Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! – XALQA SEVGİ NÜMUNƏSİ
Xalq artisti, muğam ustası Mənsum İbrahimov Birinci Vitse-prezidentin səsinə səs verdiyini qeyd edib:
"Mehriban xanım bir ana, bir Azərbaycan qızı kimi xalqımıza çağırış edib. Mən də Mehriban xanımın bu çağırışına səs verirəm. Əziz xalqımız, özünüzü qoruyun! Mən də bir neçə dəfə xalqımıza "evdə qal” çağırışı etmişəm. Hamımız bu milləti sevirik və bu millətin övladlarıyıq. Xalqımızın bu bəladan az itki ilə çıxmasına çalışmalıyıq. Hər birimizin ətrafında doğmalarımız, yaşlılarımız, sevdiklərimiz var. Düşünürəm ki, zərurət olmadıqca insanlarımız çölə çıxmasınlar. Evdən çıxmaqla yaşlıları, uşaqları yoluxdura bilərlər. Ona görə də bu məsələdə hər kəs diqqətli olmalıdır. Bu vəziyyətdə bir-birimizə dəstək olmalıyıq”.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov Mehriban Əliyevanın çağırışına ürəklə qoşulduğunu bildirib:
"Dünyanı bürüyən koronavirus bəlası ölkəmizdən də yan keçməyib. Dövlət başçımız qabaqlayıcı tədbirlər görür. Hesab edirəm ki, biz vətəndaşlar da evdə qalmalıyıq. Bir idmançı kimi biz də evdə qalıb idman edirik. Çalışmalıyıq ki, qoyulan qaydalara əməl edək. Bu yolla dövlətimizə dəstək ola bilərik. Bu gün qaydalara nə qədər riayət etsək, virusun yayılması o qədər azalacaq. Əgər biz bu çağırışa əməl etməsək, xalq olaraq bizim üçün yaxşı olmaz. Birinci vitse-prezident Mehriban Əliyevanın evdə qalmaqla bağlı çağırışına ürəklə qoşuluram və hər kəsi bu çağırışa əməl etməyə çağırıram. Bəlkə də bu bir fürsətdir ki, biz doğmalarımızla, əzizlərimizlə daha çox vaxt keçirə bilək. Bu günlərdə uşaqlarımızın necə böyüməsini, həyat yoldaşımızın mətbəxdə gördüyü işləri, eləcə də digər məqamları görə bilirik. Ən azından bu günlərdə evimizdə qalaq və doğmalarımızla vaxt keçirək. Bu virusun məhv olması üçün dövlətimizə dəstək olaq”. modern.az

UNEC tələbələrindən Prezidentin çağırışına dəstək: “Biz birlikdə güclüyük!”

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyeva müəllimləri təbrik etdi

Birinci vitse-prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva 113 saylı tam orta məktəbin təmiri ilə bağlı göstəriş verdi

Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

Mehriban Əliyeva Könül Xasıyevaya ev hədiyyə etdi

Mehriban Əliyeva şahmatçı Aydın Süleymanlını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıdakı 10 saylı internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

Tarix müəllimi Mehriban Əliyevaya müraciət ünvanladı- "Yeganə ümidim sizsiniz"

Mehriban Əliyeva: Hədəfimiz universitetlərdə tədrisin keyfiyyətini artırmaqdır

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

Karantin rejimində evdə necə vaxt keçirməliyik? - Psixoloq açıqladı...

Birinci vitse-prezident körpələr evində - FOTOLAR

Azərbaycanın “xeyirxah ledisi”

İbrahim Məmmədov: “Evdə və digər şəraitdə tədris edilən dərslər də dayandırılmalıdır”

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Milli Məclis koronavirusla bağlı qanun qəbul edə bilər

“Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək” - Mehriban Əliyeva

Mehriban Əliyeva “Cırtdan” istirahət və sağlamlıq mərkəzinin açılışında -FOTOLAR

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət edib - "Təşvişə ehtiyac yoxdur"

Göyçayda nə baş verir ? - Məktəb direktoru ilə vətəndaş arasında 7 min manatlıq qalmaqal VİDEO