Bu Universitet məzunları - Ətraflı
ADA Universitetinin xaricdə yaşayan məzunlarının ənənəvi forumu bu il Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib. AzTehsil.com xəbər verir ki, “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir ADA Universiteti, ADA Universiteti Fondu, Azərbaycanın Almaniyadakı səfirliyi və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, “Kolin Azərbaycan” şirkətinin dəstəyi ilə gerçəkləşib. Forum ADA məzunlarını universitetin heyəti ilə bir araya gətirərək müzakirə platforması yaradıb.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbiri açaraq bildirib ki, Berlində ADA Universiteti məzunlarını bir araya gətirən bu forum Azərbaycan gənclərinin qlobal mühitdə qazandıqları bilik və təcrübəni bölüşmələri baxımından xüsusi önəm daşıyır. Bu görüş həm akademik və peşəkar əlaqələrin genişlənməsi, həm də ölkəmizin intellektual potensialının beynəlxalq arenada daha güclü təmsil olunması üçün mühüm platformadır. Məzunlarımızın müxtəlif sahələrdə əldə etdikləri uğurlar ADA Universitetinin yüksək təhsil standartlarının və qlobal düşüncə tərzinin bariz göstəricisidir.
Səfir belə təşəbbüslərin həm Azərbaycan-Almaniya əlaqələrinin möhkəmlənməsinə, həm də məzunlar arasında daha sıx və davamlı əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.
ADA Universitetinin prorektoru Günay Ziyadova universitetin yenilikləri və yaxın illərdə nəzərdə tutulan istiqamətlər barədə təqdimatla çıxış edərək ətraflı məlumat verib. O, ADA-nın təhsil və innovasiya sahəsində davamlı inkişaf etdiyini, bu prosesin isə məzun şəbəkəsi ilə daha da gücləndiyini vurğulayıb.![]()








