
Sumqayıt Dövlət Universitetinin rektor əvəzi məlum olub
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinə rektor əvəzi təyin olunub.
Bu barədə Oxu.Az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin sabiq rektoru Rüfət Eyvaz oğlu Əzizov ADNSU-ya yeni rektor təyin olunub.