AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Bölgə / Tədbirlər / Layihə
29 oktyabr 2025
890

Füzulidə “Beynəlxalq Yay Məktəbi” layihəsi KEÇRİLİB



Füzulidə “Beynəlxalq Yay Məktəbi” layihəsi məktəblilərin marağına səbəb olub.Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşan “Türk törəsi – Füzulidə beynəlxalq yay məktəbi” layihəsinin təlimləri məktəblilərin böyük marağına səbəb oldu


AzTehsil.com xəbər verir ki, Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Türk dünyası ölkələrinin təhsil və mədəniyyət əməkdaşlığını təşviq edən və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant dəstəyi ilə “Türk Dünyası Mədəniyyəti” İctimai Birliyi tərəfindən reallaşan “Türk törəsi – Füzulidə beynəlxalq yay məktəbi” layihəsi çərçivəsində keçirilən növbəti təlimlərdə məktəblilər böyük həvəslə iştirak ediblər.


Günün proqramı çərçivəsində müxtəlif yaş qruplarına aid məktəblilər üçün fərqli istiqamətlərdə inkişafyönümlü təlimlər təşkil olunub.


Türkiyə Respublikasının Milli Eğitim Bakanlığının əməkdaşı, Adana Çukurova Bilim və Sanat Mərkəzinin təlimçisi Çiğdem Şahin yuxarı sinif şagirdləri üçün “Vaxtın idarə olunması” mövzusunda praktik təlim təşkil edib. O, şagirdlərlə vaxt resurslarının səmərəli bölüşdürülməsi, məqsədyönlü fəaliyyət planı və şəxsi motivasiya strategiyaları barədə interaktiv müzakirə aparıb. Təlim iştirakçıları öz gündəlik dərslərini və asudə vaxt fəaliyyətlərini planlaşdırmaq, prioritetləri müəyyənləşdirmək və məsuliyyətli qərar vermə bacarıqlarını təcrübədə sınayıblar.


Celta və Oxford TEFL sertifikatlı mentor və təlimçi Novruz İsmayılpur aşağı sinif şagirdləri ilə “Natiqlik, özünütanıma və təqdimat bacarıqları” mövzusunda İngilis dilində interaktiv sessiya keçirib. Təlim zamanı uşaqlar həm Azərbaycan, həm də İngilis dillərində öz fikirlərini sərbəst ifadə etmə, təqdimat zamanı özünəinam nümayiş etdirmə və komandada işləmə bacarıqlarını inkişaf etdiriblər. Sessiya çərçivəsində “Kahoot!” platformasında təşkil olunan əyləncəli onlayn yarış məktəblilərin böyük marağına səbəb olub. Uşaqlar həm İngilis dilinə aid yeni biliklər qazanıblar, həm də dostları ilə ümumi dünyagörüşü suallarını cavablandırmağa çalışıblar.


Layihə iştirakçısı məktəblilər təlimlərdə böyük maraq və həvəslə iştirak edib, öyrəndiklərini gündəlik həyatda tətbiq etmək istədiklərini bildiriblər. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant dəstəyi ilə “Türk Dünyası Mədəniyyəti” İctimai Birliyi tərəfindən reallaşan “Türk törəsi – Füzulidə Beynəlxalq Yay Məktəbi” layihəsi Türk dünyası ölkələri arasında təhsil və mədəni əməkdaşlığı gücləndirmək, işğaldan azad olunmuş ərazilərdə məktəblilərin sosial-emosional, yaradıcı və rəqəmsal bacarıqlarını dəstəkləmək, eyni zamanda ortaq dəyərləri və milli kimliyi təbliğ etmək məqsədi daşıyır.



Həmçinin oxuyun:
Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

“Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi

“Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ülviyyə Qarayeva: Qrant müsabiqələrində şəxslər deyil, QHT layihələri qiymətləndirilir

Ülviyyə Qarayeva: Qrant müsabiqələrində şəxslər deyil, QHT layihələri qiymətləndirilir

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Qədim Türklərdə – Hunlarda  və Göytürklərdə tərbiyə

Qədim Türklərdə – Hunlarda və Göytürklərdə tərbiyə

Karyera planlama təlimləri davam edir

Karyera planlama təlimləri davam edir

Qax Rayon Uşaq Yaradıcılıq Mərkəzində  “Multikulturalizm ili” çərçivəsində respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Qax Rayon Uşaq Yaradıcılıq Mərkəzində “Multikulturalizm ili” çərçivəsində respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Məktəblilər üçün virtual muzey həftəsinə start verilib

Məktəblilər üçün virtual muzey həftəsinə start verilib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

Qrant müsabiqəsi - sağlam rəqabət və innovativ fəaliyyət

Qrant müsabiqəsi - sağlam rəqabət və innovativ fəaliyyət

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri ƏMƏK MƏCƏLLƏSİ maddə 122 ŞƏRH

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri ƏMƏK MƏCƏLLƏSİ maddə 122 ŞƏRH

Prezident uşaqlarla bağlı qanun imzaladı

Prezident uşaqlarla bağlı qanun imzaladı

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə