AzTehsil.com


Xəbərlər / Müəllim
09 aprel 2020
1 743


Biz sizinlə fəxr edirik



 

1992-ci il 25 martda Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müs-təsna xidmətlərə və rəşadətə görə "Azərbaycanın Milli Qəhrəmanı” adı təsis olundu.

İlk dəfə 6 iyun 1992-ci ildə daxili işlər orqanlarının 11 nəfər əməkdaşına ölümündən sonra verilib:

Məhərrəm Mirəziz oğlu Seyidov 

Əliyev İlham Müzəffər oğlu 

Yuri Petroviç Kovalyov

Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov 

Əlif Lətif oğlu Hacıyev

Səfərəli Qurban oğlu Məmmədov 

Yusif Əliyusif oğlu Əliyev 

Vüqar Tofiq oğlu Hüseynov 

Nofəl Zahid oğlu Quliyev

Mehdi Yusif oğlu Abbasov

Valeh Əlirza oğlu Müslümov 

 Bu günə qədər 217 nəfərə "Azərbaycanın  Milli  Qəhrəmanı” adı verilmişdir. Lakin iki nəfər ağır cinayət-lər törətdiklərinə görə ümummilli liderimiz Heydər Əliyevin fərmanları ilə Surət Davud oğlu  Hüseynov  (30 oktyabr 1994-cü il. № 236) və Rasim Ağa oğlu Əkbərov (18 iyul 2001-ci il. №537) "Azərbaycanın Milli Qəhrəmanı” adından məhrum edilmişdir.

Hal-hazırda 215 nəfər rəsmi qeydiyyatdadır.

Xocalının müdafiəsi zamanı göstərdikləri qəhrəmanlıqlara görə 8 nəfərə "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib:

 Əlif Lətif oğlu Hacıyev

Aqil Sahib oğlu Quliyev

Tofiq Mirsiyab oğlu Hüseynov

İnqilab Ələkbər oğlu İsmayılov

Allahverdi Teymur oğlu Bağırov

Araz Bahadır oğlu Səlimov

Ələsgər Xanlar oğlu Novruzov 

Füzuli Salah oğlu Rüstəmov 

 2 nəfər qadına "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib:

 Salatın Əziz qızı Əsgərova. Azərbaycanın ilk şəhid qadın jurnalistidir. "Molodyoj Azerbaydjana" qəzeti-nin müxbiri idi (06 noyabr 1992-ci il),

Gültəkin Məlik qızı Əsgərova. Hərbi həkim idi (20 noyabr 1993).

4 nəfər jurnalistə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı”adı verilib:

Salatın Əziz qızı Əsgərova (06 noyabr 1992-ci il)

Çingiz Fuad oğlu Mustafayev (06 noyabr 1992-ci il)

Alı Mustafa oğlu Mustafayev (06 noyabr 1992-ci il)

Fəxrəddin İbrahim oğlu Şahbazov (04 dekabr 1992-ci il)

Peşə fəaliyyətini yerinə yetirərkən şəhid olmuşlar. S.Əsgərova  və Ç.Mustafayev Qarabağ müharibəsinin ən qaynar nöqtələrində, A. Mustafayev və F. Şahbazov isə  1991-ci il 20 noyabrda Qarakənd faciəsi (hərbi helikopterin vurulması) zamanı şəhid ollar.

Azərbaycanın Hərbi Lisey və Ali Hərbi Məktəblərində təhsil almış "Azərbaycanın Milli Qəhrəmanı”ları ilə tanış olaq:

Cəmşid Naxçıvanski adına Hərbi Lisey:

 Cəlil Əziz oğlu Səfərov

Mətləb Kamran oğlu Quliyev 

Rasim Səxavət oğlu İbrahimov 

Elşad Saday oğlu Əhədov                                                                                                                

Rövşən Telman oğlu Əkbərov

Eldar Harun oğlu Məmmədov

Əfqan Qaraxan oğlu Hüseynov

Şükür Nəriman oğlu Həmidov

Murad Telman oğlu Mirzəyev

Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Ali Hərbi Məktəbi:

Rasim Səxavət oğlu İbrahimov 

Əfqan Qaraxan oğlu Hüseynov

Şükür Nəriman oğlu Həmidov

Heydər Əliyev adına Ali Hərbi Məktəbi:

Kərim Məhəmməd oğlu Kərimov

Məhəmməd Ələsgər oğlu Həsənov 

Şikar Şükür oğlu Şikarov

Rasim Səxavət oğlu İbrahimov 

Əfqan Qaraxan oğlu Hüseynov

Fariz Çoban oğlu Qəhrəmanov

Fəxrəddin Mövsüm oğlu Cəbrayılov

Arif Vəliş oğlu Qubadov 

Eldar Əsgər oğlu Ağayev

Şükür Nəriman oğlu Həmidov 

Samid Gülağa oğlu İmanov

"Azərbaycanın Milli Qəhrəmanı”ları ilə tanış olduqda başqa xalqların nümayəndələrini görürük. Onları birləşdirən bir amal olmuşdur: Azərbaycan sevgisi. Azərbaycanlılarla birgə Qarabağımız uğrunda döyüş-müş, Silahlı Qüvvələrimizin formalaşmasında və dövlətimizin qorunmasında xidmətlər göstəriblər:

Yuri Petroviç Kovalyov – rus

Albert Aqarunoviç Aqaronov – yəhudi

Yevgeni Nikolayeviç Karlov – Rusiya Federasiyası 

Anatoli Nikolayeviç Davidoviç – Belarus 

Ruslan Aleksandroviç Polovinko – Ukrayna  

Serqey Aleksandroviç Senyuşkin –  Rusiya Federasiyası  

Viktor Vasilyeviç Seryokin –  Gürcüstan

İsgəndər Söhrab oğlu Aznaurov – Özbəkistan (Axısqa türkü)

Mixail Aleksandroviç Slesaryev – Rusiya Federasiyası

Hazırda sağ olan Milli Qəhrəmanlar 17 nəfərdir:

Mədət Qəzənfər oğlu Quliyev

Rövşən Telman oğlu Əkbərov

Fəxrəddin Mövsüm oğlu Cəbrayılov

Məhəmməd Ələsgər oğlu Həsənov

Sahil Ələmdar Məmmədov

Şükür Nəriman oğlu Həmidov

Vahid Həbibullu oğlu Quliyev

Mirzə Məcid oğlu Quliyev

Bəxtiyar Əzizulla oğlu Allahverdiyev

Fariz Çoban oğlu Qəhrəmanov 

İntiqam Vahid oğlu Atakişiyev 

Fariz Əlövsət oğlu Mədətov

Möhsüm Şahin oğlu Məmmədov 

Zabit Adil oğlu Quliyev

Ehtiram İsrayıl oğlu  Əliyev

Maşallah Babakişi oğlu Adullayev

H.Əliyev (1993-2003-cü illər) tərəfindən 86 nəfərə "Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.  

İlk dəfə 24 avqust 1993-cü ildə 3 nəfərə "Azərbaycanın Milli Qəhrəmanı” adı verib:

Sultanağa Nəhmət oğlu Bayramov

Etibar Böyükağa oğlu Əliyev 

Paşa Qurban oğlu Təhməzov 

Bu üç qəhrəman dövlətçiliyimizin qorunması uğrunda öz canlarını əsirgəmirlər. Beləki Əlikram Hümbə-tov öz quldur dəstəsi ilə Lənkəran əhərində ağır cinayətlər törətdiyi zamanlarında (23 avqust 1993-cü il-də) faciəli surətdə həlak olmuşlar. 

Çingiz Adil oğlu Babayev.

"N" saylı hərbi hissədə qərərgah rəisi vəzifəsində çalışır. Rütbəsi Baş Leytenant idi. Bakı şəhərində Ulduz və Nəriman Nərimanov metrostansiyası arasında baş verən faciə (qatarda baş verən yanğın) zamanı çox böyük qəhrəmanlıqlar göstərir. Vaqonlarda olan insanları xilas edir. Lakin başqalarının həyatını xilas edən zaman öz həyatını qurban verir. Ölümündən sonra prezidenti Heydər Əliyevin fərmanı ilə (3 noyabr 1995-ci il № 506.) "Azərbaycanın Milli Qəhrəmanı” adı verilir

H.Əliyev sonuncu dəfə 12 yanvar 1999-cu ildə 2 nəfərə "Azərbaycanın Milli Qəhrəmanı” adı verib:

kapitan Rövşən Abdulla oğlu Rzayev (ölümündən sonra)
baş gizir Mixail Aleksandroviç Slesaryev 

1999-cu il 8 yanvarda Qaradağ rayonundakı Qobustan qəsəbəsində yerləşən həbsxanasında bir qrup məh-bus qiyam qaldırmışlar. Baş vermiş qiyamın qarşısının alınmasında, terrorçuların zərərsizləşdirilməsində, girov götürülmüş insanların həyatının xilas edilməsində qəhrəmanlıq və şücaət göstərdiklərinə görə.

Prezident İlham Əliyev (2003-cü ildən) tərəfindən cəmi 6 nəfərə "Azərbaycanın Milli Qəhrəmanı” adını verilib:

Eltun Xaləddin oğlu İsgəndərov. 

2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, döyüşün ağır yerində sərhəd pozucularından biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atıb, cəsur əsgəri-miz dərhal özünü qumbaranın üzərinə atıb, həlak olub, amma öz ölümü ilə əsgər və zabitlərimizin həyatını xilas edib. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli 349 saylı fərmanı ilə "Azər-baycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Mübariz Ağakərim oğlu İbrahimov.

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu ara-sındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və za-bitini gözlənilmədən birinci həmlədə məhv edir.Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edə-rək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir.

Şükür Nəriman oğlu Həmidov 

Murad Telman oğlu Mirzəyev 

Samid Gülağa oğlu İmanov.

2016-cı il Aprel döyüşlərində göstərdikləri qəhrəmanlıqlara görə prezident İlham Əliyev tərəfindən 19 ap-rel 2016-cı il tarixli 1966 saylı sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Çingiz Salman oğlu Qurbanov.

Əsgər Ç.Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman şəhid oldu. 2017-cı ilin 7 fevralında Azərbaycan Res-publikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlə-rinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurba-nov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.

Hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidi bu qəhrəmanlar. Onların həyat və fəaliyyətini biz öyrənməliyik. Çünki Vətənimiz uğrunda şirin canlarını qurban verilib.

 

Bəhruz Rufullayev     

Biləsuvar rayon N.Nərimanov adına 6 saylı tam orta məktəbin tarix müəllimi  
modern.az



Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərlə bağlı mühüm sərəncam

Müəllimlərlə bağlı mühüm sərəncam

Prezident təhsil işçilərini təltif etdi- "Tərəqqi" medalına layiq görülən müəllimlər- SİYAHI

Prezident təhsil işçilərini təltif etdi- "Tərəqqi" medalına layiq görülən müəllimlər- SİYAHI

Bu müəllimlərə "Əməkdar müəllim" fəxri adı verildi- SİYAHI

Bu müəllimlərə "Əməkdar müəllim" fəxri adı verildi- SİYAHI

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Prezident rektora “Xalq yazıçısı”, Ramiz Rövşən və Musa Yaquba “Xalq şairi” adı verdi-SİYAHI

Prezident rektora “Xalq yazıçısı”, Ramiz Rövşən və Musa Yaquba “Xalq şairi” adı verdi-SİYAHI

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Şəhid gizirimizin oğlu atasının yolunu davam etdirəcək

Şəhid gizirimizin oğlu atasının yolunu davam etdirəcək

Bu Universitetin əməkdaşlarına fəxri adlar verildi - SİYAHI

Bu Universitetin əməkdaşlarına fəxri adlar verildi - SİYAHI

Bu tələbələr Prezident təqaüdü alacaq - Siyahı

Bu tələbələr Prezident təqaüdü alacaq - Siyahı

Texniki Universitetin 15 tələbəsinin təhsilhaqqını Gənclər Fondu ödəyəcək

Texniki Universitetin 15 tələbəsinin təhsilhaqqını Gənclər Fondu ödəyəcək

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Kütləvi dava

Kütləvi dava

Direktor vəzifəsini tutmaq istəyənlərin adları açıqlandı– SİYAHI

Direktor vəzifəsini tutmaq istəyənlərin adları açıqlandı– SİYAHI

Direktor vəzifəsinə növbəti yerləşdirmənin nəticələri

Direktor vəzifəsinə növbəti yerləşdirmənin nəticələri

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI

İlham Əliyev bu alimlərə fəxri ad verdi

İlham Əliyev bu alimlərə fəxri ad verdi

Professorun oğlu zəhərlənmədən vəfat edib

Professorun oğlu zəhərlənmədən vəfat edib

Prezident təhsil işçilərini təltif edib – SİYAHI

Prezident təhsil işçilərini təltif edib – SİYAHI

Tərtərdə məktəb direktorları yol qəzasına düşüb

Tərtərdə məktəb direktorları yol qəzasına düşüb

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Təhsil naziri UNEC-in əməkdaşlarını təltif etdi - SİYAHI

Təhsil naziri UNEC-in əməkdaşlarını təltif etdi - SİYAHI

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

Bakıda ana və oğlu eyni vaxtda tələbə oldu

Bakıda ana və oğlu eyni vaxtda tələbə oldu

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI