AzTehsil.com

Xəbərlər / H/N sənədlər / Yazarlar / İnnovasiyalar / İKT / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Karyera / Texnologiya / Dünya / Manşet / Bölgə / Şagird
03 iyul 2025
776

Təhsil üzrə ümumi MƏLUMAT



AzTehsil.com təqdim edir .


Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların peşə tanınması ilə bağlı keçirilmiş imtahanın nəticəsinə dair məlumat...“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları  üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. Bildiririk ki, 23 iyun 2025-ci il tarixində DİM tərəfindən keçirilmiş imtahanda iştirak etmək üçün 295 nəfər namizəd qeydiyyatdan keçmiş, bunlardan 240 nəfəri imtahanda iştirak etmişdir. 25 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 25% təşkil etmişdir. İxtisaslar üzrə iştirak etmiş və keçid balını toplamış namizədlərlə bağlı statistikanı təqdim edirik.Bildirikik ki, imtahanda ixtisaslar üzrə müraciət sayına uyğun olaraq ən çox imtina almış 4 ixtisasın ölkələr üzrə təhlili aparılmışdır.Peşə tanınması imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 10 nəfər iştirak etmiş, onlardan yalnız 1 nəfəri uğurlu nəticə əldə etmişdir. Ölkələr üzrə Rusiya Federasiyasından 2 (Həştərxan Dövlət Universiteti, Moskva Dövlət Vilayət Universiteti), Türkiyə Respublikasından 2 (Bursa Uludağ Universiteti, Sivas Cumhuriyyət Universiteti), Gürcüstandan 2 (“İveriya” Tbilisi Müstəqil Universiteti, İ. Çavaxişvili adına Tblisi Dövlət Universiteti), Ukraynadan 1 (Q.S.Skovoroda adına Xarkov Milli Pedaqoji Universiteti), Belarus Respublikasından 1 (İ.P.Şamyakin adına Mozır Dövlət Pedaqoji Universiteti), Qazaxıstan Respublikasından 1 (Pavlodar Dövlət Pedaqoji İnstitutu) nəfərin uğursuz nəticəsi qeydə alınmışdır. Ölkələr üzrə Rusiya Federasiyasından (Smolensk Dövlət Universiteti) 1 nəfər 30 maksimum baldan 15 keçid balını toplayaraq uğurlu nəticə əldə etmişdir. Beləliklə, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə peşə tanınması əldə etmək istəyən namizdələrin 90% müvafiq imtahanda uğursuz olmuşdur.Peşə tanınması imtahanında “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə 23 nəfər iştirak etmiş, onlardan yalnız 1 nəfəri uğurlu nəticə əldə etmişdir. Ölkələr üzrə Belarus Respublikasından 21 (Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti) və Ukraynadan 1 (Milli Texniki Universiteti “Xarkov Politexnik İnstitutu”) nəfərin uğursuz nəticəsi qeydə alınmışdır. Ölkələr üzrə Belarus Respublikasından 1 (Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti) nəfər 30 maksimum baldan 15 keçid balını toplayaraq uğurlu nəticə əldə etmişdir. Beləliklə, “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə peşə tanınması əldə etmək istəyən namizdələrin 96% müvafiq imtahanda uğursuz olmuşdur.


Peşə tanınması imtahanında “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə 31 nəfər iştirak etmiş, onlardan 4 nəfəri uğurlu nəticə əldə etmişdir. Ölkələr üzrə Ukraynadan 25 (Ukrayna Milli Mülki Müdafiə Universiteti), Rusiya Federasiyasından 2 (Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universiteti) nəfərin uğursuz nəticəsi qeydə alınmışdır. Ölkələr üzrə Ukraynadan 3 (Ukrayna Milli Mülki Müdafiə Universiteti), Rusiya Federasiyasından 1 (Dövlət Yanğından Mühafizə Xidmətinin Akademiyası) nəfər 15 keçid balından çox toplayaraq uğurlu nəticə əldə etmişdir. Beləliklə, “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə peşə tanınması əldə etmək istəyən namizdələrin 87% müvafiq imtahanda uğursuz olmuşdur.Peşə tanınması imtahanında “Hüquqşünaslıq” ixtisası üzrə 115 nəfər iştirak etmiş, onlardan yalnız 22 nəfəri uğurlu nəticə əldə etmişdir. Ölkələr üzrə Ukraynadan 46 (Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti-9, Y.Mudrıy adına Milli Hüquq Universiteti-9, Xarkov Milli Daxili İşlər Universiteti-8, T.Şevçenko adına Kiyev Milli Universiteti-3, Avqustin Voloşin adına Karpat Universiteti-3, Regionlararası Heyətin İdarəolunması Akademiyası-2, V.Dal adına Şərqi Ukrayna Milli Universiteti-2, V.N.Karazin adına Xarkov Milli Universiteti-2, Dnepropetrovsk Dövlət Daxili İşlər Universiteti, Dövlət İnfrastruktur və Texnologiyalar Universiteti, Kiyev Milli Aviasiya Universiteti, Kiyev Milli Ticarət və İqtisadiyyat Universiteti, Milli Aviasiya Universiteti, Milli Universitet "Odessa Hüquq Akademiyası", O.Qonçar adına Dnepropetrovsk Milli Universiteti-1, Sumı Dövlət Universiteti), Rusiya Federasiyasından 39 (Ümumrusiya Dövlət Ədliyyə Universiteti-4, A.Qriqoryeviç və N.Qriqoryeviç Stoletovlar adına Vladimir Dövlət Universiteti-2, Rusiya Dövlət Sosial Universiteti-2, Rusiya Xalqlar Dostluğu Universiteti-2, Dağıstan Dövlət Universiteti-2, Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası-2, Cənubi Rusiya Humanitar İnstitutu, MİREA-Rusiya Texnoloji Universiteti, Dağıstan Dövlət Xalq Təsərrüfatı Universiteti, Don Dövlət Texniki Universiteti, İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti, Maliyyə və Hüquq İnstitutu, Moskva Dövlət Pedaqoji Universiteti, Moskva İqtisadiyyat İnstitutu, Moskva Müasir Akademik Təhsil İnstitutu, Moskva Sahibkarlıq və Hüquq İnstitutu, Müasir Humanitar Akademiya, Rusiya Dövlət Ədliyyə Universiteti, Rusiya Dövlət Humanitar Universiteti, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin V.Y.Kikot adına Moskva Universiteti, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyası, Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyası, Rusiya Federasiyasının Federal Cəzaların İcrası Xidmətinin Hüquq və İdarəetmə Akademiyası, Rusiya Vəkillik və Notariat Akademiyası, S.A.Yesenin adına Ryazan Dövlət Universiteti, S.P.Korolyov adına Samara Milli Tədqiqat Universiteti, Sankt-Peterburq Dövlət Dəniz Texniki Universiteti, Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu, Ümumrusiya Xarici Ticarət Akademiyası, Ural Dövlət İqtisad Universiteti, Volqoqrad İqtisadiyyat, Sosiologiya və Hüquq İnstitutu), Türkiyə Respublikasından 5 (Ərzincan Binali Yıldırım Universiteti, Bahçeşehir Universiteti, Selçuk Universiteti, Qazi Universiteti, Çukurova Universiteti), Gürcüstandan 1 (Gürcüstan Dövlət Aqrar Universiteti), Belçika Krallığından 1 (Gent Universiteti), Qazaxıstan Respublikasından 1 (Ş.Yesenov adına Xəzər Texnologiyalar və Mühəndislik Universiteti) nəfərin uğursuz nəticəsi qeydə alınmışdır.


Ölkələr üzrə Ukraynadan 7 (Y.Mudrıy adına Milli Hüquq Universiteti-2, Xarkov Milli Daxili İşlər Universiteti-2, İnsan İnkişafı Açıq Beynəlxalq Universiteti, Regionlararası Heyətin İdarəolunması Akademiyası, Ukrayna Dövlət Fiskal Xidməti Universiteti)


Rusiya Federasiyasından 5 (Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası, Voronej Dövlət Universiteti, Dağıstan Dövlət Xalq Təsərrüfatı Universiteti, Ümumrusiya Dövlət Ədliyyə Universiteti, Həştərxan Dövlət Universiteti), Türkiyə Respublikasından 5 (Ondokuz Mayıs Universiteti-2, Dokuz Eylül Universiteti, Akdeniz Universiteti, Ankara Universiteti), Litva Respublikasından 2 (Böyük Vitovt Universiteti, Mykolas Romeris Universiteti), Fransa Respublikasından 1 (Serji-Pontoaz Universiteti), Avstriya Respublikasından 1 (Beynəlxalq Anti-Korrupsiya Akademiyası), Almaniya Federativ Respublikasından 1 (Bucerius Hüquq Məktəbi) nəfər 15 keçid balından çox toplayaraq uğurlu nəticə əldə etmişdir.


Beləliklə, “Hüquqşünaslıq” ixtisası üzrə peşə tanınması əldə etmək istəyən namizdələrin 93% müvafiq imtahanda uğursuz olmuşdur.




Həmçinin oxuyun:
DİM miqrasiya orqanlarına müsabiqə elan edir

DİM miqrasiya orqanlarına müsabiqə elan edir

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məktəb direktoruna cinayət işi açılıb

Məktəb direktoruna cinayət işi açılıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

AGENTLİK müraciət edib

AGENTLİK müraciət edib

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Yalan vədlər verən xaricdə təhsil şirkətləri ilə bağlı əhaliyə MÜRACİƏT

Yalan vədlər verən xaricdə təhsil şirkətləri ilə bağlı əhaliyə MÜRACİƏT

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Akademik tanınma prosesinin vaxtı uzadılıb

Akademik tanınma prosesinin vaxtı uzadılıb