AzTehsil.com


Xəbərlər
18 may 2017
4 742


Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur



Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

 

Bu gün bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə də yorulmadan yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 
 
Aztehsil.com modern.az-ın "Ucqar kəndin gənc müəllimi” layihəsindən növbəti müəllimi oxucularına təqdim edir.
 
Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, iş, dərs şəraiti öyrənilib.
 
Bu dəfəki müsahibimiz Yardımlı rayonu Ə.Novruzov adına Gölyeri kənd  ümumi orta məktəbinin riyaziyyat müəllimi Vidadi Abaslıdır. Qeyd edək ki, V.Abaslı müəllimlər üçün təşkil olunan qabiliyyət imtahanında yüksək nəticə göstərənlər sırasındadır - 51 bal. Buna baxmayaraq, fəaliyyətini könüllü şəkildə Yardımlının ucqar dağ kəndində davam etdirmək istəyib. Bunun da bir səbəbi var. Özünü dinləyək:
 
"26 yaşım var. 2016-cı ildə  ADPU-nun Şamaxı filialının riyaziyyat və informatika müəllimliyi ixtisasını bitirmişəm. Həmin il də müəllimlərin işə qəbul imtahanında iştirak etdim və işləmək üçün hazırda çalışdığım məktəbi seçdim. Bunun da bir səbəbi var: məktəbin aid olduğu Gölyeri kəndi mənim üçün yeni məkan deyildi. Buradakı müəllimlik fəaliyyətim kəndlə ilk tanışlığım deyildi. Çünki bütün uşaqlığım elə bu rayonda, bu dağlarda keçib. Sonradan buradan başqa yerə köçmüşük. Məni yenidən bu məktəbə, bu dağlara gətirən səbəb də elə keçmişin özü oldu”.
 
Uşaqlıq xatirələrinin əlindən tutaraq gəldiyi yerlər ona nə qədər doğma olsa da, ilk dərs günü də bir o qədər həyəcanlı keçib. Lakin bu həyəcanın özü də gənc müəllimi sonradan "silahlandırıb:
 
"Buradakı ilk dərs günü həm də mənim bir müəllim kimi fəaliyyətimin ilk addımı idi. Heç zaman yaşamadığım həyəcanı keçirdim. Tələbəlik illərindən başlayaraq, özümü heç zaman müəllim kimi görə bilmirdim. Bu, məni daha da narahat edirdi. Lakin kollektivdən gördüyüm isti münasibət həyəcanımın uzun sürməsinə imkan vermədi. Sonradan özümdə elə fikir formalaşdır ki, mən elə müəllim doğulubmuşam”.
 

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

 

Söhbətin bu yerində gənc müəllim çalışdığı kəndin insanlarını, həmin kəndin mənzərəsini elə hey, tərifləyir. Doğrusu, buna zərrə qədər şübhəmiz yoxdu. Gözəl yerlərin insanları da gözəl olar. Yüksək bal toplamasına baxmayaraq, ucqar kəndə yollanan müəllim həm də buna görə seçimindən peşman deyil:

"Şəhər həyatına nibətən burada aktivlik az olsa da, kənd həyatının ayrı bir gözəlliyi var. Səhəri otların ətri, quşların səsi ilə açmaq insanı işə daha da ruhlandırır. Buralarda heç yadlıq hiss etmədim. Kənd camaatına da, müəllimlərə də uyğunlaşdım. Çünki bir zamanlar valideynlərim də burada yaşayıb və onların hamısı valideynlərimi tanıyırlar. Uşaq vaxtımdan buralardan ayrılsam da, həm də bu səbəbdən insanlarla isti münasibət qura bildim.
Burada bir evdə yaşayıram. İnanın, o ev və onun sakinləri haqqında uzun-uzadı cümlə qurmağa ehtiyac yoxdu. O evin sakinləri mənə valideynlərim qədər əzizdirlər”.
 
Bir dəfə də...
-Bir dəfə 5-ci sinifdə oxuyan bir qız mənə yaxınlaşıb dedi ki, "müəllim biz qohumuq”. Qızı tanımırdım. Soruşdum ki, mən səninlə necə qohumam? Cavabladı ki, "nənəmin xalası oğlusunuz...”. Bu sözə çox güldüm. Sonradan öyrəndim ki, biz həqiqətən, o qızla qohumuq. Amma nənəsinin xalası oğlu deyiləm (gülür).
 
-Kəndin özü, insanları çox gözəl, buna sözümüz yox. Bəs, ucqar kənddə şagirdlərin təhsilinə mane olan hansı amillər var?
 
-Təbii ki, bu amillər yox deyil. Amma deməzdim ki, təhsilə tam mane olur. Məişət işlərində uşaqların ailələrinə kömək etmələri dərslərinə bir qədər mane olur. Məktəbdəki problemlərdən danışsaq, burada vəziyyət nisbətən fərqlidir. Kompüter otağının olmaması və kompüterlərin say azlığı yaşadığımız zaman üçün böyük problem sayıla bilər. Lakin bacardığımız qədər əlimizdə olan imkanlarla yüksək nəticə göstərməyə çalışırıq. Lakin bu maneələr həm müəllimlər, həm də şagirdlər üçün çətinlik yaradır. Kompüter otağının olmaması informatika fənninin tədrisi üçün daha böyük çətinlik yaradır. Kompütersiz informatika fənninin tədrisi, topsuz fubol oynamaq kimi bir şeydi.
 

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

 

Müsahibi məktəbdən "çıxarıb” kəndə gətiririk. Görək, yaşadığı Gölyeri kəndində  təhsilə mane olan başqa nə kimi sosial problemlər var. Müəllim buraları nə qədər çox sevsə də, göz qabağında olan bir neçə problemi sadalayır:
 
"Xırda çatışmazlıqlar çoxdu. Ən böyüyü isə istilik əldə etmək üçün təbiəti gözəlləşdirən meşələrin məhv edilməsidir.
Bəzən, təhsilsiz təbəqənin, xüsusən də qızların çoxluq təşkil etməsini də deyək. Bunun isə bir səbəbi var: məktəbimizin 9 illik olması.  9 illik məktəbi başa vuran şagirdlər qonşu kəndlərə getmək məcburiyyətində qalırlar. Bu isə bir qədər çətinlik yaradır. Bu səbəbdən də kənddə qızların çoxu məktəbi 9-cu sinifdən  başa vurmalı olurlar".
 
"Bunu qoyub, ona keçmək” məsəlini yəqin, belə vaxtlar üçün deyiblər. Elə biz də bunu qoyub, ona keçirik. Ucqar kənd müəllimindən aldığı maaşı və sosial təminatını nə dərəcədə qarşıladığını soruşuruq. Görək, ümumiyyətlə, maaşını vaxtında ala bilir?
 
"Cari vaxt, hazırki vəziyyət üçün aldığım maaşdan narazı qalmaq naşükürlük olardı. Maaşların vaxtında verilməsində hələlik heç bir problem yaşamamışam. İstər maaş, istərsə də həvəsləndirməyə görə aldığım əlavə ödənişlər vaxtlı-vaxtında verilib.
 
-Məktəbinizdə müəllimlərdən vahid forma tələb olunur?
 
-Deməzdim. Lakin məktəb rəhbərliyinin bu barədə hər zaman bir xahişi olub: MÜƏLLİM kimi görünək!
 
Və... son olaraq...

"Burada bir evdə qalıram. Yuxarıda da o barədə danışdım. Sosial qayğılarım demək olar, bütünlüklə həmin ev tərəfindən qarşılanır. Paltar, təmizlik, yemək - hər işdə mənə köməklik edirlər. Mən də hər zaman onlara bir oğul kimi nə lazımdırsa, edirəm: həm maddi, həm mənəvi...”.
 

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

 

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur

 

Bu kəndin orta məktəbində təhsilin 9 illik olması tam orta təhsilə mane olur




Загрузка...
Həmçinin oxuyun:
Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Xınalığı seçən  gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Xınalığı seçən gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

"Yeganə xalqıq  müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"Yeganə xalqıq müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Ucqar kənd məktəbində işləyən gənc müəllim ölkə müəllimlərinə çağırış etdi

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bugün qonağı Lalə Məmmədova olub

36 illik təcrübəsi olan müəllimlə müsahibə

36 illik təcrübəsi olan müəllimlə müsahibə

"Müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir"

"Müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir"

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

Müəllim olmaq istəyim, arzum lap ibtidai sinifdə oxuyandan başlayıb

Müəllim olmaq istəyim, arzum lap ibtidai sinifdə oxuyandan başlayıb

"Müəllimmi özünü belə nüfuzdan salıb, yoxsa cəmiyyətmi standartlarını dəyişib?!.."

"Müəllimmi özünü belə nüfuzdan salıb, yoxsa cəmiyyətmi standartlarını dəyişib?!.."

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Müasir təhsili İKT-siz təsəvvür etmək mümkün deyil..."

"Müasir təhsili İKT-siz təsəvvür etmək mümkün deyil..."

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Saatlının gənc müəlliməsi ilə müsahibə

Saatlının gənc müəlliməsi ilə müsahibə