![](/templates/everydayyeni/images/aygunyenibaner.png)
Şəhidin ailə üzvü olan şagirdin meyiti asılı halda tapıldı - RƏSMİ AÇIQLAMA
Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi Biləsuvarda intihar edən şagirdin məktəbdə bullinqə məruz qalması iddiasını təkzib edib.
Bu barədə Oxu.Az-a qurumdan məlumat verilib.
Bildirilib ki, məktəb daxilində aparılan ilkin təhlil və sorğular sözügedən şagirdə qarşı hər hansı qısnama hallarının baş verdiyini təkzib edir.
16:30
Biləsuvarda canına qəsd edən şagirdlə bağlı daha bir detal məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə Simuzər Heydərova Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin şagirdi imiş.
O, 1993-cü ilin 15 avqustunda torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Zaur Muxtar oğlu Heydərovun ailə üzvüdür.
Simuzər Heydərovanın fotosunu təqdim edirik:
16:04
"Biləsuvarda şagirdin intihar etməsi ilə bağlı Şərqi-Zəngəzur Regional Təhsil İdarəsində araşdırma aparılır".
Bu barədə Oxu.Az-a Şərqi-Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.
"Biləsuvarda şagirdin intihar etməsi barədə məlumatlıyıq. Hadisə ilə bağlı hazırda Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır", - deyə qurumdan bildirilib.
Aygün Mirakif
14:44
Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub.
Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib. Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib.
Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.
17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.
Faktla bağlı araşdırma aparılır.