AzTehsil.com

Xəbərlər / Müəllim
17 oktyabr 2016
3 668

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

"Müəllim həm öyrənən, həm də öyrədəndir" Göygöl rayonunun yeni müəllimi
      2016-2017-ci tədris ilində müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqədə yüksək nəticə göstərən Samirə Məmmədli Göygöl rayon Zurnabad kənd tam orta məktəbində İngilis dili müəllim olaraq pedaqoji fəaliyyətə başlayıb. Samirə Məmmədli 2002-2006-cı illərdə Gəncə Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili, 2006-2008-ci illərdə isə həmin universitetdə magistr təhsili alıb. 7 il müəllimlik təcrübəsi olan gənc kadr pedaqoji fəaliyyətini rayon mərkəzindən 12 km uzaqlıqda olan Zurnabad kənd tam orta məktəbində davam etdirir. 
          - İlk dəfə bu məktəbə gəldiyiniz zaman bir müəllim olaraq çətinlik çəkəcəyinizi düşündünüzmü?
        -Mən təbiəti, kənd mühitini çox sevirəm. Hər halda şəhərdə yaşadığım üçün  kənd həyatı məni cəlb edir. İlk dəfə kəndə gəlib təmirli, standartlara cavab verən məktəb binası gördüyüm zaman  çox sevindim.  Məni görüb xoş və isti münasibət göstərən kənd camaatı, məktəb rəhbərliyi, müəllim kollektivi mənə seçimimdə yanılmadığımı göstərdi. Düzdür yol uzaqdır, müəyyən problemlər olur ancaq insan sevdiyi peşəni etdikdən sonra onun üçün yol uzaqlığı və digər problemlər heç bir əhəmiyyət kəsb etmir.
         - Şagirdlərlə ilk gün necə keçdi, onların sizə münasibəti necə idi?
       - Şagirdlərlə ilk günüm çox yaxşı idi. Onlarla tanış olub, özümü təqdim etdim yeni ingilis dili müəllimləri olduğumu dedim. Əlbəttə ki, çox sevindilər. Təmirli məktəb yeni nəşr olunmuş kitablar, yeni müəllim onların lap ürəyincə oldu. Ümumiyyətlə kənd uşaqları çox saf, təmiz olur. Uşaqlardan aldığım müsbət enerji mənə çox yaxşı təsir edir. Hər gün gülərüz, sevinclə məni qarşılayan şagirdlər insana qürur hissi verir. 
           -Sizə stimul verən bu işə həvəsləndirən nədir?
        - İlk öncə işimi sevməyim məni həvəsləndirən vasitədir. Digər bir tərəfdən isə Təhsil Nazirliyi müəllimlərin yaşayış şəraitin yaxşılaşdırılması, onların həvəsləndirilməsi üçün bir çox imtiyazlar müəyyənləşdirilib.Yəni sevdiyin işi yerinə yetirisən, cəmiyyətdə hörmət edilən bir peşəni, yəni müəllimliyi seçirsən və kifayət qədər də əmək haqqı əldə edirsən.
           -Kənd məktəbində uzun müddət müəllim kimi çalışmaq fikriniz varmı?
           -Əlbəttə ki, bunu zaman göstərər. Ancaq mənə yaradılan şərait bütün lazımı avadanlıqlarla təchiz olunmuş məktəb binası, hər gün məndə müəllimlik sevgisini artıran şagirdlərim, mənim üçün bunların hamısı çox xoşdur. Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim. Kollektivde səmimilik, mehribanlıq çox önəmlidir və bizim kollektivdə sadaladıqlarım çox yüksək səviyyədədir.
           -Müəllimlik fədakar olmaq, hər zaman yeniliyə can atmaq deməkdir. Bəs siz bir müəllim olaraq hansı yenilikləri etmək istəyirsiniz?
         -İngilis dili elə bir fəndir ki, daim yenilənməyə şagirdlərə daha asan üsul və vasitələrlə çatdırılmağa ehtiyacı var. Əlbəttə ki, müəllim olaraq həmişə öz üzərimdə çalışıram. Müəllim həm öyrənən, həm də öyrədəndir. Dərsdən sonra şagirdlər üçün Conversation club təşkil etmək istəyirəm. Bu daha çox nitqin inkişafına, şagirdlərin ingilis-dilində düzgün danışmağa yönələcək. Ümid edirəm ki, bu yenilik şagirdlərin marağına səbəb olar. 
Raminə Məmmədova .Göygöl.

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Загрузка...
Həmçinin oxuyun:
Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Bu layihəyə məktibimi qoşarkən də bu məqsəd daşımışam ki.....Ramin Mahmudov

Bu layihəyə məktibimi qoşarkən də bu məqsəd daşımışam ki.....Ramin Mahmudov

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri üçün  gərəkli vəsait PYTHON

Ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri üçün gərəkli vəsait PYTHON

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Məktəb idarəediciləri üçün "Özünəinamın qiymətləndirilməsi” testi

Məktəb idarəediciləri üçün "Özünəinamın qiymətləndirilməsi” testi

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

Samuxda güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib

Samuxda güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

1 günün məcarası....İnanclarımız...

1 günün məcarası....İnanclarımız...

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.