4-cü sinif müəllimləri ilə görüş keçirilib
4-cü sinif müəllimləri ilə görüş keçirilib.
AzTehsil.com xəbər verir ki, Quba - Xaçmaz Regional təhsil idarəsinin tabeliyində olan, Xaçmaz rayon təhsil sektorunun müdiri Qələmşah Dostuyev Xaçmaz rayonu üzrə təhsil sektorunun əhatə dairəsində olan ümumtəhsil müəssisələrinin 4-cü sinifində tədris aparan ibtidai sinif müəllimləri ilə 2025-2026-cı tədris ilində keyfiyyəti yüksəltmək və nəticələri müsbətə doğru əsaslı dəyişmək üçün geniş müzakirə aparılıb .Müəllimlərin təkliflərini və iradlarını dinlənilib.Qarşıdakı tədris ili üçün planlamalar apardıq. Yəni işimiz bu görüşlə yekunlaşmır. O bildirib ki, bu görüşlər davamlı olacaq və daha detallı müzakirələr aparmaq, həmçinin müəllimlərin peşəkarlığının yüksəldilməsini təmin etmək üçün konkret addımlar atılacaq ki, növbəti həftə bu işlərin icrasına başlayacaq.