Ümumi təhsil müəssisələrinin hesabatlarının dinlənilməsinə start verilib
Ümumi təhsil müəssisələrinin hesabatlarının dinlənilməsinə start verilib
Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseydə 2024-2025-ci tədris ilinin hesabatı dinlənilib.
AzTehsil.com xəbər verir ki, hesabat təqdimatında M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin direktoru Əliağa Səfərəliyev tərəfindən ötən tədris ilində görülmüş işlər, əldə edilmiş nəticələr, qarşıya qoyulan hədəflər, tədris və tərbiyə prosesi ilə bağlı aparılan tədbirlər və məktəbin ümumi inkişaf göstəriciləri barədə məlumat təqdim edildi. Eyni zamanda yeni tədris ili üzrə planlar, prioritet istiqamətlər və təkmilləşdirməyə ehtiyac olan sahələr müzakirə edildi.
Hesabatlılığın və planlı fəaliyyətin əhəmiyyətini vurğulayaraq məktəb rəhbərliyinin və pedaqoji kollektivin fəaliyyətini dəyərləndirib, qarşıdakı dövrdə daha yüksək nəticələr üçün məqsədyönlü və sistemli fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd etdik.
Hesabatların dinlənilməsi mərhələli şəkildə davam etdiriləcəkdir.