Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”
"Koroğlu” dastanının Paris nüsxəsi 1997-ci ildə "OZAN” nəşriyyatında kiril, 2005-ci ildə isə "ŞƏRQ-QƏRB” nəşriyyatında latın əlifbasında çap olunub. Kaş çap olunmayaydı!”.
Aztəhsil.com xəbər verir ki, bu barədə şair-yazıçı Əli Vəlioğlu "Koroğlu” dastanının Parıs nüsxəsi ilə bağlı yazdığı məqalədə qeyd edib. Maraqlı olacağını nəzərə alaraq Əli Vəlioğlunun "Koroğlu” dastanının Parıs nüsxəsi ilə bağlı yazdığı məqaləni təqdim edirik:
Dastan başdan-ayağa təhqirlərlə, söyüşlərlə, qarğışlarla dolu olmaqla bərabər, tam mənada qəzəblə, kinlə, nifrətlə qələmə alınıb və millətimizin adına, mənəvi sərvətinə yaxılan qara ləkədən başqa bir şey deyil.
Azərbaycan xalqının çoxcildli dastan və nağıllarının şirin dili, məna dəyəri ilə tanış olan hər hansı bir oxucu dərhal hiss edər ki, qələmə alınmış "Koroğlu” dastanının Parıs nüsxəsi milliyəti qəsdən gizlədilmiş bir kələkbazın, bicin, hiyləgərin dilindən millətimizin adına söylənilən böhtahdır, şərdir. Bu az imiş kimi, hələ sapı özümüzdən olan baltalarımız da bu dastanın mahiyyətindən xəbərsiz halda dastanın bu nəşrinə təmtəraqlı rəy yazmaqla onların havadarına çevriliblər. Görünür bu rəyçi alimlər ya bu kitabin bir vərəqini qatlamadan rəy yazıblar, ya oxuyub böhtan- kələklə dolu olan mahiyyətinə fikir verməyiblər ya da "Koroğlu”nun əvvəlki variantlarını, çoxcilidli Azərbaycan dastan və nağıllarından xəbərləri belə olmayıb. Əgər səbəb deyilən fikirlərin sonuncudursa, bu daha pis.
Rəyçi alimlərimiz qoy inciməsinlər. Azərbaycan dastan və nağıllarını qabaqlarına qoyub bir-bir oxusunlar. Əgər bütün dediyimiz küllüyatlarımızdan müsbət qəhrəmanların dilindən bir və ya bir neçə təhqir, söyüş, lətair sözlərinə rast gəlsələr, onların ünvanına dediyim tənqidi fikirlərimə görə bu başdan üzr istəməyə hazıram. Əminəm ki, bir dənə də belə ana, bacı söyüşləri tapa bilməzlər.
"KOROĞLU” (Parıs nüsxəsi) "OZAN” nəşriyyatı Bakı-1997 nəşrində "İNSTİTUTDAN” başlıqlı rəydə oxuyuruq:
"Eposun nəsr hissəsini fars dilindən Azərbaycan türkcəsinə Qulamrza Budaqi tərcümə etmişdir. Mütərcimə məsləhət və kömək göstərən Filologiya elmləri namizədi Teymur Kərimlidir. Nəşrə hazırlayan filologoya elmləri doktoru İsrafil Abbaslı, nəşrin elmi redaktory fıl. elm. doktoru Bəhlul Abdullayev, professor Azad Nəbiyev dastanın əlyazmasına rəy vermişdir.”
Adları çəkilən alimlərimizin hər birinə böyük hörmətim var. Ancaq dünya ədəbiyyatında öz xüsusi yeri və şöhrəti olan milli ədəbi dəyərlərimizə yaxılan bu ləkəli, çamurlu qarayaxmalara tutarlı cavab vermək əvəzinə, bu dastanı "MİSİLSİZ DASTAN İNCİSİ” kimi qiymətləndiriblər. Hörmətli alimlərimizin, millətimizin şərəfinə yaxılan dastan dolu qarayaxmalara biganə münasibətlərini başa düşə bilmirəm.
Hələ 1998-ci ildə bununla bağlı iradlarımı yazıb mətbuatda çap etdirmək istəsəm də, əlyazmalarımı itib-batdıya saldılar. Məni həmişə narahat edən bu məsələyə bir də qayıtmaq məcburiyyətində qaldım.
"ÖN SÖZ”də oxuyuruq:
"Parisə aparılan "Koroğlu” eposunun əlyazması Hacı Mirzə İsgəndərin təşəbbüsü ilə qələmə alınmışdır. Dastanın söyləyicisi Sadıq bəy, qələmə almış Mirzə Əbdülvahab. Mirzə İsgəndərin nökər və qulluqçuları Mirzə Mehdi Gilani, Həzrətqulu bəy və Yaqub bəy (nökər,qulluqçu dediyin hara, bəy dediyin hara?) şahidlik etmişlər. (Bu adamlar doğrudanmı azərbaycanlı idilər? Erməni və ya fars olduqlarına şübhə etmirsiniz? Etməsəniz, onda , dastandan çıxarılan nəticəyə diqqətlə nəzər yetirin – Ə.V.)
Dastanın ümumi ahəngindən hiss edirsən ki, bu adamlar ya ermənididlər, ya da farslardır ki özlərini azərbaycanlı kimi qələmə veriblər. Dastanda erməni izi açıq-aydın hiss olunur. Məgər belə böhtanlar tarıx böyu nankor qonşulardan-ermənilər tərəfindən azmı görmüşük? Xalqımızın bütün mənəvi sərvətlərindən—dastan, nağıllar, folklor nümunələrinin zənginliyindən, misilsiz sənət əsərlərinizə olan paxıllıqlarından ölüb-ölə bilməyən bədnam qonşular min hiyləyə əl atacaqlar, həmişə çirkab əməllərindən, alçaqlıqlarından əl çəkməyəcəklər.
"KOROĞLU” (Parıs nüsxəsində) dastanla bağlı iradlar:
1. Dastanın dili zəif, rabitəsiz, ziddiyyətli, bir-birini inkar edən fikirlərlə boldur.
2. Dastan başdanayağa təhqirlər, lağlılıq, söyüşlər, qarğışlar, lətairlərlə doludur.
3. Koroğlunun atasi Mirzə Sərrafın ovladına olan sevgi, istəyini ata söyüşü, qəzəbi əvəz edir.
4. Dəlilər kobud, etibarsız, saxta, içki düşgünü, bir-birinə yalan, nifrət, qəzəb bəsləyən, qorxaq, bir-birləri ilə boğuşan, namərdirlər və s.
5. Koroğlu tam mənada mənfi obraz kimi verilib. Kobud, qarunqulu, adamlıqdan uzaq, cani, tamahkar, dəhşət içki düşgünü, (uşaqbaz olması, elə təsvir olunur ki, sanki Eyvazı bu məqsədlə Çənlibelə gətirib), namərd və s.
6. Nigar xanım kobud, zalım, insafsız, yaddaşdan zəif…
7. Pərizad xanım kobud, insafsız, şərab düşkünü…
DASTANDA gedən soyüşlər:
1. Ay anası… 6 dəfə işlənib
2. Ay anası filan-filan… 1 dəfə
3. Sənin ananı… Sənin də… 2 dəfə
4. Sənin arvadı… 1 dəfə
5. Ay arvadı qəhbə…. 2 dəfə
6. Ay anasını satdığımın xırsız… 1 dəfə
7. Arvadını… 6 dəfə
8. Ay anası ləçər… 2 dəfə
9. Bu qəhbə rusigar məni… 2 dəfə
10. Ay yaramaz— 2 dəfə Yaramaz—2 dəfə
11. Vələdüzüna— 29 dəfə Ey vələdüzna—1 dəfə
12. Əclaf— 10 dəfə
13. Dədəsinin kəlləsini… 26 dəfə
14. Yalançının atasına lənət— 1 dəfə
15. Atasına lənət, itlərin….. 5 dəfə
16. Yalançı itdən əskikdir— 1 dəfə
17. Səni cavan öləsən (Mizrə Sərraf oğlu Koroğluya deyir)
18. Evi yıxılsın— 6 dəfə
19. Allah sənin evini yıxsın— 8 dəfə
20. Ay nadan— 2 dəfə
21. Ay nankor— 2 dəfə
22. Ay dinsiz— 2 dəfə
23. Qurumsaq— 5 dəfə
24. Sürüş— 1 dəfə
25. Tünbətün— 1 dəfə
26. Murdar— 1 dəfə
27. Ay kaftar— 1 dəfə
28. İfritə- 1 dəfə
29. Zayıllayıb— 1 dəfə
30. Köpək oğlu—13 dəfə
31. köpək- 1dəfə
32. Ay it balası—5 dəfə
33. it balası— 1 dəfə
34. it oğlu— 6 dəfə
35. Gorbagor— 3 dəfə
36. Haramzada—17 dəfə
37. Ay alçaq— 5 dəfə
38. alçaqları— 3 dəfə
39. Atabatası gorbagor olsun, sənin də-1 dəfə
40. Axmaq— 6 dəfə
41. Biqeyrət— 1 dəfə
42. Həsən paşanın da, Bolu bəyin də, sənin də…
43. Ələsalmalar – 128 dəfə kəpənək.
44. Təhqirlər– 144 dəfə. CƏMİ: 1349.
Dastanda surətlərin xarakterləri:
1.Koröğlunun atası:
– Səni cavan öləsən, oğul, buna işıq dəyib. (səh.12)
– (oğluna) Evin yıxılsın, necə ki, məni öz üzünə həsrət qoydun. Səni görüm övlad üzünə həsrət qalasan.(səh. 12) (Ata qarğış etdiyi üçün Koroğlu uşaq üzünə həsrət qaldı).
2. Qıratın təsviri:
– Qulunlar çox tüklü,bədheybət idi.
– Qırat qulaqlarını eşşək qulağı kimi sallamışdı.
– Daşdan yumşaq hər şey yeyirdi.
– Evin yıxılsın, aşıq, sənin bu atın adam yeyənmiş ki. (sən.136).
3. NİGAR XANIM:
kobud, zalım, insafsız, kəzzab, yaddaşsız kimi:
Nigar xanımın əmri ilə dükanın qapısını qırdılar (Səh.;8).
Nigar xanım Bəlli Əhmədin kürəyindən bir təpik vurub onun kimliyini soruşdu.
Nigar xanım: -(Bəlli Əhmədə) Ay heyvərə, haralısan?
Koroğluya yazır: – Kişisənsə, İstanbula gəlib məni apar.
Yaddaşsızlığı: – Ay heyvərə, sənin adın nə oldu? (səh.49).
Nigar xanım fələqqə gətirtdi. Kənizin ayaqlarına fələqqə vurdurub çubuqla döydürdü.
Nigar xanım Koroğlunun sinəsindən bir təpik vurdu. Nigar xanımın işarəsi ilə kənizlər dəyənək-çomaq əllərində Koroğlunun üstünə tökülüşdülər. Koroğlunu o qədər döydülər ki, qara mahut paltarı cırıq-cırıq oldu. (Bu hal cinayətini boynuna almayan canı ilə polisin rəftarını xatırladı mənə.- Ə.V.).
Koroğlu: – Ay xanım, mənə rəhmin gəlmirsə, bu kənizlərə rəhmin gəlsin, bu yazıqların əlləri qabar oldu.
Nigar xanım:-Qızlar, gedib şərab içib yenidən bu bığlı çavuşu əzişdirin (səh.62)
Qızlar, çavuş məndən qorxub dil-dodağı quruyub.Yazıqdır, mumyaya bir az yağ qatın, ona verin yesin… Canına yazığı gəlsin, başını götürüb qaçsın, yoxsa onu öldürəcəyəm… Qızlar… hacını da kefləndirib oyanandan sonra dəyənəklə əzişdirib yola salarıq. Xanımın hökmi ilə kənizlər Koroğlunu yenidən əzişdirdilər… Daha ona dəyənək çatmaz, daş ilə vurun.
Nigar xanım:- Ey Koroğlu, bir şərtim var, atam sənin əyninə bir köynək tikdiribdir. Köynək əyninə iri gəlsə ayaqlarının altına nal çaldıracağam, qısa gəlsə ayaqlarını kəsdirəcəyəm, dar olsa qarnını cırdıracağam, gen olsa sinənə mıx çaldıracağam… Sən isə öz kişiliyini göstərib məni qaçırarsan (səh. 64).
Alimlərimiz dediyi deyəsən doğrudur; "MİSİLSİZ FOLKLOR İNCİSİ”dir.
4. PƏRİZAD XANIM: kobud, içkibaz kimi:
– Bunu əzişdirin. Gəmirin,
– Koroğlunu yumruq, pampaca altına salıb əməlli-başlı əzişdirin. Elə bil yeddi illik yuxuya getmiş bir camışı yuxudan oyadırsan.
– … Şəklin ver baxacağam, Koroğlu olsa heç, yalan demiş olsan axırına çıxacağam.
Pərizad xanım Koroğlu ilə birlikdə şərab içməkdə məşğul oldu.
DASTANDA erməni İZİ:
Erməni tacir Koroğlunun zəncir kəmərindən tutub elə çəkdi ki, Koroğlu üzü üstə Qıratın ayağının altına yıxılıb ayaqları havada qaldı…. Tacir Koroğlunu incitməyib çadırına qayıtdı…. Koroğlu dinməz-söyləməz sakitcə çadırın bir küncünə sığındı (səh.99).
Koroğlu bir müddət pusquda dayanıb taciri güddü. Bir gün tacir gəlib keçəndə Koroğlu Qıratı tacirin üstünə çapıb fürsət vermədən qılıncı onun boynuna vurdu…Koroğlu onun paltarını əynindən soyundurub gördü ki, ermənidi. (Koroğlunun maymaqlığına bax ki, bu qədər hadisədən sonra tacirin erməni olduğunu anlaya bilməyib, zaylığına bax ki, ölünü soyundurub sünnətinə baxır). (Budur erməni alçaqlığı). Sonra ölünün üstündə sazı götürüb dedi:
Hazar (ermənicən min) dərdin dərmanıdü,
Soydum, gördüm ermənidü…(səh.103).
(Koroğlu ömründə iki nəfərə- bir erməniyə, bir də kürdistanlı Mustafa bəyə məğlub olur. Budur dastanda erməni izi).
DASTANDA KOROĞLUNUN xarakterik xüsusiyyətləri:
Kobud, soyüşağızlı, köntöy, nanəcib, lətair söyüşlü, soyğunçu, quldur, tamahkar, icki düşkünü (sərxoş), namərd, qarınqulu, uşaqbaz, qarğışcıl, pinti yeyimli kimi.
1. Koroğlu sərxoş, qarınqulu, ədəbsiz yeyimli kimi: (Koroğlu tuluğu içib qarnını göstərir):
– Qarnım boşdur…. Vəzir Koroğlunun əlindən qəzəblənib dedi:-Bir dolu tuluq şərab gətirin,qoy gözünün qurdu ölsün…Aşıq ölənə qədər iç!…. Koroğlu kasanı kənara qoydu, tuluğu götürüb iki əlli başına çəkdi (səh.130)…ağzını da mağara ağzı kimi açıb qabı başına çəkdi(səh.25)…
-Ay bala, bunları qarnımda qatışdıracağam (səh.32).
Koroğlu Nigar xanımın əlində piyala görən kimi ağzı sulandı…dodaqlarını yalamağa başladı (səh 63.)…. Həsən paşa ləzzətlə şərab içirdi, Koroğlu tamaşa edib dodaqlarını yalayırdı (səh.129)… Ürəyi şərab üçün əsirdi… İki batman sərabı başına çəkdi… Üç gündən sonra şərabın təsirindən ayıldı … Eyvaza de, gəlsin mənə 3-4 piyalə məstliyə aparan şərab versin (səh.120).
Koroğlunun nər dəvə kimi ağzından köpük töküldü (səh.121)
Koroğlu ac qurd kimi pulovu, əti, əlinə keçəni qarnına doldurdu.
Dona xanımdan bir günlük yeməyinə 13, 5 batman və min misqal yemək tələb edir (səh.180). (Dastan başdan ayağa bu səpkilərdə qələmə alınıb).
2. Koroğlu çörəkitirən, qabacavablı, qadına hörmətsiz kimi: Quyuya salınan Koroğlunu yaxşı yedirdib-içirən Dona xanım:-Ey Koroğlu, salam allahın adıdır, bəs salamımı niyə almırsan? … Koroğlu qəzəblə:-İtil gözümün qabağından, ifritə (səh.183).
3. Koroğlu ədəbsiz, kobud kimi: Eyvaz deyəndə ki, icazə ver mən gedim durna vurub gətirim… Koroğlu:-Kəs səsini yaramaz! (səh.117)… qonağı Giziroğluya:-Sən gərək durna əti yox, zəhrimar həvəsinə düşəydin(səh,123).
Bu oğlanın ağzını əşrəfi ilə doldur.
Koroğlu (günahsız yerə) qulluqçunu sazla elə vurdu ku. Dörd dişi qarnına keçdi ( səh.129).
4. Koroğlu qorxaq kimi: Koroğlu:—Ay köpək oğlanları, o biri tacir (ermənini deyir… erməni izi) mərd idi , məni öldürmədi, bu biri dəli çıxar, məni öldrər ( Bəh-bəh, budur Koroğlunun qəhrəmanlığı? Ə.V.)
Koroğlu Eyvaza dedi: -Dəmirçioğlu, Güyümçüoğlu, Bəlli Əhməd, Dəli Həsən mənimlə birgə getmək şərti ilə gedərəm (səh.100)…Koroğlu bu dord nəfəri pusquda qoyub dedi:-Mən gedirəm, təklikdə bac ala bildım lap yaxşı, ala bilməsəm mənim səsimi eşidən kimi gələrsiniz. Və.s…
5. Dastanda (Koroğlu—(Eyvaz) uşaqbazlılıq işartıları:
(səh.21).
Dil onun camalının, telinin vəsfindən aciz idi. Xacə Yaqub:
Sevdi könlüm yenə bir qaşı kaman oğlanı,
Beli incə, ləbi qönçə, bir güli-xəndanı.
Yoxdur bir böylə gəzsən əgər dünyanı
Adı Eyvazxan ola, həşt behiştin cəməni…
Xacə Yaqub bu oğlanı gördükdə bir könüldən min könülə ona aşıq oldu… Bu hansı bağın gülüdü?…
Koroğlu:
– Eyvaz balı kimi bir cavan sevdim,
Tutun onun toyun ta mən gəlincə.(səh.23).
Eyvaz öz hüsn-camalına qürrələnib…Koroğluya möhkəm sillə vurdu… Koroğlu ürəyində:- Allaha şükür ki, Eyvazın əli mənim ağzıma dəydi.
Eyvaz (Koroğluya): – Arvadı qəhbə, mənim üçün müştəri olubsan?…Mənim günahımdan keç.. Koroğlu: – Əvvəldən sənin günahından keçmişəm.(səh.27).
Koroğlu:- İlahı, ölsəm də həsrətim qalmadı. Eyvaz mənə şərab verdi (səh.31).
Eyvaz Koroğlunun qolundan yapışan kimi Koroğlu sustaldı (səh.35).
Nəzər Cəlali: – Qalib gəlsəm Eyvazı gətirib özümə saqi edərəm, məğlub olsam, heç olmasa Koroğluya qonaq olub Eyvazın camalına tamaşa edərəm. N. Cəlalı çox camalbaz idi (səh.141)…. Nəzər Cəlalinin bir pis xasiyyəti vardı. Koroğlu onun bu xasiyyətinə bələd idi. Dəli Mehtərə tapşırdı ki, Eyvazı bir yanda gizlət, qoyma məclisə gəlsin. Bu vələdüzna Eyvaza söz atar, mənim də qeyrətim götürməz (səh.143-144).
N. Cəlali:- Ey Koroğlu, Eyvaz hardadı? Niyə məclisdə yoxdur?
Koroğlu: Cağırın Eyvaz gəlsin məclisə,
Versin hazar badə, canə nuş olsun.
Xələt biçin xan Eyvazın boyuna…
Eyvaza xəbər apardılar ki, Koroğlu deyir ki, yaraşıqlı paltar geyib məclisə gəlsin… Eyvaz Koroğlunun sözü ilə geyinib-keçinib məclisə gəldi. Cəlalı Eyvazı gördükdə heyran olub ağlı başından çıxdı…. Eyvaz Cəlaliyə şərab dolu piyalə verdi. O, piyaləni alanda Eyvazın əlini sıxdı. Eyvazın rəngi-rufu dəyişib sapsarı saraldı…. Koroğlu Eyvaza buyurdu ki, şərab yenidən süzsün.
Cəlali keyf havasına Eyvaza:
– Mənə saqilik elə…
Eyvaz qəzəblə bardağı yerə çırpdı… Koroğu qeyzlə:
– Ay haramzada, bu nə oyundur çıxarırsan?
Eyvaz:
– Bundan sonra sənə qulluq edənin atabatasına lənət…
Gedərkən, Koroğlu Eyvaza:
– Saqın maral, getmə mədəd….
Eyvaz:
– Giziroğlunun yanına gedirəm. Sonra üstünə hücum çəkib səni öldürüb qanından bir qədəh içəcəyəm ki, ürəyim soyusun…
Koroğlu Eyvaza:
-Sən tək bivəfa gözəli
Sevməkdən, sevməmək yeyrü.
Nazlı yar getdi əlimdən,
Göy geyim qaralar məndə.
Cəlali xəcalətdən başını qaldıra bilmədi. Öz özünə deyirdi: " Bu nə axmaqlıqdır mən elədim. Belə şiri heç ovlamaq olarmı?” (Alimlərimiz, buna görəmi bu dastanı "MİSİLSİZ FOLKLOR İNCİSİ” adlandırırsınız?)
6. Koroğlunun dəlilərlə rəftarı:
-Mən gələnə kimi icki, çalğı məclisi kəsilməlidi, yoxsa kökünüzü yer üzündən kəsərəm. Mən tək-tənha Eyvazın dalısınca gedirəm… Sonra (HƏRDƏMXƏYALDIR) deyir:
Eyvaz Balı kimi bir cavan sevdim,
Tutun onun toyun ta mən gəlincə,
Seylab kimi bol eyləyin çaxırı,
İçün qoçaqlarım, ta mən gəlincə.
Dəlilər qorxaq, sədaqətsiz, içki düşkünlərı, rəftarsız, vəhşi… kimi:
Koroğlu dəlilərinə dedi:
-Bir cavan istərəm gedə Həsən paşanın bağından bir durna vurub gətirə(səh.117)…. Dəlilərin hamısı başlarını aşağı salıb dinməz-söyləməz dayandılar…Koroğlu 2-3 dəfə bu sözü təkrar etdı, dəlilərin cınqırı da çıxmadı. Dəlilər Koroğludan qorxub hərəsi bir siçan deşiyinə soxulmuşdu (səh.120).
Ərəb Reyhanın qorxusundan özlərini ayların-illərin xəstəsi kimi göstərən dəlilər sonra özlərinə mal-dövlət yiğdılar.
Koroğlunun təhlükədə olduğu xəbərini eşidən kimi dəlilər şivən qoparıb ağladılar(səh.111).
Eyvaz qılınc çəkib bağdakı ağscları kəsməyə başladı. Bağban görəndə ki, dəlilər bağı viran qoydular, dərhal padşaha xəbər verdi ki, Koroğlunun dörd dəlisi gəlib bağı kor qoyub ağacları kökündən qırırlar.
Döyüşdən əvvəl.
DƏMİRÇİOĞLU:
– Ağa, Ərəb Reyhanla döyüşdə 100 adam öldürmək mənim boynuma.
Güyümçüoğlu:
-Ağa, 100 adam da mən öldürərəm.
BƏLLİ ƏHMƏD:
-100 adam da mənim əlimdə öləcək.
Dəli Həsən:
– Qoşunun qalanı da mənim boynuma,
Döyüş zamanı:
Eyvaz:
-Sən 100 nəfər deyirdin, gəl bir nəfəri (Ərəb Reyhanı) öldür.
Dəmirçioğlu yazıq-yazıq baxıb dedi:
-Ağa, mənim adımı tutma. Düz yeddi aydı ki, naxoşam. Hələ naxoşluğun şiddətindən başımın tükü də tökülüb.
Eyvaz:
– 100 adam öldürəcəyidin, di gəl bu bir adamı öldür.
Güyümçüoğlu:
– Ağa, on aydı ürəyimdə tikə qalıb.Heç şeşpəri qaldırmağa da gücüm çatmır.
Eyvaz:
– Keç bu kişiynən vuruş.
Bəlli Əhməd:
– Ağa, indi titrətmə, qızdırma məni əldən salıb,zəifləmişəm.
Eyvaz:
– Dəli Həsən, sənin sözün nədir?
Dəli Həsən:
– Koroğlunun da evi yıxılsın, sənin də…bəyəm ermənidir ki, kilsəyə girib? (Bu qolda Koroğlu Ərəb Reyhanın qorxusundan qaçıb kilsəyə girmişdir). (Eyvaz harada ölmüşdün ki, bir ildə arxadaşlarının xəstəliyindən xəbər tutmamısan? Ar olsun belə yoldaşlığa, belə arxadaşlığa! – Ə.V.)
Koroğlu gördü ki, bütün dəlilər tamam bir-birinə qısılıb dayanıblar, dedi: -Əgər burdan xilas olsam, dəlilərin atalarını yandıracağam (səh. 112-113).
İSABALI:
-(Dəlilərə) Kim mənimlə döyüşə gedər? Dəlilər İsabalının sözünə baxmadılar.
DƏLİ MEHTƏR:
– Ordunu şəhər meydanına çatdıracağam, ancaq bu şərtlə ki, məni orduya sərkərdə edib. Dəlilərin ixtiyarını mənə tapşırırsan.
EYVAZ :
– Ağa, (Koroğluya) bu işi mənə buyur, ver piyaləni içim. Piyaləni verməsən bu xəncəri ürəyimin başından soxub özümü həlak edəcəm, ürəyinə ömürlük dağ çəkəcəm.
Eyvaz:
– (Dəmirçioğluna) İşdi əgər ölsəm, Koroğlu sizi qırmasın deyə Həsən paşaya pənah aparın.
Bəlli Əhməd:
– (Dəmirçioğluna) Toqat qoşunu gəldikdə Eyvaz qaçmaq istəsə, qılıncla boynunu vurub öldürəcəyəm.
Həsən paşanın adamları dəliləri apararkən Eyvaz ağladı. Bolu bəy dedi:-Ay vələdüzna, ölümündən qorxub ağlayırsan?
Dəli Mehtər Şeşpəri qaldırıb Eyvazın başına elə vurdu ki, ilan kimi qıvrıldı. Qayıdıb Koroğluya dedi:-Hörmətini saxla, yoxsa Eyvaza vurduğum şeşpərdən birini də sənə vuraram.
Şərab məclisində Eyvazla Dəmirçioğlu sözləşib bir həngamə qopardılar ki, gəl görəsən. Eyvaz şeşpərlə Dəmirçioğlunun başını yardı.(səh.159).
(İt-pişik kimi bir-biri ilə boğuşub yola getməyən dəliləri belə gördükdə artıq məndə heç şübhə yeri qalmır. Deyəsən, doğrudan da bu dastan lap "MİSİLSİZ FOLKLOR İNCİSİ”dir. Alimlərin canına and içirəm ki,bu belədir.
Eyvaz Koroğluya düşmən kəsılərək onu öldürmək üçün Bolu Bəylə Çənlibelə hücuma keçir.
Dəmirçioğlu Koröğludan üz döndərib düşmən kəsilir. Onu öldürmək, Eyvazı nökər götürmək üçün Giziroğlu ilə birləşib Çənlibelə hücum edir.
ÜÇÜNCÜ MƏCLİSƏ bir nəzər.
Kopoğlunun dilində səslənənlər:
Anası…
Ay anası filan-filan…
Çobanın dədəsinin kəlləsini…
Arvadı qəhbə…
Sənin arvadını…
Ay anası…
Köpək oğlu
Yalançı itdən əskikdir.
Arvadını… 2 dəfə işlənib
Səni cavan öləsən.
Atan gorbagor olsun.
Çobanın Allah evini yıxsın
Eyvazın dilində səslənənlər:
Arvadı qəhbə…
Yaramaz… 2 dəfə.
Eyvazın atası İbrahimin dilində səslənənlər:
Arvadını…
Allah evini yıxsın.
O evi yıxılmış.
Ərəb Reyhanın dilində səslənənlər:
Köpək oğlu
Anasını… 2 dəfə işlənib
Ay anasını…
DASTAN başa-baş söyüşlərlə, qarğışlarla, lətairlərlə doludur.
Bax buna deyərlər əsl "MİSİLSİZ FOLKLOR İNCİSİ”, alimlərimiz heç də yanılmayıblar.
ƏLİ VƏLİOĞLU, Şair-yazıçı