AzTehsil.com

Xəbərlər / Müəllim
20 noyabr 2017
3 247

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Ucqar kənd məktəbində dərs deyən, üstəlik bunu ürəklə həyata keçirən bu səfərki qəhrəmanımız Quba rayonu ucqar Zeyid kənd məktəbində coğrafiya müəllimi işləyən Araz Baloğlanovdur.

26 yaşı var. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsindəndir. Azərbaycan Müəllimlər İnstitutunun Tarix-Coğrafiya fakultəsini bitirib.

Deyir çətinliyi kəndə yeni gələndə hiss edib. Amma buna hazırlıqlı imiş.

"Çətinliklərin aradan qaldırılması təkcə mənə görə yox, kəndin ictimaiyyətlə əlaqəsinə güclü təkan olardı. Məsələn yol probleminin həll olunması, məktəblərdə istilik sistemi və s. Soyuq bir sinifdə papaqlı, gödəkçəli və ya paltoda dərs öyrənmək hara, isti yerdə, parta arxasında oturmaq hara?. Ucqar kənddə dərs demək çətindir. Yol problemi, oradakı yaşayış şərtləri, qaz olmaması və s. Amma şagirdlərin sevgisi, isti münasibət, oxumağa həvəsləri bunları gözəgörünməz edir mənim üçün…Şəhərdə təhsil alan şagird informasiya əldə etmək üçün internetdən istifadə edir. Lakin kənddə təhsil alan şagirdin belə imkanları yoxdur. İnteqrasiya imkanları məhduddur. Bu. müəllim üçün də çətinlik yaradır”.

Gənc müəllim qısa bir zamanda şagirdləri ilə dostluq münasibəti qurub. Deyir müəllim təkcə dərs deməklə işini bitmiş hesab etməməlidir.

"Qısa bir müddətdə şagirdlərimdə özünəinam hissi yarada bildiyimi zənn edirəm. Şagirdlərim hətta onlar məktəbi bitirənəcən burda qalmamı istəyirlər. Onların sevgisini qazandığımı hiss edirəm. Müəllim həm də şagirdinə düzgün yol göstərməlidir. Onlarla dost olmalıdır. Bütün bunlarla bərabər, onlar arasında nüfuzunu da qoruyub saxlamalıdır ki, şagirddə arxayınlıq yaranmasın”.

Araz Baloğlanovun gələcəyi dair planları da var. Gələcəkdə təhsil standartlarına uyğun olaraq dərsi əyani sübut olacaq bir mühitdə keçmək istəyir.

"Gənc müəllimlərə tövsiyyəm budur ki, ucqar kəndlərdə dərs keçməkdən çəkinməsinlər. Problemlər danılmazdır. Lakin öhdəsindən gəlmək də mümkündür. Təkcə maddi tərəfini yox, şagirdləri də düşünün”.

Əksər müəllimlər təyinat üçün göndərdiyi yerdə ailə quraraq daimi yaşamağa başlayırlar. Siz necə belə bir şey düşünürsünüzmü?

"Təyinat aldığın yerdə ailə qurub, yaşamaq qismətdir. Amma orda ailə qurub daimi yaşamağı düşünmürəm”.

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Загрузка...
Həmçinin oxuyun:
Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

"Mən özümü fədakar müəllim hesab etmirəm."

Bu tədris ilində Quba rayonuna 169 müəllim təyinat alıb

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Xınalığı seçən  gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

Təhsil Şöbəsi: Masazırdakı müəllim çatışmazlığı problemi tezliklə həll olunacaq

"Yeganə xalqıq  müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

“Gənc müəllimlər” məktəbində növbəti dərs

"Müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir"

36 illik təcrübəsi olan müəllimlə müsahibə