AzTehsil.com


Xəbərlər
20 may 2019
1 953


Təhsil naziri İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışında



Təhsil naziri İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışında

 

 
Mayın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi olub.

Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov iştirak edib.

Qonaqlar arasında Milan Politexnik Universitetinin Dizayn kafedrasının rəhbəri, professor Silvia Piardi, Dizayn Məktəbinin dekan müavini Francesco Zurlo, professor Mauro Cecenello, dosent Silvia Gramegna və müxtəlif qurumları təmsil edən nümayəndələr də olub. 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova giriş sözü ilə tədbiri açaraq gələn qonaqları salamlayıb.

Rektor ötən ilin iyul ayında Azərbaycan və İtaliya prezidentlərinin görüşündə iki ölkə arasında bir çox sahədə əməkdaşlıq sənədlərinin imzalandığını, eləcə də AzMİU ilə Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumunun imzalandığını yada salıb.

Gülçöhrə Məmmədova qeyd edib ki, həmin sənəddən irəli gələn məsələlərdən biri AzMİU-nun nəzdində İtaliya - Azərbaycan Dizayn Mərkəzinin yaradılması təşəbbüsü olub.

Rektor mərkəzi yaratmaqda məqsədin ölkəmizdə dizayn ixtisası üzrə təhsil alan savadlı, bacarıqlı mütəxəssislər yetişdirmək, dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə yüksəlməsinə çalışmaq olduğunu vurğulayıb. "Yaradılan dizayn mərkəzi məhz Azərbaycanda ali dizayn təhsilinin İtaliya nümunəsi üzərində qurulmasına şərait yaradacaq və baza rolunu oynayacaq”. 

G.Məmmədova AzMİU-da dizayn ixtisasını modernləşdirmək üçün təhsil proqramlarını da italyanların proqramına uyğunlaşdırmağın vacibliyini və bu istiqamətdə müəyyən işlər görüldüyünü bildirib.

Rektor bu il ilk dəfə olaraq dizayn ixtisası üzrə ingilis dilli tədrisin aparıldığını, bununla da ilkin addımların atıldığını söyləyib. AzMİU-nun və Milan Politexnik Universitetinin birgə həyata keçirdiyi layihənin 2 il müddətində gərçəkləşdiriləcəyini, lakin gələcəkdə bu müddətin artırılması, ikili diplom proqramların həyata keçirilməsinin qarşıya məqsəd olaraq qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Təhsil naziri Ceyhun Bayramov yeni mərkəzin açılması münasibəti ilə AzMİU kollektivini təbrik edib, professor-müəllim heyətinə yaradıcılq uğurları arzulayıb.

Nazir ümidvar olduğunu bildirib ki, mərkəz ölkəmizdə dizayn ixtisasının daha yüksək səviyyəyə qaldırılmasına və inkişaf etdirilməsinə böyük töhfə verəcək. "Sevindirici haldır ki, bu gün ölkəmizdə bir neçə ali təhsil müəssisəsində dizayn ixtisası üzrə kadrlar hazırlanır. Ümid edirəm ki, bu mərkəzin imkanlarından nəinki AzMİU-nun müəllim, tələbə heyəti, həm də ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisəsinin əməkdaşları, müəllim və tələbə heyəti faydalana biləcəklər”. 

İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini də təbriklərə qoşulub, yaradılmış mərkəzin dizayn ixtisasında oxuyan tələbələrin mütəxəssis kimi yetişməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

İtaliyadan gələn qonaqlar - Milan Politexnik Universitetinin Dizayn Məktəbinin dekan müavini Francesco Zurlo, Dizayn kafedrasının rəhbəri Silvia Elvira Maria Piardi də çıxış edərək Mərkəzin açılmasını yüksək qiymətləndiriblər. 

Çıxışlardan sonra mərasim iştirakçıları dizayn ixtisasında təhsil alan tələbələrin italyan müəllimlərin rəhbərliyi altında keçirilən vorkşopda hazırladığı layihələrin təqdimatına baxıblar. 

İtaliya Azərbaycan Dizayn Mərkəzinin direktoru Könül Şirin qonaqları mərkəzin Sürətli Prototipləşdirmə Laboratoriyası, Maket studiyası və Ağac Emalatxanası ilə tanış edib, burada görüləcək işlər barədə məlumat verib.

Mərasimin sonunda qonaqlar Memarlıq fakültəsinin dərslərinə də baş çəkib, dərs prosesi ilə maraqlanıblar.



Загрузка...
Həmçinin oxuyun:
AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf  konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

AzMİU-da "Məzun Günü" keçirilib

AzMİU-da "Məzun Günü" keçirilib

İkili diplomların verilməsi ilə bağlı müqavilə imzalandı

İkili diplomların verilməsi ilə bağlı müqavilə imzalandı

Çexiyanın dövlət rəsmiləri BSU-da oldu...

Çexiyanın dövlət rəsmiləri BSU-da oldu...

Dərslikdə ciddi səhv - Azərbaycan məktəbi Əfqanıstandakı kimi təqdim edilir - VİDEO

Dərslikdə ciddi səhv - Azərbaycan məktəbi Əfqanıstandakı kimi təqdim edilir - VİDEO

Barselonanın sabiq memarı AzMİU-da mühazirə oxuyub-FOTOLAR

Barselonanın sabiq memarı AzMİU-da mühazirə oxuyub-FOTOLAR

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

AzMİU-da əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisi açılıb

AzMİU-da əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisi açılıb

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

İtaliyada təhsil alan azərbaycanlı tələbə: “Özümü başqa ixtisasda təsəvvür edə bilmirəm” - Uğur formulu

İtaliyada təhsil alan azərbaycanlı tələbə: “Özümü başqa ixtisasda təsəvvür edə bilmirəm” - Uğur formulu

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

AzMİU-da "Açıq qapı" günü keçirilib

AzMİU-da "Açıq qapı" günü keçirilib

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

“Gənc müəllimlər” məktəbində növbəti dərs

“Gənc müəllimlər” məktəbində növbəti dərs

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

Tələbə və müəllimlər üçün dəyərli vəsait

Tələbə və müəllimlər üçün dəyərli vəsait

İlaxır çərşənbə AzMİU-da xüsusi təntənə ilə qeyd olunub

İlaxır çərşənbə AzMİU-da xüsusi təntənə ilə qeyd olunub

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb