AzTehsil.com


H/N sənədlər
30 mart 2017
6 394


Yaradıcılıq məzuniyyətləri və onların müddətləri ƏMƏK MƏCƏLLƏSİ maddə 122 ŞƏRH



 

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri ƏMƏK MƏCƏLLƏSİ maddə 122 ŞƏRH

 

Maddə 122. Yaradıcılıq məzuniyyətləri və onların müddətləri

1.İşəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı aspiranturada, doktoranturada müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.

2.Elmlər namizədi elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü iki təqvim aymadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə üç təqvim aymadək ödənişli yaradıcılıq məzuniyyəti verilir, Bu yaradıcılıq məzuniyyətlərindən işçi müvafiq elmi şuranın qərarına uyğun olaraq ona verilən arayış əsasında istifadə edir.

3.İşləməklə yanaşı doktoranturada, aspiranturada təhsil alan (o cümlədən aspiranturaya daxil olmaq üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir.

4.Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında üç ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər.

5.Müvafiq elmi şura və ya müvafiq icra hakimiyyəti orqanı yaradıcılıq məzuniyyətlərinin müddətini və onlardan istifadə olunması məsələlərini qabaqcadan işəgötürənlə məsləhətləşməklə müəyyən etməlidir.

6.Yaradıcılıq məzuniyyəti müddətində ödənilən əmək haqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əmək haqqından hesablanır.

1.AR ƏM ilə müəyyən edilən məzuniyyət növlərindən biri də işçilərə elmi yaradı- eilıqla məşğul olmaq üçün verilən ödənişli yaradıcılıq məzuniyyətidir. Bu məzuniyyət növünün özünəməxsus olan səciyyəvi xüsusiyyətləri vardır.

2.Yaradıcılıq məzuniyyətləri ödənişli məzuniyyətdir. Əmək müqaviləsi ilə işləyən ali təhsilli mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi və ya elmi tədqiqat müəssisələrinin, ali təhsil məktəblərinin aspiranturalarına qəbul olunmaq üçün qəbul imtahanlarına hazırlaşmaq və qəbul imtahanlarını verməkdən ötrü bir təqvim ayı müddətində ödənişli məzuniyyət almaq hüququna malikdir.
Bu məzuniyyət hüququndan işçi bir dəfə istifadə edə bilər. Əgər istehsalatda və ya elmi, yaxud elmi-tədqiqat institutlarında, habelə ali məktəblərdə işləyən işçi birinci dəfə aspiranturaya daxil ola bilməzsə, sonrakı İllərdə bu məzuniyyət hüququndan istifadə edə bilməz. Aspiranturaya daxil olması üçün işçiyə bir təqvim ayı müddətində ödənişli məzuniyyət qəbul komissiyasının arayışa əsasən verilir.

3.Şərh edilən maddənin birinci hissəsinə görə yaradıcılıq məzuniyyəti, əsasən, iki əsasa görə verilir. Bunlardan biri müvafiq elmi dərəcə almaq üçün aspiranturada və ya doktoranturada təhsilini davam etdirən və dissertasiya işlərini tamamlamaq üçün - işçilərə, ikincisi isə dərsliklər və dərs vəsaiti yazmaq üçün - müəllifə (müəlliflərə) verilir.

4.Təsərrüfat və ya elmi müəssisələr ilə əmək münasibətində olmaqla yanaşı aspiranturada və ya doktoranturada təhsilini davam etdirən aspirantın və ya doktorunun hər tədris ili ərzində iş yerindən 30 təqvim günü müddətində ödənişli məzuniyyət almaq hüququ vardır.

5.İstehsalatdan ayrılmadan aspiranturanın sonuncu kursunda oxuyan aspiranta, elmlər namizədi elmi dərəcəsi almaq üçün yazmış olduğu dissertasiya işini tamamlamaq üçün iki təqvim ayınadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün isə doktoranta dissertasiya işini tamamlamaqdan ötrü üç təqvim ayınadək Ödənişli yaradıcılıq məzuniyyəti verilir.

6.Şərh edilən maddənin beşinci hissəsi ilə müəyyən edilmişdir ki, müvafiq elmi Şura və ya müvafiq icra hakimiyyəti orqanı (Burada müvafiq icra hakimiyyəti orqanı "mn səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir) yaradıcılıq məzuniyyətlərinin müddətini və onlardan istifadə olunması məsələlərini qabaqcadan işəgötürənlə məsləhətləşməklə müəyyən etməlidir.

7.Əvvəllər qüvvədə olan AR ƏQM-də yaradıcılıq məzuniyyətlərinin verilməsi norması müəyyən edilməmişdir. O vaxtlar yaradıcılıq məzuniyyətlərinin verilməsi şərtləri, qaydaları və müddətləri hökumətin müvafiq qərarı ilə tənzimlənirdi. 1994-cü il dekabr ayının l-dən qüvvəyə minmiş və bu Məcəllə qüvvəyə minənədək (l iyul 1999-cu ilədək) qüvvədə olmuş "Məzuniyyətlər haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsi ilə yaradıcılıq məzuniyyətlərindən istifadə edən işçi kateqoriyaları, bu məzuniyyətin verilmə şərtləri, qaydası və müddətləri tənzimlənirdi.

İstinad edilən Qanunun 24-cü maddəsi ilə AR Ə M-in 122-ci maddəsi arasında oxşar normalar olsa da yaradıcılıq məzuniyyətlərinin müddətlərində və onun verilməsi qaydasında prinsipial dəyişikliklər mövcuddur. Belə ki, "Məzuniyyətlər haqqında" Azərbaycan Respublikası Qanununda (24-cü maddə) elmlər namizədi elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü üç təqvim ayınadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə altı təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilirdi. Lakin AR Ə M-in 122-ci maddəsində həmin müddətlər müvafiq olaraq üç aydan iki aya, altı aydan üç aya endirildi.

Əvvəllər qüvvədə olmuş "Məzuniyyətlər haqqında" A. zər bay can Respubl i kas ı Qanununda bu yaradıcılıq məzuniyyətlərindən işçi ixtisaslaşdırılmış elmi şuranın qərarına uyğun olaraq ona verilən xüsusi arayış əsasında istifadə edə bildiyi halda, AR Ə M-in müəyyən etdiyi qaydaya görə isə müvafiq elmi şura və ya müvafiq icra hakimiyyəti orqanı yaradıcılıq məzuniyyətlərinin müddətini və onlardan istifadə olunması məsələlərini qabaqcadan işəgötürənlə məsləhətləşməklə müəyyən etməlidir.

8.Yaradıcılıq məzuniyyət hüququna, yuxanda qeyd edildiyi kimi, həm də dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilər də malikdirlər. Onlara Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ya müvafiq elmi və elmi tədqiqat müəssisələrinin elmi şurasının qərarına və arayışına əsasən üç ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilir.

9.Yaradıcılıq məzuniyyəti almış işçi həmin məzuniyyət dövründə görmüş olduğu iş barəsində müvafiq hesabat təqdim etməlidir.

10.Aspiranturada, doktoranturada təhsilini davam etdirən aspiranta, doktoranta və ya dərsliklər, yaxud dərs vəsaitləri yazan işçilərə yaradıcılıq məzuniyyəti üçün ödənilən əmək haqqı, onların is yeri üzrə müəssisənin əmək haqqı fondundan və ya elmi kadrların hazırlanması üçün maliyyələşdirilmiş vəsait hesabına ödənilir.

11.Mütəxəssislərin sər bəsi olaraq dissertasiya işi üzərində işləməsi ali təhsil müəssisələrində, elmi tədqiqat müəssisələrində və başqa elmi müəssisələrdə elmi işçi kadrları hazırlanması, ixtisaslarının yüksəldilməsi formalarından biridir. Bu sahədə ali təhsil, habelə elmi müəssisələrin rəhbərləri dissertantlara hərtərəfli köməklik göstərməyə borcludurlar.




Загрузка...