AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedaqoji nəşrlər / Yazarlar / İnnovasiyalar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird
02 dekabr 2025
856

"İbtidai sinif müəllimlərinin əziyyəti çoxdur "



Ötən həftə elm və təhsil naziri Emin Əmrullayev İTV-də yayımlanan "Diqqət Mərkəzi" verilişində bildirib ki, sertifikasiya imtahanlarında digər fənn müəllimləri ilə müqayisədə ən aşağı nəticələri ibtidai sinif müəllimləri göstərib. Bu məqam ibtidai sinif müəllimlərinin üzərinə düşən çoxşaxəli fənn yükünün nəticələrə təsir edib-etməməsi ilə bağlı suallar doğurur. Eləcə də müzakirə olunan digər bir məsələ ibtidai tədrisin bir müəllim əvəzinə müxtəlif fənlər üzrə ixtisaslaşmış bir neçə müəllim tərəfindən həyata keçirilməsinin mümkün olub-olmaması ilə əlaqəlidir.

AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın sözlərinə görə, bu mövzu, əslində, təhsil sistemimizin uzun illərdir gizli qalan, amma bu gün açıq şəkildə müzakirəyə ehtiyacı olan bir nöqtəsidir.

"Nazirin qeyd etdiyi sertifikasiya nəticələrində ibtidai sinif müəllimlərinin daha aşağı bal toplaması tək bir səbəblə izah olunmur, amma burada ən önəmli amillərdən biri onların üzərinə düşən həddindən artıq fənn yüküdür. İbtidai sinif müəllimi həm Azərbaycan dili, həm riyaziyyat, həm həyat bilgisi, həm məntiq, həm də bacarıqyönümlü fəaliyyətləri təkbaşına aparır. Bu isə bir müəllimdən həm humanitar, eləcə də dəqiq elmlərə eyni səviyyədə bələd olmağı tələb edir ki, bu da real deyil.


Dünya təcrübəsinə baxdıqda da görürük ki, bu model yalnız inkişaf etməkdə olan ölkələrə xasdır. Finlandiya, Estoniya, Sinqapur və Cənubi Koreya kimi təhsil nəticələri yüksək olan ölkələrdə ibtidai mərhələdə müəllimlər sahə üzrə ixtisaslaşır - yəni bir müəllim dili, digəri isə riyaziyyatı tədris edir. Bu yanaşma həm müəllimin dərs keyfiyyətini artırır, həm də şagirdlərin nəticələrinə müsbət təsir edir".

G.Əkbərova vurğulayıb ki, yerli təhsil sferasında ibtidai mərhələdə iki müəllim modelinin tətbiqi tamamilə mümkündür və əslində, uzunmüddətli perspektivdə də qaçılmaz görünür:

"Çünki müəllim öz güclü tərəfi üzrə dərs keçəndə həm daha rahat olur, eləcə də şagirdlər daha keyfiyyətli tədris alır. Riyaziyyat sistematik, ardıcıllıq tələb edən fəndir və xüsusi metodoloji hazırlıq istəyir. Azərbaycan dili isə tamam fərqli yanaşma, fərqli pedaqoji texnika tələb edir. Bir insanın hər iki sahədə eyni səviyyədə güclü olması nadir haldır. Burada məsələ müəllimin zəifliyi deyil, sistemin ondan qeyri-real gözləntiləridir. Əgər ibtidai tədris mərhələli şəkildə iki müəllim arasında bölünsə, iş yükü balanslaşar, müəllimin də, şagirdin də inkişafına xidmət edər. Bunun üçün əlbəttə ki, yeni iş bölgüsü, müəllim sayının yenidən hesablanması və ixtisaslaşma mexanizminin yaradılması lazımdır. Doğru planlanarsa, bu struktur dəyişikliyi ibtidai müəllimləri rahatlaşdırmaqla yanaşı, eyni zamanda tədrisin keyfiyyətini də yüksəldər".



Həmçinin oxuyun:
Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu  Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"72 mindən artıq müəllimin maaşı artırılacaq" - Şöbə müdiri

"72 mindən artıq müəllimin maaşı artırılacaq" - Şöbə müdiri

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat