AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedoqojitəcrübə / Direktor / Müəllim / Digər Elan / Bölgə
09 oktyabr 2025
1 131

Professor Filds İnstitutunda elmi ezamiyyətdə olub



Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elmi işlər üzrə prorektoru, Ali riyaziyyat kafedrasının professoru Nigar AslanovaKanadanın nüfuzlu Filds Riyaziyyat Elmi Tədqiqat İnstitutunda “qonaq alim” statusunda elmi ezamiyyətdə olub. 


AzTehsil.com xəbər verir ki, professor Nigar Aslanovanın Filds İnstitutuna qonaq alim qismində dəvəti bu sahədə Azərbaycan universitetləri tarixində ilk hadisədir. Belə ki, ilk dəfə olaraq ölkəmizdə olan universitetlərdən bir alim “riyaziyyatın Məkkəsi” hesab edilən bu elm mərkəzinə rəsmi şəkildə dəvət olunub. Onu Toronto Universitetinin (Toronto Universiteti dünya universitetləri reytinqində 21-ci yerdədir) Riyaziyyat kafedrasınınprofessoru, Kanada Royal Cəmiyyətinin Con L.Singe mükafatçısı, Filds İnstitutu mükafatçısıMaykl Siqal dəvət edib və tərəflər birgə “Operator əmsallı diferensial tənliklərin spektral analizi” mövzusunda gələcək birgə tədqiqat istiqamətlərini müəyyənləşdiriblər. 


Səfər çərçivəsində professor Nigar Aslanovaya institutun zəngin kitabxanasından istifadə, dünya səviyyəli alimlərlə müzakirələr aparmaq, seminarlarda elmi nəticələri ilə məruzə etmək və beynəlxalq elmi mühitdə fəaliyyət göstərmək imkanı yaradılıb. 


Bundan başqa Nigar Aslanova “Filds İnstitutunun Elmi işçisi” müsabiqəsinə də müraciət edib və tədqiqat mövzusunun aktuallığı, yüksək elmi potensialı nəzərə alınaraq qalib elan olunub. Nəticədə o, 2026-cı ildə Filds İnstitutunda qrant əsasında 1 aylıq elmi işçi kimi fəaliyyət göstərmək imkanı qazanıb. Bu uğur da Azərbaycan universitetləri tarixində ilk hadisədir. 


Xatırladaq ki, sözügedən müsabiqənin ilk azərbaycanlı qalibi bundan öncə dünya şöhrətli azərbaycanlı alim, hazırda AzMİU rektorunun müşaviri vəzifəsində çalışan professor Məsud Əfəndiyev olub. Onun Filds İnstitutunun əməkdaşları və rəhbərliyi ilə sıx əlaqələri mövcuddur. Onun AzMİU alimlərinin bu institutla, həmçinin digər beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin qurulmasında xüsusi xidmətləri var. 


Professor Nigar Aslanova ezamiyyəti müddətində Kanadanın aparıcı universitetlərində bir sıra faydalı görüşlər də keçirib. O, Toronto Universitetində professor M.Siqal, professorA.Naxman, York Universitetində professorM.V.Vonq, Mak Master Universitetində professorD.Pelinovski ilə görüşlər keçirib, elmi müzakirələr aparıb və seminarlarda son nəticələrini məruzə edib. 


Nigar Aslanova Dünyada komüter elmləri sahəsində önəmli Universitetlərdən olan Voterloo Universitetində kompyuter elmləri məktəbibin direktoru R.Bautaba ilə də görüşlər keçirib. Bu görüşlərdə kompüter elmləri, informasiya texnologiyaları və süni intellekt sahələrindəAzMİU ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. 


Bundan əlavə, AzMİU prorektoru Filds İnstitutunun direktoru Deirdre Haskell ilə görüşərək universitemizlə Filds İnstitutu arasında əməkdaşlıq imkanlarını dəyərləndirib. 


Professor Nigar Aslanovanın bu uğurları AzMİU-nun tədqiqat yönümlü universitetə çevrilməsi strategiyasının mühüm tərkib hissəsidir. Universitet rəhbərliyinin təşəbbüsü ilə beynəlxalq elmi əməkdaşlığa, qabaqcıl elmi mərkəzlərlə əlaqələrin qurulmasına və azərbaycanlı alimlərin qlobal elm məkanına inteqrasiyasına xüsusi önəm verilir.


Qeyd edək ki, AzMİU-nun beynəlxalq elmi şəbəkəyə qoşulması, Azərbaycanın riyaziyyat və texniki elmlər sahəsində dünyada tanınmasına da mühüm töhfə verir.



Həmçinin oxuyun:
İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

Elmimizin məbədi - MÜSAHİBƏ

Elmimizin məbədi - MÜSAHİBƏ

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

AzMİU-da "Məzun Günü" keçirilib

AzMİU-da "Məzun Günü" keçirilib

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf  konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

Barselonanın sabiq memarı AzMİU-da mühazirə oxuyub-FOTOLAR

Barselonanın sabiq memarı AzMİU-da mühazirə oxuyub-FOTOLAR

AzMİU-nun Türkiyədə təbliğatı kampaniyası  uğurla tamamlanıb

AzMİU-nun Türkiyədə təbliğatı kampaniyası uğurla tamamlanıb

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

Təhsil üzrə ümumi MƏLUMAT

Təhsil üzrə ümumi MƏLUMAT

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

AzMİU-da əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisi açılıb

AzMİU-da əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisi açılıb

AzMİU tələbələri Şuşanın memarlıq abidələrinin bərpa eskiz layihələrini hazırlayıblar

AzMİU tələbələri Şuşanın memarlıq abidələrinin bərpa eskiz layihələrini hazırlayıblar

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan qurumların siyahısı təsdiqlənib - CƏDVƏL

Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan qurumların siyahısı təsdiqlənib - CƏDVƏL

Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi davam edir

Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi davam edir

Universitetlərin reytinqində Azərbaycan ən çox irəliləyən ölkələrdəndir

Universitetlərin reytinqində Azərbaycan ən çox irəliləyən ölkələrdəndir

İlaxır çərşənbə AzMİU-da xüsusi təntənə ilə qeyd olunub

İlaxır çərşənbə AzMİU-da xüsusi təntənə ilə qeyd olunub

İkili diplom müqaviləsi imzalanıb

İkili diplom müqaviləsi imzalanıb