Xəbərlər / Ziyalılar / Müəllim
09 mart 2020
1 956


Qrant müsabiqəsi - sağlam rəqabət və innovativ fəaliyyət

Qrant müsabiqəsi - sağlam rəqabət və innovativ fəaliyyət

 

Xamis Seyranov: "Müəllimləri öz təşəbbüslərini reallaşdırmaq üçün müsabiqəyə müraciət etməyə səsləyirik”

Son  illər ölkəmizin təhsil sistemində  aparılan keyfiyyət dəyişikliklərinin əyani nümunəsi kimi inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin həyata keçirilməsi müsbət ənənəyə çevrilib. Bu il artıq dördüncü dəfədir ki,  keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihəsinin də  təhsil müəssisələri və müəllimlərin bu sahədə xüsusi fəallığına səbəb olacağına dair ümidlər var. Müsahibimiz Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Layihələrlə iş sektorunun müdiri, hüquq üzrə fəlsəfə doktoru  Xamis Seyranovdur.

- IV Qrant müsabiqəsində kimlər iştirak edə bilər?

- IV Qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün elan edilib. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə istənilən dövlət tam orta ümumi təhsil müəssisəsi iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri isə yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihəyə qatıla bilərlər. Fərdi layihələr kateqoriyası üzrə müsabiqədə bütün ümumi təhsil müəssisələrində, yəni dövlət mülkiyyətində olan ümumi təhsil müəssisələri ilə yanaşı, özəl və ya bələdiyyə mülkiyyətində olan ümumi təhsil müəssisələrində də işləyən pedaqoji işçilər iştirak edə bilərlər. Müsabiqəyə müraciət edən şəxslər yalnız 1 layihə təqdim edilə bilər. Qeyd etmək istəyirəm ki, ümumi təhsil müəssisələri kateqoriyası üzrə bir layihə üçün ayrılmış qrant məbləğinin dəyəri 100000 (yüz min), fərdi layihələr kateqoriyası üzrə isə 10000 (on min) manatdan çox olmamalıdır.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az portalından qeydiyyatdan keçməli və müvafiq sənədləri elektron qaydada yazıb sistemə yükləməlidirlər.

- Layihələr hansı meyarlara cavab verməlidir?

- Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrinin və təhsilverənlərin fəaliyyətində inkişafı dəstəkləmək, onların innovativ fəaliyyətini stimullaşdırmaq və təhsilalanlar üçün daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdan ibarətdir. Bu səbəbdən də, layihələr inkişaf əsaslı olmalı və özündə innovativ fəaliyyəti ehtiva etməlidir.  Eyni zamanda, müsabiqədə iştirak etmək istəyən şəxslər bir sıra şərtləri də nəzərə almalıdırlar. Belə ki, əvvəlki müsabiqə çərçivəsində maliyyələşdirilmiş, lakin icrası başa çatmamış layihələrin yeni müsabiqədə iştirakına yol verilmir, həmçinin digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr müsabiqə çərçivəsində əlavə və ya təkrar maliyyələşdirilmir. Qeyd edilənlərlə yanaşı, siyasi, dini, xeyriyyə fəaliyyətini, xaricdə təhsili, humanitar yardımı və gəlirin artırılmasını nəzərdə tutan layihə təkliflərinə də baxılmır.

- Layihələrin qiymətləndirilməsi mexanizmi necədir?

- Təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq, IV Qrant müsabiqəsinin keçirilməsi ilə əlaqədar müsabiqənin Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsi tərəfindən də müsabiqəyə təqdim olunacaq layihələrin məzmununun qiymətləndirilməsinin həyata keçirilməsi məqsədilə mütəxəssislərdən ibarət Ekspert Qrupu müəyyən edilib. 

Bildirildiyi kimi, IV Qrant müsabiqəsinə mart ayının 2-dən start verilib və layihələrin qəbulu martın 31-i, saat 18:00-dək həyata keçiriləcək. Layihə qəbulu başa çatdıqdan sonra təqdim olunmuş layihələrin ekspertizasına başlanılacaq. Layihələrin qiymətləndirilməsi texniki ekspertiza və məzmun ekspertizası mərhələlərində həyata keçiriləcək. Texniki ekspertiza zamanı layihə təkliflərinin və əlavə olunmuş sənədlərin müsabiqənin şərtlərinə uyğunluğu, layihə təkliflərinin oxşarlığı və ya təkrar verilmə ehtimalı, həmçinin layihəni təqdim etmiş ümumi təhsil müəssisələrinin və ya pedaqoji işçilərin əvvəl icra etdikləri layihələrin səmərəliliyi və nəticələri araşdırılır. Ekspert Qrupu tərəfindən həyata keçirilən məzmun ekspertizası isə layihə təkliflərinin prioritet sahələrə uyğunluğunun, ictimai əhəmiyyətliliyinin, səmərəli və real olmasının, habelə davamlılıq amillərinin qiymətləndirilməsini və layihə təkliflərinin büdcəsinin araşdırılmasını ehtiva edir. Yekunda layihə təklifləri Ekspert Qrupu tərəfindən müvafiq meyarlar üzrə 100 ballıq şkala ilə qiymətləndirilir və hər bir layihə təklifi haqqında Təşkilat Komitəsinə təqdim edilməsi üçün rəy hazırlanır. Ekspert Qrupunun təqdim etdiyi rəy Təşkilat Komitəsində müzakirə olunur və Təşkilat Komitəsinin təqdimatı əsasında Təhsil Nazirliyi layihələrin maliyyələşdirilməsi barədə qərarlar qəbul edir, yekunda nəticələr həm Nazirliyin rəsmi internet səhifəsində (www.edu.gov.az), həm də qrant müsabiqələri üçün yaradılmış internet səhifəsində (www.grants.edu.az) yerləşdirilərək ictimaiyyətə elan olunur.

- Bu dəfə hansı yeni istiqamətlər barədə danışa bilərik?

- Əvvəlki qrant müsabiqələrində olduğu kimi, təhsildə inkişaf və innovasiyaya nail olmaq məqsədlərinə uyğun IV Qrant müsabiqəsində də prioritet hesab olunan istiqamətlər müəyyən edilib. Bu müsabiqədə istiqamətlərin sayı və əhatə dairəsi genişləndirilib. Belə ki, 9 prioritet istiqamət müəyyən edilib ki, bunlar da, ümumi təhsil müəssisələrində şagirdlərin sosial və sağlamlıq layihələrinə cəlb edilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təhsilalanlara psixoloji dəstəyin göstərilməsi və ümumi təhsil müəssisələrində əlverişli sosial-emosional mühitin yaradılması; şagirdlərin milli ruhda tərbiyə olunması, ümumi təhsil müəssisələrində fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması; ümumi təhsildə metodiki bazanın gücləndirilməsi və metodik xidmət sisteminin təkmilləşdirilməsi; ümumi təhsil müəssisələrində inklüziya  mədəniyyətinin  formalaşdırılması; təhsildə texnoloji yeniliklərin tətbiqi; təhsildə valideynlərin rolunun artırılması və məktəb-valideyn münasibətlərinin inkişaf etdirilməsi ilə bağlıdır.

- Namizədlər layihələrində nələrə diqqət yetirməlidirlər?

- Hazırkı müsabiqə sayca 4-cü olduğu üçün sevindirici haldır ki, ümumi təhsil müəssisələrimizdə çalışan pedaqoji işçilərin müsabiqəyə marağı böyükdür. Keçən müsabiqələrdən layihə təkliflərinin sayının çoxluğu və məzmunun əhatəliliyi bu müsabiqə üzrə də müraciətlərin kifayət qədər olacağını deməyə əsas verir. Lakin arzuolunan hal odur ki, müraciət edərkən layihə rəhbərləri bir sıra məqamlara xüsusi diqqət yetirsinlər. Bu məqamlar layihə təkliflərinin layihənin müsabiqənin elanında qeyd edilən prioritet sahələrə uyğunluğu; layihənin özünəməxsus olması, yəni digər layihə təkliflərindən fərqli olması; layihədə qaldırılan problemin aktuallığı və əsaslandırılması, yəni problemin vacibliyi; layihənin məqsədinin konkretliyi və problemin həllinə uyğunluğu, layihənin vəzifələrinin aydın təsvir olunması və qoyulan məqsədə çatmağa yönəldilməsi, başqa sözlə, məqsəd və vəzifələrin dəqiqliyi; təhsilin inkişafına verəcəyi töhfə və mövcud problemin həllinə zəmin yaratması, yəni faydalılıq əmsalı; qazanılan müsbət təcrübənin geniş miqyasda yayılmasının və digər ümumi təhsil müəssisələrində tətbiqinin mümkünlüyü; layihə çərçivəsində görüləcək işlərin reallığı, aydın təsvir olunması, ardıcıllığı, qaldırılan problemin həllinə, qoyulan məqsəd və vəzifələrə çatmağa yönəldilməsi ilə bağlı aydın fəaliyyət planına malik olma; layihənin təklif olunan monitorinq və qiymətləndirmə metodologiyalarının effektivliyi; layihənin smetasının görüləcək işlərə uyğunluğu və digər oxşar məqamlardır. Qeyd edilənlərlə yanaşı, layihənin inkişaf əsaslı və innovativ xarakterli olması əsas şərtdir. Bu şərtləri özündə birləşdirən layihənin, əlbəttə ki, uğur qazanma ehtimalı çox yüksəkdir.

- Qrant müsabiqəsinin məktəblərimiz, müəllimlərimiz üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Qrant müsabiqəsi üzrə prioritet hesab olunan istiqamətlər müəyyən edilərkən, nəzərə alınan ən önəmli faktor həmin istiqamətlərdə həyata keçiriləcək layihənin məktəb mühitinə və pedaqoji işçilərin inkişafına müsbət təsir göstərə bilməsidir. Bu mənada, sözügedən layihə istiqamətlərinə diqqət yetirildikdə, müəyyən olunmuş mövzuların ümumilikdə həm məktəbə, həm pedaqoji heyətə, həm də təhsilalanlara faydasını aydın müşahidə etmək mümkündür. Bu müsabiqə çərçivəsində Təhsil Nazirliyinin məqsədi və gözləntiləri inkişaf əsaslı və innovativ xarakterli təşəbbüslərin dəstəklənməsi və həyata keçirilməsinə nail olunmasıdır. Çünki layihə təklifləri üçün müəyyən edilmiş mövzular ümumtəhsil mühiti üçün əhəmiyyətli hesab edilir. Digər tərəfdən, mövzular əhəmiyyətli olduqları qədər də aktualdır. Belə ki, təhsilanlarda özünü tanıma, özünü idarəetmə, düzgün ünsiyyətin qurulması, kiçikyaşlılara qarşı davranışın formalaşdırılması, münaqişələrin düzgün həlli, həvəsləndirmə, müsbət təsir, məqsədyönlülük, sosial şüur, ünsiyyət, məsuliyyətli qərar qəbuletmə, empatiya bacarıqları və s. müxtəlif sosial-emosional,  onların emosional çətinliklərinin ortaya çıxarılması və həll edilməsi üçün əlverişli dialoq qurulması istiqamətində pedaqoji heyətin bilik və bacarıqlarının, ümumi təhsil müəssisələrində inklüziya  mədəniyyətinin  formalaşdırılması, təhsildə valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi, başqa sözlə, təhsilalanların sosial-mənəvi problemlərinin öyrənilməsi və həll edilməsi istiqamətində valideynlər (qanuni nümayəndələr) ilə təhsilverənlər arasında əməkdaşlığın inkişaf etdirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi ümum təhsildə nail olunması tələb olunan ən aktual çağırışlardandır. Bu səbəbdən də, müsabiqənin məktəblər, təhsilalanlar və təhsilverənlər  üçün əhəmiyyətini nəzərə alaraq, müəllimləri öz təşəbbüslərini reallaşdırmaq üçün müsabiqəyə müraciət etməyə səsləyirik.

Oruc MUSTAFAYEV (Azərbaycan müəllimi)
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi

Təhsildə inkişaf və innovasiyalar üzrə 32 layihə yekunlaşıb

Təhsildə inkişaf və innovasiyalar üzrə 32 layihə yekunlaşıb

Bakının 15 məktəbinə qrant verilib

Bakının 15 məktəbinə qrant verilib

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi başa çatır

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi başa çatır

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Qrant müsabiqəsi üzrə qalib layihələr

Qrant müsabiqəsi üzrə qalib layihələr

Qrant müsabiqəsinin vaxtı uzadıldı – Təhsil Nazirliyindən AÇIQLAMA

Qrant müsabiqəsinin vaxtı uzadıldı – Təhsil Nazirliyindən AÇIQLAMA

Təhsil Nazirliyi müsabiqə nəticələrini nə zaman açıqlayacaq? - DƏQİQ TARİX

Təhsil Nazirliyi müsabiqə nəticələrini nə zaman açıqlayacaq? - DƏQİQ TARİX

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri məlum olub

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri məlum olub

Təhsil Nazirliyi müsabiqə elan edir

Təhsil Nazirliyi müsabiqə elan edir

Hər məktəb üçün 100 000 manatlıq qrant imkanı

Hər məktəb üçün 100 000 manatlıq qrant imkanı

Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub

Təhsildə innovasiyalar üzrə dəstəklənən layihənin təqdimatı olub

Müsabiqə elan edildi

Müsabiqə elan edildi

“Sağlam təhsil-sağlam millət” layihəsinin inkişafına dair qrant müsabiqəsi

“Sağlam təhsil-sağlam millət” layihəsinin inkişafına dair qrant müsabiqəsi

Qrant müsabiqəsi üzrə qalib layihələr - Məktəblilərə səlis danışmağın sirləri öyrədilir

Qrant müsabiqəsi üzrə qalib layihələr - Məktəblilərə səlis danışmağın sirləri öyrədilir

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI

Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Məktəb psixoloqlarının praktik bilikləri artırılır

Məktəb psixoloqlarının praktik bilikləri artırılır

Məktəblərdə "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq: layihəyə start verildi - FOTOLAR

Məktəblərdə "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq: layihəyə start verildi - FOTOLAR

"Ağsutexçilər" məktəb ərazisində meyvə ağacları əkiblər

"Ağsutexçilər" məktəb ərazisində meyvə ağacları əkiblər