AzTehsil.com


Xəbərlər / Müəllim
26 oktyabr 2016
3 885


Xınalığı seçən gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”



 

Xınalığı seçən  gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

 

 

Modern.az  saytı zaman-zaman ucqar kənd müəllimləri ilə müsahibələr təqdim edir. Bu dəfə Qubanın Xınalıq kənd məktəbindən danışacağıq.
Xınalıqda  riyaziyyat müəllimi işləyən Vəfa Bahaddinova ilə müsahibəni təqdim edirik. 

-Xınalıq kəndində neçə müddətdir ki, müəllim kimi çalışırsız?

-Bu ilin sentyabrından Xınalıq kəndində müəllim kimi fəaliyyət göstərirəm. Ailəm Qubanın Alekseyevka kəndində yaşayır. Artıq bura çox alışmışam. 

-Niyə məhz, Xınalıq? Gənclərin çoxu kənd yerlərində müəllim kimi işləməkdən imtina edir.

-Düzü, məni tanıyanların çoxu bu sualı mənə verib. Onu deyə bilərəm ki, şəxsi istəyimlə Xınalıqda dərs deməyə yollanmışam. Əvvəldən özümü çətinliyə hazırlamışdım. Amma, Xınalığa gələndə elə də böyük çətinliklə qarşılaşmadım. Heç də hər şey gözlədiyim kimi olmadı. Həm də Xınalıq ucqar kənd olduğundan insanları savadsız kimi təsəvvür edirdim. Amma bu fikirlərimdə də yanıldım. Xınalıqdakı insanlar təhsilə çox önəm verirlər. Məktəblilər öyrənməyə daha çox can atırlar.

-Hansı ali məktəbi bitirmisiz?

-Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirmişəm. 

-Tələbə olarkən,  xəyallarınızdakı iş yeri nə olub?

-Bəlkə də, inanmayacaqsınız. Hələ universitetin 2-ci kursunda oxuyarkən Xınalığa gedib orada müəllim işləmək ağlımdan keçirdi. Düşünürdüm ki, müəllim kimi ucqar kənd olan Xınalıqda daha yaxşı təcrübə əldə edə bilərəm. 

-Ucqar kəndə yollanmaq istəyinizi ailəniz biləndə etiraz etdimi?

-Atam Xınalığa getməyimi çox normal qarşıladı. Atamgil əslən Xınalıqdandılar. O, ata yurdunda müəllim işləməyimə çox sevindi. Atamdan başqa, bütün qohum-əqrəba Xınalıqda müəllim kimi çalışmamağımı tövsiyə edirdilər. Onların düşüncəsinə görə  Bakıda ali təhsil almağım,  daha geniş seçimə malik olmağım ona əsas verir ki, daha rahat yerdə müəllim kimi fəaliyyət göstərə bilərəm. 

-2 aydır ki, Xınalıqdasız. Burda müəllim kimi çalışmağınıza peşman deyilsiz ki?

-Peşman deyiləm. Hətta, deyə bilərəm ki, artıq Xınalığa alışmışam. Hələ  qış qarşıdadır. Görək başımıza nə gəlir. Artıq  üçüncü dəfədir ki, Xınalığa qar yağır.

-Kənd məktəbliləri yeni müəllimlərinə alışıbmı?

-Bura ilk dəfə gələndə şagirdlərə özümü təqdim edəndə çox sevinmişdilər. Ümumiyyətlə, məktəbə yeni müəllim gələndə çox sevinirlər.  Kənd adətləri Xınalıqda da özünü göstərir. Bir də görürsüz ki, uşaqlar kənd məhsullarından nəsə gətirir. 
Namidə BİNGÖL http://modern.az/#gsc.tab=0



Загрузка...
Həmçinin oxuyun:
Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Kəngərli rayon Xok kənd tam orta məktəbində tədbir keçirilib

Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Kəngərli rayon Xok kənd tam orta məktəbində tədbir keçirilib

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Su həsrəti (hekayə)    Ağababa İbrahimov

Su həsrəti (hekayə) Ağababa İbrahimov

600 manatlıq dilənçi...Hekayə

600 manatlıq dilənçi...Hekayə

GÖYLƏRƏ QALXAN İŞIQ........Şəhriyyə Qəzənfərqızı

GÖYLƏRƏ QALXAN İŞIQ........Şəhriyyə Qəzənfərqızı

Mən o zaman uşaq idim...Ağalar  Bayramov

Mən o zaman uşaq idim...Ağalar Bayramov

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

Təhsil eksperti Elşən Qafarov

Təhsil eksperti Elşən Qafarov

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Uşaq huquqları və vəzifələri

Uşaq huquqları və vəzifələri

Özünü təhsil eksperti kimi təqdim edən müəllim ifşa edildi

Özünü təhsil eksperti kimi təqdim edən müəllim ifşa edildi

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?