AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Məktəbə qədər və məktəbdən kənar / Manşet / Bölgə
06 oktyabr 2025
1 493

“Uşaqların payını yeyir, işçiləri evində işlədir” - Şəhid atasından bağça müdirinə ittihamlar

Sabirabad rayonunda şəhid atası Etibar Muradovla Ulacalı kənd uşaq bağçasının müdiri Sevinc Mikayılova arasında qalmaqal yaranıb.

AzTehsil.com- n əldə etdiyi məlumata görə, E.Muradov açıqlamasında deyib ki, həyat yoldaşı Fatma Muradovanın sözügedən bağçaya işə qəbul olunması üçün müraciət edib.

Onun sözlərinə görə, aldığı cavab nəinki mənfi olub, hətta bağça müdirəsi tərəfindən çox kobud qarşılanıb: “Mən özüm də Birinci Qarabağ müharibəsinin iştirakçısıyam, döyüşlərdə yaralanmışam, ikinci qrup müharibə əliliyəm. Ulacalı kənd uşaq bağçası bir yerdə döyüşdüyümüz şəhid Cavid Əhədovun adını daşıyır. Toyuqlu pizza

Həyat yoldaşım dərdli adamdır, bütün günü evdə olur, özünə qapanır, fikir çəkir. Evdən çıxmasını, kollektiv içinə getməsini, başının qarışmasını istəyirəm. Sevil Mikayılova isə nəyinki çəhid anasını işə qəbul etmədi, bizə kobud cavab verdi. Deyir ki, mən nə şəhid, nə də onun ailəsini tanımıram. İstəyirsə, gecə gəlib işləsin, səhərə qədər...”.

Şəhid atası bildirib ki, eşitdikləri qarşısında mat-məəttəl qalıb və nə deyəcəyini bilməyib: “Şəhid anası, yaşlı, dərdli bir qadının işə düzəlməsi ilə bağlı müraciətimizə bu cür cavab almağımız kənd camaatı tərəfdən də birmənalı qarşılanmayıb. Sevinc Mikayolova hər yerdə deyir ki, qazi anasıyam, oğlumun 9 medalı var. Əgər qazi anasıdrısa, niyə şəhid anasını anlamır, üstəlik ağır cavab verir”.

O, bağça müdiri ilə bağlı bir sıra ciddi iddialar da səsləndirib. Şəhid atasının sözlərinə görə, Sevinc Mikayılova bağça işçilərinin maaşlarını kəsir, uşaqlara ayrılan ərzaq paylarını mənimsəyir, bəzi işçiləri isə öz evində xidmətçi kimi işləməyə məcbur edir.

E.Muradov qeyd edib ki, məsələ ilə bağlı prokurorluğa və Mil-Muğan Regional Təhsil İdarəsinə rəsmi şəkildə müraciət edib:

“Sevinc Mikayılovanın əməllərinə qiymət verilməlidir. O, bizdən üzr istəməlidir. Amma Mil-Muğan Regional Təhsil İdarəsi bağça müdiri ilə bağlı heç bir tədbir görmür”.

“Yeni Sabah” bağça müdiri Sevinc Mikayılova ilə dəfələrlə əlaqə saxlamağa çalıb. Amma o, zənglərə cavab verməyib.

Qeyd edək ki, Etibar Muradovun oğlu Əzizbəy Muradov Azərbaycan Ordusunun 2023-cü il sentyabr ayının 19-20-də Qarabağda keçirdiyi antiterror əməliyyatlarında şəhid olub.

Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Attestatını atasından ala bilməyən gənc: “Bu işdə Təhsil Nazirliyi mənə  kömək oldu”

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Baxış müəllimin müharibə xatirələri

Baxış müəllimin müharibə xatirələri

Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! – XALQA SEVGİ NÜMUNƏSİ

İcra başçısı xadiməni bağça müdirəsi təyin etdi

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Əmək  mübahisələrinin  anlayışı  və  növləri

Xocalı sakinləri: “Sinifdə 18 nəfər idik, on bir şagirdin atası şəhid olmuşdu” – FOTO

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Milli Hüquq Evində  "Təhsil Hüququ: Qanunvericilik, problemlər" mövzusunda seminar keçirilib

Prezident və birinci xanım Ağdamda Sarıcalı kənd körpələr evi-uşaq bağçasının və tam orta məktəbin açılışlarında iştirak ediblər