Xəbərlər
06 aprel 2017

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə AzMİU-nun nəzdində İnşaat Kollecinin məzunu, bu il fervarlın 24-dən 25-ə keçən gecə erməni təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan Zakir Cəfərov və ötən il aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinə həsr olunan anım mərasimi keçirilib.  
 
Tədbirdə əvvəlcə dövlət himni səslənib,  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, şəhidin anası Kamalə Abdullayeva, şəhidin ailə üzvləri,  universitet və kollecin  professor-müəllim, tələbə heyəti də iştirak ediblər.
 

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

 

Şəhidin anası Kəmalə Abdullayeva tədbirdə çıxış edərək oğlunun vətənpərvər, mərd, vətənini sevən gənc olmasından söz açıb və tədbirin təşkil edilməsində əməyi keçən universitet və kollec rəhbərliyinə öz  təşəkkürünü bildirib.
 
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək ölkə rəhbərliyinin apardığı uğurlu siyasətdən, aprel döyüşlərində əldə edilən böyük qələbədən danışıb. Rektor aprel döyüşlərinin Azərbaycanın böyük hərbi qələbəsi olduğunu, aprel hadisələrinin isə dövlətimizin qüdrətini, xalqımızın birliyini nümayiş etdirdiyini qeyd edib və bu gün Ali Baş Komandanın döyüş əmrini gözləyən vətənpərvər, ölkəsinə və xalqına sadiq sağlam gəncliyin yetişdiyini vurğulayıb.
 

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

 

G.Məmmədova AzMİU-nun nəzdində İnşaat Kollecinin şəhid məzunu Z.Cəfərovdan söz açaraq bildirib ki, Zakir tək təhsil aldığı müəssənin yox, xalqımızın başını uca edən bir qəhrəman olub. Yaşadığı qısa ömür yolu ilə o, bütün Azərbaycan gənclərinə örnəkdir, ən yaxşı nümunədir. Sonda rektor şəhidin anasına və yaxınlarına Allahdan səbr diləyib. 
 
Tədbirdə AzMİU-nun və universitetin nəzdində İnşaat Kollecinin tələbələrinin birgə iştirakı ilə Z.Cəfərovun həyatından bəhs edən bədii kompozisiya nümayiş etdirilib, vətənpərvərlik mövzusunda şeirlər və musiqilər səsləndirilib. 
 

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

 

Xatırladaq ki, AzMİU-nun nəzdində İnşaat Kollecinin "Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri” ixtisasının 2014-2015-ci illərdə təhsil alan məzunu Zakir Cəfərov fevralın 24-dən 25-nə keçən gecə bütün cəbhə boyu irimiqyaslı təxribatlar törədən Ermənistan ordusunun hücumunun qarşısını alarkən öz komandirini döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlib, şəhid olub.
 

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

 

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

 

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

 

Nəcibə Mirzəyeva(AzMİU-nun mətbuat xidmətinin rəhbəri)





Загрузка...
loading...