Belə bir ideya hələ 3 il bundan qabaq yaranmışdı...”

Nadir İsrafilov: “Belə bir ideya hələ 3 il bundan qabaq yaranmışdı...”

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

BDU-da “Novruz mühazirələri”nin növbəti görüşündə nanotexnologiyalardan danışılıb (FOTO)

BDU-da “Novruz mühazirələri”nin növbəti görüşündə nanotexnologiyalardan danışılıb (FOTO)

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam" - MÜSAHİBƏ

Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam" - MÜSAHİBƏ

Yeni universitetlər təhsilimizə nə vəd edir?

Yeni universitetlər təhsilimizə nə vəd edir?

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

Təhsil naziri İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışında

Təhsil naziri İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışında

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”