İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər ONLAYN olacaq

İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər ONLAYN olacaq
Bölmə adı Xəbərlər
Yayımlandı 7 Mart 2026, 14:29

İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq.

Aztəhsil.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Elm Nazirliyi qərar qəbul edib.

Qeyd edilib ki, ali təhsil müəssisələri onlayn qoşula bilməyən tələbələr üçün kompensasiya tədbirləri hazırlayacaq.

Xatırladaq ki, fevralın 28-dən ABŞ və İsrail İrana aviazərbələr endirir.