AzTehsil.com


Xəbərlər
28 mart 2017
3 264


ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb



ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

 

Martın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Vyetnamın "Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb.
 
Görüşdə iki ölkə arasındakı əməkdaşlıq, eləcə də tələbə mübadiləsi haqqında məsələlər geniş müzakirə olunub. Azərbaycan və Vyetnam arasında hər zaman dostluq və tərəfdaşlıq münasibətlərinin olduğunu deyən rektor, Mustafa Babanlı ADNSU-da təhsil alan vyetnamlı tələbələrin universitetin ictimai və mədəni həyatında xüsusi rolu olduğunu qeyd edib. Rektor M.Babanlı ali məktəbdə tədris olunan ixtisaslar, təhsil pillələri və başqa məsələlər haqqında geniş məlumat verib.
 

ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

 

Azərbaycanda, xüsusən də bir zamanlar təhsil aldığı doğma ali təhsil ocağında olmaqdan məmnun olduğunu deyən "Vietsovpetro” şirkətinin direktoru Do Man Hung Azİİ-nin keçmiş məzunu olaraq universitetdə yaradılan şəraitdən və aparılan islahatlardan razı qaldığını vurğulayıb.
 

ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

 

ADNSU-da tədris prosesi və həyata keçirilən beynəlxalq proqramlar haqqında maraqlanan qonaq universitetə vyetnamlı tələbələrin cəlb olunmasına dəstək olacağını bildirib. Qonaq ADNSU ilə əlaqələrin genişləndirilməsinin və Vyetnam universitetləri ilə əməkdaşlığın artırılmasının mühüm olduğunu bildirib.
 

ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

 

moderator.az



Загрузка...