AzTehsil.com


Xəbərlər / Hekayələr
13 iyul 2016
7 510


Mən o zaman uşaq idim...Ağalar Bayramov



 

Mən o zaman uşaq idim...Ağalar  Bayramov

 

....Kəndimizdə bir ovçü Bədəl kişi var idi. Mən o zaman uşaq idim. Bədəl kişi bir gün tələ ilə tutduğu tülkünü kəndin otrasinda diri-diri soymağa başladi. Tülkü ulayirdi. Elə ulaya-ulaya da canini tapşirdi.
İllər keçdi, Bədəl kişi canini tapşiranda, nə az, nə çox, düz 7 gün ulayirdi......
.......Ətin ,yağin talonla verilən vaxtlari idi. Kəndimizdə yaşli bir kişi və onun arvadi gəlib Bakidan kiloqrami 3 manat 60 qəpikdən qutularla yağ alib , 4 manat 50 qəpiyə satirdi. Buna kimin nə sözü ola bilərdi ? Amma, bu Allahsizlar hər kiloqramdan 100 qram kəsir və 200 qram da marqarin qatirdilar yağa. Və pulu toplayib gedib bir inək alirdilar. İnək isə bir aydan sonra ölürdü....Bu nanəsiblər başa düşmürdülər ki, mayaya haram qatirdilar....
.......Adini çəkməyəcəyəm , dağ rayonlarinin birində iki gənc toy edib xoşbəxt olmuşdular. Toydan 3 gün sonra kənddə küçəyə çixan bəyə bir yaşli müəllim(!) -Ayə sən hələ də başina papağ qoyub gəzirsən? deyə iztehza edir. Guya, bu bəyin nişanlisina kənddə kimsə sadəcə salam verib. Dəliqanli bəy,firvaya gedib tüfəngi götürüb arvadini dağa çixarir, onun yalvarişlarina baxmayaraq onu da ,özünü də güllələyir. Beləliklə bir namərdin sözündən gənc bir ailə məhv olur. 
Bəyin 24, gəlinin isə 22 yaşi var idi. Bilirsiniz sonra nə oldu.....? Ev yixan müəllimə heç bir şey olmadi, öldü və qəbrinin yanindan camaat yan keçib gedir.....Amma, xəbəri olmadi ki, həmin namərdin 22 yaşli qizi dağda qizlarla birgə kəklik otu yiğarkən ildirim vurdu o biri qizlara isə heç bir şey olmadi...24 yaşli oğlu isə rayon mərkəzində avtomobil qəzasinda canini tapşirdi.....
......ABŞ-n Çiqaqo şəhərində istefada olan polkovnik 14 yaşli qiz nəvəsi ilə gəzintiyə çixmişdi. Birdən, banki qarət edən banditlərlə polis arasinda atişma başlayir. Banditə atəş açan zaman polisin gülləsi polkovnikin nəvəsinə dəyir və qizciğaz o dəqiqə canini tapşirir. Polisi o dəqiqə qandallayirlar. Amma polkovnik polisi tutanlardan onun dərhal 
buraxilmasini tələb edir. Səbəbini soruşanda isə polkovnik belə cavab verir: 
- Mən 29 il bundan qabaq Amerika ordusunun tərkibində kapitan rütbəsində Vyetnamda vuruşan zaman, bir kənddə avtomatin bütün güllələrini qarşima çixan 14 yaşli günahsiz qizin qarnina boşaltmişdim.İndi həmin güllə 29 ildən sonra mənim 14 yaşli nəvəmi tapdi......
......Şəmkirdə kasib bir qarinin balali inəyini bir nəfər cavan oğlan kəsib satmişdi. İnəyin balasi anasi və süd üçün günlərlə böyürürdü. Sonralar həmin cavan avtomobil qəzasinda canini tapşirdi. Atasi oğlunun cənazəsi üstündə ağlamirdi, böyürürdü.....

Dedik: başimiza yağan daşlarin
Çoxu təsadüfdür, azi zərurət...
Torpağ dilə gəldi: axan yaşlarin,
Dadi təsadüfdür, duzu zərurət....

Bəli..... ev yixib, namərdlik edənlər, quyu qazanlar, arxasina arxalanib haqqi batil edənlər düşünməsinlər ki, onlar cəsasiz qalacaqlar..... Allah hər şeyi yerbə-yer edir.....
Ağalar Bayramov 



Загрузка...