Xəbərlər / Müəllim
30 yanvar 2018
2 668


Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

"Yoldaşım Bakıdakı işini dayandırıb, mənimlə birlikdə kəndə gəldi”


Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 


Aztəhsil.com xəbər verir ki, modern.az saytı "Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.


Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib.

 

Budəfəki müsahibimiz Şəmkir rayonu Qılıncbəyli  kənd tam orta məktəbinin kimya müəlliməsi Fidan Həsənovadır.


Əvvəlcə özü barəsində məlumat verən Fidan xanım babasının da bir zamanlar "ucqar kənd müəllimi” olduğunu deyir. Sovet vaxtında  babasını Sabirabada təyinatla yollayırlar, elə müsahibin özü də həmin kənddə anadan olub. Gəlin onun özünü dinləyək: 


- Mən Həsənova Fidan Etibar qızı 1988-ci ildə Sabirabad  rayonunun Çölbeştərə kəndində anadan olmuşam. Doğrudur, vətən hamımız üçün birdir və onu xüsusilə də bir müəllim bölgələrə ayırmamalıdır. Amma burada deməliyəm ki, biz -atam-babam, bütün yaxınlarımız- Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindənik. Sovet dövründə babam Bayram müəllim təyinatla rus dili fənnini tədris etmək üçün Sabirabada göndərilib. Bir neçə il işlədikdən sonra ona orada ev verilib. Sonradan bura o qədər öyrəşir ki, daha öz kəndlərinə qayıtmayıb. Elə burada qalıb, işləyir. Amma mən anadan olandan sonra, haradasa, bir yaşımda atam öz ailəsini götürüb, ata-baba  yurduna - Qıraq Kəsəmənə qayıdır. Mən də 1994-cü ildə oradakı məktəbə getmişəm və 11 il həmin kənd məktəbində təhsil almışam. Təhsilimi uğurla başa vurduğumu deyə bilərəm; bütün fənlərə eyni dərəcədə maraq göstərirdim. 


2005-ci ildə həmin məktəbi bitirib  Sumqayıt Dövlət Universitetinin kimya fakültəsinə daxil oldum. Kimya müəllimi ixtisası ilə 2009-cu ildə təhsilimi başa vurdum. Lakin bakalavr pilləsini bitirdiyim il ailə həyatı ilə əlaqədar işləyə bilmədim. Bir ildən sonra - 2010-cu ildə Bakı şəhəri Suraxanı rayonu 315 saylı tam orta məktəbdə müqavilə əsasında çalışmağa başladım. Yəni analıq məzuniyyətinin əvəzində beş il orada müqavilə əsasında işlədim. Müəllim kimi ilk addımları orada atmışam. Müəllim necə olmalıdır, şagird sevgisi necə qazanılır - bunların hamısını o məktəbdə öyrənmişəm. Oradakı hər günüm mənim üçün bir uğur idi. Çünki özüm də uşaqlarla bərabər nələrsə öyrənirdim. Öyrəndicə də özümdə daxili yüngüllük hiss edirdim. Həmçinin, uşaqlara dərsi daha asan yolla öyrətdikcə, onların üzündəki sevinc hissini, müəlliminə qarşı münasibəti hiss etdikcə, daxilimdə çox böyük rahatlıq yaşayırdım. Onda düşündüm ki, dünyaya yenə də gəlsəydim, mütləq müəllim olardım.


Növbəti dayanacaq - Qılınc kimi kənd 


- 2016-cı ildə müəllimlərin işə qəbul imtahanında iştirak etdim. Çünki bayaq dediyim kimi, Bakıdakı məktəbdə müvəqqəti müqavilə ilə işləyirdim, ona görə də beş ildən sonra məcbur olub oradan ayrıldım. Artıq işsiz idim. Ona görə də bu imtahanlarda iştirak etdim. 46,5 balla burada - Şəmir rayonu Qılıncbəyli kənd tam orta mətəbində işə başladım.


Sözün düzü, buna qədər Şəmkirdə heç zaman olmamışdım. Həmin kənd barəsində də heç bir məlumatın yox idi. Əlbəttə, könül istərdi ki, Bakıda qalım işləyim. Çünki evim orada, yaşayışım oradadır. Lakin bir-iki bal fərqinə görə Bakıya işə qəbul oluna bilmədim. Ona görə də rayonların hansı birindəsə işləməli idim. Mən də Şəmkir rayonunu seçdim. Buranı seçməmdə xüsusi bir səbəbim yoxdu.  Sadəcə, ata-anamın yaşadığı Ağstafa rayonuna daha yaxın olduğu üçün Şəmkiri seçdim və heç də peşman deyiləm.


Yaddan çıxmayacaq qarşılanma  


- Qəbul olunmağım dəqiqləşəndən sonra bu kəndə ilk dəfə atam, yoldaşım və qardaşımla gəldik. Məktəbin direktoru bizi çox mehribanlıqla qarşıladı. Mənim üçün çox xoş olan bir mənzərə ilə qarşılaşdım: yay ayı, yəni dərslərin hələ başlamadığı zamanda direktor mən gələcəyəm deyə bütün müəllimləri təzə gələn kadrla tanış olmaq üçün məktəbə çağırmışdı. Onlar da sağ olsunlar, çay süfrəsi ilə, hədsiz mehribanlıqla məni çox gözəl qarşıladılar. Gəldim ki, hazır çay süfrəsi ilə məni gözləyirlər.  Kəndə ilk gəldiyimdə qarşılaşdığım bu mənzərə məndə həm bu kənd, həm onun məktəbi, həm də insanları barəsində xoş təəssürat yaratdı. 


Kənddə müəllim ailəsi 


- Dediyim kimi nə mənim, nə də ailəmdən kimsənin işlədiyim kənd haqqında məlumatı yox idi. Ona görə də qalacağımız evi bizə məktəb direktoru məsləhət bildi. Dedi ki, kənddə bir boş ev var, orada vaxtilə iki  müəllim yaşayıb. Amma rəhmətə getdiklərindən ev boş qalıb. Həm də məktəbə çox yaxındır, demək olar ki, düz qarşısındadır. Həm də qızım həmin il ikinci sinfi bitirib, üçüncüyə gedəcədi. Dedi ki, tanımadığı bir kənddə məktəbə getmək uşaq üçün də çətin olar. Amma bu evdə qalsanız, yolun yaxınlığı heç bir problem yaratmaz. Elə də etdik. Doğrudur, ilk illər bizim üçün çox çətin oldu. Çünki kiçik qızım təzə anadan olmuşdu. Onu ağlaya-ağlaya qoyub məktəbə tələsməli olurdum. Dərsdə uşaqlar, dərs prosesi başımı o qədər qatırdı ki, uşağı da unudurdum bəzən. Amma tənəffüs olan kimi, xatırlayırdım ki, evdə ağlaya-ağlaya qoyub gəldiyim bir neçə aylıq çağam var. Yoldaşım bu işdə mənə çox köməklik etdi. İşin çətin mərhələsini artıq geridə qoymuşuq. Çünki kiçik qızım da böyüyüb, bir neçə aydan sonra iki yaşı olacaq, daha əvvəlki kimi çətinlik yaşamırıq. Beləcə,əl-ələ verib bu çətinliyin də öhdəsindən gəldik. 


- Bəs qaldığınız evin şəraiti, istilik sistemi necə, qaydasındadır?


- Yaşadığım ev normal kənd evidir. Otaqları genişdir, amma şəraiti "çox yaxşıdır” deyə bilmərik. Otaqda qaz olsa da, hamamda yoxdu, oranı odun "peçi” ilə isidirik. Mətbəxdə yuma işləri üçün şərait yoxdu. Köhnə qaydalarla qab-qacağı ləyəndə yuyuruq. İndi bilirik ki, nənələrimiz nələr çəkib (gülür).  


- İstilik sistemini yaxşı vurğuladınız. Layihəmizdə müəllimlər əsasən bu problemi qabardır. Bəzən şagirdlərin davamiyyətinə də bu amil təsir edir. Sizin məktəbin istilik təchizatı necədir?


- Məktəb sovet vaxtı tikilmiş birmərtəbəli, köhnə binadır. İstilik üçün təbii ki, kombi, qaz sistemi yoxdu. Hər sinif otağını isitmək üçün ayrıca odun "peçləri” var. Təbii ki, istərdik ki, burda da müasir standartlara cavab verən məktəb binası olsun. Çünki Azərbaycanın harasında oxumasından asılı olmayaraq, şagird şagirddir. Yaxşı şəraiti olan məktəbdə təhsil almaq şagird üçün əlavə stimuldur. Lakin burada da şagirdlər heç nəyə baxmayaraq, həvəslə oxuyur, müəllimlər həvəslə çalışırlar. İnanırıq ki, bu kənddə də gələcədə, yaxın zamanlarda yeni məktəb tikilib istifadəyə veriləcək. 


Fədakar ailə tablosu 


- Həyat yoldaşım Rusiya Xalqlar Dostluğu İnstitutunun dövlət və bələdiyyənin idarəolunması ixtisasını bitirib. Öz ixtisasına görə uzun müddət iş tapa bilmədiyindən, on ildən artıqdır ki,  kiçik bizneslə, dükan- filan işləri ilə məşğul olurdu. Sadəcə, axır vaxtlar onun da işləri yaxşı getmirdi. Mən də bura işə qəbul olduğum üçün belə qərara gəldik ki, Bakıdakı işləri dayandırıb Şəmkirə gedək. Beləcə qərarlaşıb ailələiklə bura gəldik. 


İlk dərs günündə... 


- Sentyabrın 15-də - ilk dərs günündə qızımı da götürüb məktəbə getdim. Qızım ikinci sinfə bu məktəbdə başlayacadı, mənim də müəllim kimi buradakı ilk dərs günüm olacaqdı. İlk dərs günü ilə bağlı əvvəlcə çıxışlar edildi. Mən də qızımla dayanıb ətrafı süzürdüm, uşaqlara, müəllimlərə, valideynlərə göz gəzdirirdim. Bir növ tanış olmaq istəyirdim. Heç gözləmədiyim halda adımı eşitdim, mənim də ilk dərs günümdə fikirlərimi eşitmək istədikləri üçün mikrofona dəvət etdilər. Çox həyəcanlandım. Amma mikrofonu əlimə alanda bir-birindən saf, təmiz  kənd uşaqlarına, onların məsum çöhrələrinə baxdım. Sanki, hər şeyi unutdum. Bir də beş-altı dəqiqədən sonra fərqinə vardım ki, bayaqdan çox yaxşı çıxış edirəm, uşaqlara yeni tədris ilində uğur arzulayıram. Onda bir daha anladım ki, mən müəllimlik üçün doğulmuşam. Çünki müəllimlik olduğun yerdən asılı olmayaraq, bu missiyanın aliliyini anlamaq və şagirdlərə hər zaman öyrətmək gücünü özündə görməkdir. 


Müəllim arzusu 


- Buradakı ilk dərs gününün həyəcanı gedəcəyim ilk sinif otağının qapısının açıldığı ana qədərdir. Ona qədər özündə həyacan gəzdirə bilərsən, amma qapı açıldısa və sinifə daxil oldunsa artıq həyəcanın yerini müəllimlik peşəsinin məsuliyyiti və şərəfi əvəz edir. Həm də dərs elə axarına düşür ki, həyəcana da yer, vaxt qalmır. Təbii ki, şagirdlər üçün Bakıdan gələn bir müəllimə kimi çox maraqlı idim. Amma mən onları heç Bakıdakı şagirdlərimdən ayırmadım. Orada dərsə verdiyim diqqəti, şagirdlərə olan sevgini burada da göstərdim və hazırda da göstərməkdəyəm. Bakıda çalışdışım zaman dərs dediyim şagidlər var ki, onlar hazırda müxəlif universitetlərdə - Tibb Universitetində, Texniki Universitetetdə, Neft və Sənaye Universiteində oxuyurlar. Onlar bu gün də məni xatırlayır,  hal-əhval tutur, salamlaşırlar. Bunların hamısı o zaman onlara göstərdiyim sevginin nəticəsidir. O sevgini bu gün də əsirgəmirəm. İnanıram ki, bu kəndin şagirdləri də gələcəkdə onlar kimi yaxşı universitetlərə qəbul olunacaq və bizləri də unutmayacaqlar.


Qısa bir haşiyə 


- Siz bayaq nitq qabiliyyətimin yaxşı olduğunu dediniz. Deyim ki, bunun əsas səbəbi var, ziyalı, müəllim ailəsindən çıxmışam. Anam indiki Neft və Sənaye Universitetini bitirib, atam isə Rostovda ali təhsil alıb. Hazırda Ağstafada hərbi müəllim kimi çalışır. Qardaşım tarix, bir bacım riyaziyyat, o biri  bacım isə ibtidai sinif müəlliməsidir. Yəni müəllim ailəsindən çıxan insanın nitqi və dünyagrüşü də seçilməlidir. 


"Burada soyuq olmur” 


- Burada istilik sistemi yoxdu. Sinif otaqları odun "peçləri” ilə qızır. Doğrusu deyim ki, siniflər soyuq olmur. Çünki məktəb rəhbərliyi kənd bələdiyyəsi ilə birlikdə yanacaq üçün odun təşkil edir və siniflərə ayırırlar. Həmçinin, valideynlər də bu işdə əllərindən gələn köməyi əsirgəmirlər. Uşağının oxuduğu sinif soyuq olmasın deyə, özləri də odunla kömək edirlər. Lakin bəzi problemləri olur. Bir də görürsən ki, tüstü sinif otağına daxil olur, ya nəsə xırda problem yaşanır. Ümumilikdə soyuq olmur.


Özüm məktəbə çox yaxınam. Məktəbə gəlmək üçün bir o qədər də yol qət etmirəm. Ona görə də kəndin başqa yerlərini və yollarını görmək imkanım yoxdu. Adi kənd yollarıdı, daşlı-çınqıllı... Qış aylarında uzaqdan gələn şagirdlər palçıqlı, qarlı yollar səbəbindən çətinlik yaşasalar da, bu, başqa yerlərdə olduğu kimi də çox ağır deyil.


Yenə də bir-iki sual...


- Məktəbdə şagirdlərin davamiyyəti necədir? Davamiyyətə mane olan hər hansı səbəblər varmı? 


- Davamiyyət haqqında ancaq xoş sözlər deyə bilərəm. Mən bilirəm ki, başqa kənd məktəblərində davamiyyət çox zəifdir. Xüsusən də qızlarla bağlı bu problem böyükdü. Amma səmimiyyətimə inanın ki, bizim məktəbdəki davamiyyətə söz ola bilməz. Uşaqların dərsdə iştirakı maksimal səiyyədədir. Burada da eynən şəhər məktəblərində olduğu kimi uşaqlar dərsə çox ciddi hazırlaşır, vaxtında gəlib, vaxtında gedir, ali məktəblərə qəbul olunmaq üçün repetitor xidmətindən istifadə edirlər. Şəhər məktəblərindən deyək ki, məktəbdəki bəzi imkansızlıqlar mənasında geri qalırlar. Məsələn, mən kimya müəlliməsiyəm. Kimya üçün ayrıca laboratoriya otağının olması və dərslərin orada keçirilməsi şagirdlərə daha da stimul verərdi, amma buradakı şagirdlərin bu kimi imkanlar yoxdu. 


- Kəndin sakinlərindən razısızmı? Şəhərdən gələn ailəyə münasibətləri sizi qane edir? 


- Buranın insanları çox gülərüz və mehribandılar. Kənddə, bizim evə yaxın istifadəlik su üçün krantlar var. Amma içməli su üçün olan artezian kəndin ayağındadır. Qonşularım hər dəfə özləri üçün su götürəndə, bizim üçün də gətirirlər. Sağ olsunlar, onların sayəsində mən heç artezianın olduğu yeri də tanımıram.


İyunun 14-də "Son zəng” günündə qızımın yaşı tamam olurdu. Amma təsəvvür edin ki, elə bir gündə məktəbin direktoru, müavini və müəllim kollektivi təbrik üçün bizə gəlmişdilər. Həmin gün qapını açıb onları görəndə sevindiyimdən nə edəcəyimi bilmədim...


Bu kimi hadisələr heç zaman unudulmur. Mənim də ad günüm olanda şagirdlərim evə gəlib təbrik etdilər. Bu, hər şey deməkdir. 


Müəllim ailəsi, qılınc kimi kənd, narın qar kimi təbiət... 


- Hazırda qışdır. Özüm təbiətin vurğunuyam. Sizə deyim ki, qışın da burada özünəməxsus gözəlliyi olur. Olur ki, səhər yuxudan oyanıb görürük ki, quru otun üzərində bir-iki sm-lik qar yağıb. Bu o qədər gözəl mənzərədir ki... Bəzən özüm də belə məqamları telefonuma çəkib ölümsüzləşdirirəm. Buraların qışı çox sərt, qarlı-şaxtalı olmur. Az-maz yağan qar, xəfif ayaz, təmiz hava kəndin qışına da xüsusi gözəllik qatır.


Amma yazı təbii ki,  daha gözəldir. Yenicə tumurcuqlanmış ağaclar, açmış çiçəklər, güllərdən, otlardan gələn xoş qoxu, oyanmış torpağın rayihəsi adamın ruhunu yeniləyr. Belə gözəl məkanda bir tərəfdən də müəllimlik etmək, şagirdlərə işıq bağışlamaq insanın ruhunu fərəhlədir


Bəzən belə havalarda eyvanda oturub bir stəkan çay içməyi heç nəyə dəyişmək olmaz.


Özüm təsərrüfat, həyət-baca işləri ilə məşğul olmuram. Amma yoldaşımın toyuq-cücə saxlama həvəsi var. Ona görə də həyətdə bəsləyirik. Bəzən, səhər tezdən hindən təzə toyuq yumurtasını götürüb uşaqlara, özümüzə bişiririk. Bunun bir ayrl ləzzəti olur. 


Sonluq üçün suallar... 


- Bakıdakı şagirdlərinizlə buradakı şagirdləriniz arasında nə kimi fərqlər var? Həm dünyagörüş, həm xarakter mənasında... 


- Bakıda işlədiyim  məktəblə buradakı məktəbin şəraiti arasında çox fərq var. Oradakı məktəb binası yeni idi - 2007-ci ildə tikilmişdi. Hər cür şəraiti də  vardı, hətta hər sinif otağına ayrıca kamera qoyulub. Yəni, bu dərəcədə texniki imkanlarla təchiz olunub. 

Kənd məktəbi barədə bunu demək olmaz. Amma onu da deyim ki, şəraitlər arasında bu qədər fərqə baxmayaraq, şagirdlərin dərsə münasibətiləri arasında çox da böyük fərq yoxdu. Oxuyan şagird burada da oxuyur, oxumayan orada da oxumur. Mən kənd məktəbində həm də bunu özüm üçün müəyyən etdim.

 

Amma əlbəttə ki, xüsusi şərait şagirdə daha da stimul verir. Amma burada da nəsə etməyə çalışırıq. Şagirdlərə xüsusi metodlarla dərsi asan üsulla başa salmaqla yanaşı, həm də onlara motivasiya verirəm. Yaxud, hər maddənin öz tətbiq sahəsi var. Onlar datəbiət qoynunda böyüyən uşaqlardı, elə təbiətin öz üzərində onlara misallar göstərirəm. Anadan olandan bəri içində olduğu ana təbiətdə dərsin misallarını görəndə həmin mövzunu daha çox sevirlər. 


- Bəs məktəbli forması necə, orada da tətbiq olunur? 


- Burada vahid məktəbli forması var. Hətta hazırlıq siniflərinə gələn beş yaşlı uşaqlar da, həmin geyimdə olmalıdır. Bu, düşünürəm ki, çox yaxşıdır. Şagirdlərin hamısı eyni geyimdə olur, aralarında maddiyyat, təbəqələşmə ilə bağlı fərqlər hiss olunmur.  


Son olaraq... 


- Gələcək planlarım yenidən Bakıda müəllimə işləməkdir. Doğrudur, bura da gözəldir, müsahibədə də kənddən, insanlardan razılığımı hiss edirsiniz. Amma evim Bakıdadır. Adamın öz doğma ocağında yaşayıb, orada işləməsi daha yaxşıdır, məncə. Həm də indi çalışdığım kənd rayon mərkəzinə çox uzaqdır. Sakinlər bu uzaqlığa görə də Şəmikirə yox, Gəncəyə gedirlər. Çünki Qılıncbəyli Gəncəyə daha yaxındı. Amma yenə necə də olmasa, Gəncəyə də varmaq üçün bir saat yarım yol getməlisən. Mənim də qızlarım körpədilər. Olur ki, tez-tez xəstələnirlər. Həkimə-filana aparmaq üçün müəyyən çətinliklər yaşamalı oluruq. Bu səbəbdən yenidən Bakıya qayıdıb orada çalışmaq fikrindəyəm. 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ucqar kənd müəllimi - “Burada ilk dəfə eşitdiyim ad-soyadları deyə bilmirdim”

Ucqar kənd müəllimi - “Burada ilk dəfə eşitdiyim ad-soyadları deyə bilmirdim”

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

Ucqar kəndin gənc müəllimi - “Burda yarım metr qar yağanda da bütün uşaqlar dərsə gəlir”

Ucqar kəndin gənc müəllimi - “Burda yarım metr qar yağanda da bütün uşaqlar dərsə gəlir”

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

Ucqar kəndinin gənc müəllimi: “Hər səhər tanımadığım adamlardan “Sabahın xeyir, can!” sözü eşidirəm”

Ucqar kəndinin gənc müəllimi: “Hər səhər tanımadığım adamlardan “Sabahın xeyir, can!” sözü eşidirəm”

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır

Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

"Yeganə xalqıq  müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"Yeganə xalqıq müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Mən özümü fədakar müəllim hesab etmirəm."

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Xınalığı seçən  gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Xınalığı seçən gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — Məktəbdə daha bir qalmaqal

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — Məktəbdə daha bir qalmaqal

Qaxda hamı bu müəllimdən danışır: Qaşında pirsinq, qolunda tatu - VİDEO

Qaxda hamı bu müəllimdən danışır: Qaşında pirsinq, qolunda tatu - VİDEO

Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO

Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO

36 illik təcrübəsi olan müəllimlə müsahibə

36 illik təcrübəsi olan müəllimlə müsahibə

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”