AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Bölgə
02 dekabr 2025
842

Müəllim təqaüd yaşına çatıbsa, sertifikasiya nəticəsinə baxılmamalıdır



Sertifikasiya prosesinin nəticələri müəllimlərin peşəkar hazırlığının obyektiv qiymətləndirilməsi üçün əsas mexanizmlərdən birinə çevrilib.

Son aylarda diqqət çəkən məsələlərdən biri isə 60 yaşdan yuxarı müəllimlərin bu imtahanlarda könüllü şəkildə iştirak etməsi və yüksək nəticə göstərməsi fonunda ortaya çıxan yeni hüquqi və inzibati yanaşma ehtiyacıdır.

Hazırda müzakirə edilən əsas təkliflərdən biri belə pedaqoqların 65 yaşdan sonra əmək müqaviləsinin müəyyən müddətə uzadılması ilə bağlıdır. Bu məsələ həm təhsil sisteminin kadr potensialının qorunması, həm də yaşlı müəllimlərin peşə fəaliyyəti hüquqlarının təmin edilməsi kontekstində yenidən gündəmə gətirilir.

AzTehsil.com xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən təhsil sahələri üzrə ekspert Ramin Nurəliyev isə bildiririb ki, yaşlı kadr əgər mütəxəssisdirsə, əgər sertifikasiya imtahanından yüksək bal yığıbsa, yaşı 60-dan yuxarıdırsa, əgər bu müəllimimiz artıq təqaüd yaşına çatıbsa, bu zaman sertifikasiya imtahanının nəticəsinə baxılmamalıdır. 

Müəllimin sertifikasiyadan yüksək nəticə göstərməsi digər önəmli keyfiyyətləri görməməzlikdən gəlməyə imkan yaratmamalıdır:

"Bizim gənclərimiz gəlir, gələcək kadrlarımız yetişir. Yaşlı müəllimlər təqaüdə göndərilməli, istirahətini etməlidir. Həqiqətən də 60 yaşdan yuxarı pedaqoji fəaliyyəti yüksək qiymətləndirmək çətindir. Bunu bütün müəllimlərə şamil etmək olmaz, bəlkə də 60-65 yaşlı müəllim var ki, enerjilidir, amma istər-istəməz biz gənc kadrlara yer verməliyik, onları irəli çəkməliyik. Çünki baxırsan müəllim sertifikasiyadan yüksək bal toplayıb, amma orta ümumtəhsil müəssisəsində sinifi idarəetmə qabiliyyəti yoxdur və ya sinif hakimiyyəti çox zəifdir, şagirdlərə lazımi məlumatı ödəyə bilmir". 

Ekspert vurğulayıb ki, sertifikasiya imtahanı müəllimin bütün müəllimlik keyfiyyətini üzə çıxarmır. Bu sadəcə imtahandır.

"Müəllimlik fəaliyyəti sadəcə sertifikasiya ilə məhdudlaşmamalıdır. Bu anlayış daha genişdir, - sinifi idarə etməyi, şagirdin psixoloji vəziyyətini, düşüncə tərzini, onun sinifi idarəetmə qabiliyyətini anlamağı bacarmalıdır. Biz bu keyfiyyətləri gözardı edib, sertifikasiyadan yüksək bal toplayan müəllimi təqaüdə göndərməmək yanlış yanaşmadır. Bu gələcəkdə müəyyən qədər sui-istifadələrə də gətirib çıxara bilər". 

Əgər sertifikasiyada yüksək bal toplayan müəllimi əlavə 3-5 il saxlasaq, bu həm də gənc kadrların qarşısını kəsə bilər:

"Bugünkü vakant yerlərə baxanda da görürük ki, gənc müəllimlər üçün kifayət qədər yer yoxdur. Ona görə də bu məsələ diqqətlə tənzimlənməlidir. Gənc müəllimlərin məktəblərə cəlb olunması üçün daha çox təşviqedici tədbirlər nəzərdə tutulmalıdır".

"Gənc müəllim dinamikdir, enerjilidir, həm özü öyrənməyə, həm də öyrətməyə həvəslidir. Biz gənc kadrlara üstünlük verməliyik. Biz ali təhsil müəssisəsini bitirmiş, enerjisi olan, daha çox oxumağa və öyrətməyə meyilli olan gənc kadrlara üstünlük verməliyik" - deyə o sonda qeyd edib. 



Həmçinin oxuyun:
Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

MƏKTƏB RƏHBƏRLƏRİ !   ƏMƏK MƏCƏLLƏSİNDƏN  10 SUAL 10 CAVAB

MƏKTƏB RƏHBƏRLƏRİ ! ƏMƏK MƏCƏLLƏSİNDƏN 10 SUAL 10 CAVAB

MƏKTƏB RƏHBƏRLƏRİ ! ƏMƏK MƏCƏLLƏSİNDƏN 10 SUAL 10 CAVAB

MƏKTƏB RƏHBƏRLƏRİ ! ƏMƏK MƏCƏLLƏSİNDƏN 10 SUAL 10 CAVAB

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

"72 mindən artıq müəllimin maaşı artırılacaq" - Şöbə müdiri

"72 mindən artıq müəllimin maaşı artırılacaq" - Şöbə müdiri

Təhsilin inkişafını əsaslandıran Strategiya

Təhsilin inkişafını əsaslandıran Strategiya

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?