AzTehsil.com


Xəbərlər
03 noyabr 2017
4 810


"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — Məktəbdə daha bir qalmaqal



Aztəhsil.com ölkə.az-a istinadən xəbər verir ki,  Xaçmazda şagirdə qarşı əxlaqsız hərəkət etməkdə təqsirləndirilən Arzu qəsəbə tam orta məktəbinin direktoru Gülfəz Alxasovun əmisi oğlu Müşfiq Alxasov məsələ ilə bağlı sualları cavablandırıb.


Qeyd edək ki, 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan Alxasov barəsində Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında  vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib.

 

Hazırda faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.


- Müşfiq müəllim, mətbuatda yayılan xəbərlərə görə əminiz oğlu Gülfəz Alxasovun rəhbərlik etdiyi məktəbin direktorluğu uğrunda neçə illərdi mübarizə gedirmiş. Doğrudanmı belədir? Ümumiyyətlə, bu kimi söz-söhbətlərin arxasında bilmədiyimiz hansısa səbəblər varmı?


- Əvvəllər məktəb bizim kənddə olub. Müəllimlərin də əksəriyyəti həmkəndlilərimizdir. Sonradan Arzu qəsəbəsində yeni məktəb tikdiyinə görə kadrlarımız orada işləməli oldu.


- Sizin kəndin adı nədir?


- Suxtaqalaqışlaq kəndidir. Arzu kəndinin uşaqları da bizim kənddə oxuyurdular. Uşaq azlığına görə iki kənd üçün bir məktəb tikilib. Həmin kəndin camaatı da deyir ki, bizim öz kadrlarımız var.

 

Gülfəz müəllim 38 ilin kadrıdır. Onun barəsində deyilənlər ağlasığmazdır. Ən böyük günah isə həmin uşağın adının belə çirkin məsələlərdə hallandırmaqdır. Nə o uşağın, nə Gülfəz müəllimin günahı yoxdur.


- Sizcə vəzifəyə görə altıncı sinif şagirdini ləkələmək olarmı? Bəlkə doğrudan da...


- Biz ona məəttəl qalmışıq da. Gülfəz müəllim uşaq deyil, 62 yaşı var. 


- Arzu kəndindən o məktəbdə kim direktor olmağa iddialı idi?


- Onu yalan deyərəm. Ancaq bu məsələ Gülfəz müəllimə qurulmuş tələdir. 


- Əminiz oğluyla bu barədə söhbətiniz olmuşdu?


- Hazırda saxlanılıb. Həbs edilməmişdən əvvəl and içirdi ki, elə şey olmayıb və qeyri-mümkündür. Şərləyiblər də.


- Suxtaqalaqışlaq kəndinin camaatı bu barədə nə deyir? Gülfəz müəllimin günahsız olduğuna inanırlarmı?


- Kənd ayağa qalxıb və sakitləşən də deyil. Belə şey olmaz, bunun adı-sanı var. Onu həmin vəzifəyə dövlət təyin edib. Kimsə istədiyi üçün onu vurub qırağa atmaq olmaz. Gülfəz müəllim azadlığa buraxılmayınca kənddə vəziyyət sakitləşməyəcək. Doxsan yaşlı qadınlara qədər gəliblər. Aksiya keçirəcəyik.


- Harda?


- Məktəbin yanında.


- Sizin kənddən həmin məktəbdə oxuyan uşaqlar dərsə gedirlər?


- Mən də daxil olmaqla, əksər valideynlər uşaqlarını dərsə buraxmırlar. Direktora belə edirlərsə, sabah bizim uşaqların adına da söz çıxardarlar. Yenə də deyirəm ki, Gülfəz müəllim dünənki uşaq deyil.


- İki kənd arasında əvvəldən ədavət olub?


- Güclü ədavətimiz olmayıb, orada da qardaşlarımız var. Arzu kəndinin səksən faizi də Gülfəz müəllimi istəyənlərdi. Həmin insanlar dünən kəndin mərkəzində yığışıb deyiblər ki, bu, müəllimə atılacaq şər deyil. 


- Uşağın valideynləriylə qohumluğunuz varmı?


- Xeyr, qohum deyilik.


- Ailəni tanıyırsınız?


- Atasını, babasını tanıyıram, bizim kənddə bağları var. Başqa əlaqəmiz yoxdur. 


- Uşağın anası göz yaşları tökür...


- Gəlin belə danışaq da. Orada şərlənən təkcə Gülfəz müəllim deyil. İndi də İlkin adlı bədən tərbiyəsi müəllimi haqda xoşagəlməz şayiələr çıxarıblar. 


- Söhbət nədən gedir?


- Bizim kənddən o kəndə dərs keçməyə gedən müəllimləri kütləvi şəkildə şərləməyə çalışırlar.  Guya İlkin müəllim ayaqyolunun pəncərəsindən qızlara baxırmış. Bu böhtanlar müəllim adıyla bir araya sığmır. Hətta iddia edirlər ki, İlkin müəllim idman dərslərində qızlara qarşı xoşagəlməz hərəkətlər edir. Bu da böhtandı. 


- Bu da təzə söhbətdi?


- Bəli. Gülfəz müəllim haqda çıxan şayiələrdən sonranın məsələsidir. Halbuki camaat İlkin müəllimin başına and içir.  Hamısı ürəkbulandırıcı sözlərdi. 


- İlkin müəllim də məktəbə getmir?


- Əlbəttə, gedir. Alnıaçıq adamdır, niyə getməsin ki? O da 13 ilin müəllimidir.




Загрузка...
Həmçinin oxuyun:
İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO

Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Deputat müəllimləri həbs etdirib?

Deputat müəllimləri həbs etdirib?

Məktəbdə biabırçılıq- Müəllim 4-cü sinif şagirdini qulağından qan açılana qədər döyüb-  ŞİKAYƏT

Məktəbdə biabırçılıq- Müəllim 4-cü sinif şagirdini qulağından qan açılana qədər döyüb- ŞİKAYƏT

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Oğurlanıb zorlanan müəllimdən YENİ XƏBƏR

Oğurlanıb zorlanan müəllimdən YENİ XƏBƏR

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

BŞTİ: Bakıda şagirdi tənbeh edən müəllim cəzalandırılıb

BŞTİ: Bakıda şagirdi tənbeh edən müəllim cəzalandırılıb

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi-  Arzu Xəlilova

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi- Arzu Xəlilova

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

M.Mənsimovun tikdirdiyi kənd məktəbinin qazını kəsdilər -müəllimlər ayağa qalxdı

M.Mənsimovun tikdirdiyi kənd məktəbinin qazını kəsdilər -müəllimlər ayağa qalxdı

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Təhsil Nazirliyi zorlanan müəllimə yenə iş söz verdi

Təhsil Nazirliyi zorlanan müəllimə yenə iş söz verdi

Mən o zaman uşaq idim...Ağalar  Bayramov

Mən o zaman uşaq idim...Ağalar Bayramov

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Bakıda DƏHŞƏT- Müəllim 12 yaşlı şagirdin başına elə oyun gətirdi ki...

Bakıda DƏHŞƏT- Müəllim 12 yaşlı şagirdin başına elə oyun gətirdi ki...

Azərbaycanın ən bərbad məktəbi -  Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Azərbaycanın ən bərbad məktəbi - Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

ƏSL PEDAQOQ VƏ TƏLƏBKAR DİREKTOR- Lənkəran təhsili dedikdə...

ƏSL PEDAQOQ VƏ TƏLƏBKAR DİREKTOR- Lənkəran təhsili dedikdə...