AzTehsil.com


Xəbərlər
09 iyun 2016
12 006


İşçi nə qədər məzuniyyət pulu almalıdır?



Məlum olduğu kimi, ödənişli əsas məzuniyyətdən istifadə etmək işçinin əsas hüquqlarından biridir.İşçi nə qədər məzuniyyət pulu almalıdır?
 İşçilərin məzuniyyət hüququnun təmin edilməsi Əmək Məcəlləsinin əsas tələblərindən biridir. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək Məcəlləsi ilə işçilərin məzuniyyət hüququnun 4 növü nəzərdə tutulub: Əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti, sosial məzuniyyət, təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti və ödənişsiz məzuniyyət. Əmək Məcəlləsinə görə, işçilərə ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir. Qeyd edək ki, 21 gün ödənişlı əsas məzuniyyətdə minimal həddir. İşçinin işlədiyi sahədən, tutduğu vəzifədən, ailə tərkibindən, yaşından, sağlamlıq vəziyyətindən asılı olaraq, ödənişli əsas məzuniyyət günləri də artır. Əmək Məcəlləsinə görə, işçilərin əlavə məzuniyyətə çıxması isə onların staj müddətinə görə hesablanır. 5-10 il arasında staj olduqda 2 təqvim günü, 10-15 il arasında staj olduqda 4 təqvim günü, 15 ildən çox olduqda isə 6 təqvim günü əlavə məzuniyyət verilə bilər. Əmək Məcəlləsi ilə işçilərə ödənişsiz məzuniyyətin verilməsi işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə həyata keçirilir. İşçilərə müddəti 6 aydan çox olmamaq şərti ilə ödənişsiz məzuniyyət verilir. Eyni zamanda işçilərin arzusu və işəgötürənin razılığı ilə ödənişsiz məzuniyyət hissələrə bölünərək də verilə bilər. Əmək Məcəlləsinə görə, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Bəzi hallarda isə məzuniyyət müddətinə bir neçə bayram günü düşə bilər. Bu halda qanunla bu bayram günləri məzuniyyət günlərinə əlavə edilmir.
Məzuniyyət günlərini işçilər öz aralarında razılaşdırmalıdırlar
Bəzi hallarda işəgötürənlər məzuniyyətə çıxan işçilərin hansının daha tez məzuniyyətə göndərilməsi və ya məzuniyyətə çıxan işçinin başqa bir işçi ilə əvəz edilməsi kimi bəzi problemlərlə qarşılaşırlar. Ən ciddi problemlərdən biri də işçilərin əsasən yay aylarında məzuniyyətə çıxmaq istəkləri ilə bağlıdır. Ancaq məlumdur ki, bütün işçiləri eyni vaxta məzuniyyətə göndərmək mümkün deyil. Apardığımız araşdırmalar göstərir ki, bu problem hər bir müəssisədə fərqli şəkildə həll edilir. Müəssisə rəhbərləri, adətən, iş rejimlərinə uyğun olaraq işçilərə məzuniyyət növbəsi təyin edirlər. Qafqaz Universitetinin kadrlar Şöbəsinin müdiri Ədalət Mikayılov qəzetimizə açıqlamasında bildirdi ki, işlədiyi təhsil ocağında müəllim heyətinin məzuniyyət müddəti yay aylarında 56 gün, administrasiya heyətinin məzuniyyət müddəti isə 30 gündür. Ə. Mikayılov  yuxarıda qeyd etdiyimiz problemlə bağlı qeyd etdi ki, Qafqaz Universitetində məzuniyyətə göndərilən işçilərin yerinin doldurulmasında eyni ixtisas üzrə təhsil almış digər müəllimlərdən istifadə edilir. "İşçilərdən hansının daha tez, hansının daha sonra məzuniyyətə göndərilməsi məsələsini isə tərəflər arasındakı qarşılıqlı razılaşmadan və onların hansının işinin daha vacib olmasından asılı olaraq müəyyənləşdiririk”, - deyə Ə. Mikayılov cavab verdi.
İşçi nə qədər məzuniyyət pulu almalıdır?
İşçiləri narahat edən suallardan biri də məzuniyyət pulunun necə hesablanması ilə bağlıdır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi Əmək Məcəlləsinin 140-cı maddəsi ilə müəyyən edilir. Həmin maddəyə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib, məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən, hesablanır.  Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə birgünlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş birgünlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Məsələn, son 12 ayın ilk 6 ayında 250, son 6 ayında isə 300 manat əməkhaqqı almış işçinin 12 təqvim ayının orta əməkhaqqı 275 manat təşkil edir . İşçinin birgünlük əmək haqqını müəyyən etmək üçün bu məbləğ 30,4-ə bölünür: 275/30,4=9,04.  Belə olan halda 21 günlük məzuniyyətə çıxan işçinin alacağı məzuniyyət haqqı 189,84 manata (21x9,04=189,84) bərabər olacaq.
Məzuniyyət pulunu məzuniyyətə çıxmadan almaq lazımdırİşçi nə qədər məzuniyyət pulu almalıdır?
Onu da qeyd edək ki, Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci və 6-cı bəndlərinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.  Lakin bu qayda əmredici deyil və əmək müqaviləsində bunun əksi də nəzərdə tutula bilər. Əmək müqaviləsində məzuniyyət haqqının əvvəlcədən və ya sonradan ödənilməsi ilə bağlı hər hansı şərt nəzərdə tutulmayıbsa, bu zaman işəgötürən məzuniyyət haqqını əvvəlcədən ödəməlidir.

zaman.az



Загрузка...
Həmçinin oxuyun:
Sual  - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Sual - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

Müəllimlərin əmək məziyyətinə buraxılması vaxtı müəyyən edildi

Müəllimlərin əmək məziyyətinə buraxılması vaxtı müəyyən edildi

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

Fərdi əmək mübahisələri

Fərdi əmək mübahisələri

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək  mübahisələrinin  anlayışı  və  növləri

Əmək mübahisələrinin anlayışı və növləri

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Əmək hüququnun subyektlərinin ümumi xarakteristikası

Əmək hüququnun subyektlərinin ümumi xarakteristikası

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Əmək mübahisələri, yaranma səbəbləri və həlli qaydası

Əmək mübahisələri, yaranma səbəbləri və həlli qaydası

MÜTLƏQ OXUYUN !!! İşçilərin məzuniyyət hüququ və onun təmin edilməsi qaydaları

MÜTLƏQ OXUYUN !!! İşçilərin məzuniyyət hüququ və onun təmin edilməsi qaydaları

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Direktor olmaq istəyənlər üçün   -  Maliyyədən testlər .....

Direktor olmaq istəyənlər üçün - Maliyyədən testlər .....

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Əmək mübahisələrinin anlayışı, növləri və səbəbləri

Əmək mübahisələrinin anlayışı, növləri və səbəbləri