AzTehsil.com


Xəbərlər / Müəllim
17 oktyabr 2016
8 973


Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.



Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

 

Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərən Zahir Abbasov Göygöl rayon Danayeri kənd ümumi orta məktəbində riyaziyyat müəllimi olaraq çalışır. Pedaqoji fəaliyyətə yeni başlayan  Zahir Abbasov Gəncə Dövlət Universitetinin riyaziyyat və informatika fakültəsini bitirib. Rayon mərkəzindən 23 km məsafədə yerləşən Danayeri kəndində çalışan Zahir Abbasov hər gün Gəncə şəhərindən  bu məktəbə gəlmək üçün 40 km yaxın məsafə qət edir. Zahir Abbasov işini sevdiyini, çətinliklərin onun üçün problem yaratmadığını deyir:
      "Müəllimlik peşəsini mən hər zaman üstün tutmuşam. Bu peşəni seçəndə bütün çətinlikləri, problemləri, uzaq dağ kəndində çalışmağı belə gözə almışam. Müəllim olmaq fədakar olmaq deməkdir. Çünki mən sevdiyim işlə məşğul oluram. Şagidlərlə ilk gün çox maraqlı keçdi. Hər kəs "yeni müəllim gəldi” deyirdi. Hamının mənə qarşı münasibəti yaxşıdır. Müəllimlər, şagirdlər, kənd camaatı mənə çox hörmət edirlər. Şəhərdə ali təhsil alıb, orada yaşamağıma baxmayaraq mən ucqar bir kənddə müəllimlik edirəm və bununla qürur duyuram. V, VII, IX siniflərdə riyaziyyat dərsini tədris edirəm. Dərs prosesində kurikulumdan istifadə edirəm. Bu şagirdləri dərsə cəlb etməkdə, dərsi sevdirməkdə əvəzolunmaz vasitədir. Tədris prosesində daha çox sərbəst olmaq mənim üçün önəmlidir. Əsas məsələ şagirdin məktəbdən nə isə öyrənərək getməsidir. Məktəbin tədris mühiti yaxşıdır. Danayeri kəndi ucqar kənddir, ancaq burada hər şey qaydasındadır. Tədris prosesində şagirdlərin riyaziyyatdan bilik və bacarıqlarını təkmilləşdirmək əsas məqsədimdir. Ümid edirəm ki, bu tədris ilində bunu bacaracağam. Bütün müəllimlərə və müəllim olmaq istəyənlərədemək istəyirəm ki, peşələrini sevsinlər, işlərini sevərək, istəyərək görsünlər, şagirdlərə nə isə öyrətmək həvəsində olsunlar. Unutmayaq ki, cəmiyyətimizdə müəllimə qarşı çox böyük hörmət var. Bu hörməti qoruyub saxlamaq hər bir müəllimin borcudur." 
Raminə Məmmədova.Göygöl.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

 





Загрузка...
Həmçinin oxuyun:
Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Təhsil eksperti Elşən Qafarov

Təhsil eksperti Elşən Qafarov

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

İnteqrasiyanın dərslərdə rolu  Tövsiyyə

İnteqrasiyanın dərslərdə rolu Tövsiyyə

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Məktəbi bitirib iş həyatına başlayan gənclərə 7 TÖVSİYYƏ

Məktəbi bitirib iş həyatına başlayan gənclərə 7 TÖVSİYYƏ

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim kimdir ?

Müəllim kimdir ?

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllimin pedaqoji ustalığı

Müəllimin pedaqoji ustalığı

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Təlimin mərhələləri-  Bilik, bacarıq və vərdişlərin formalaşması

Təlimin mərhələləri- Bilik, bacarıq və vərdişlərin formalaşması