"Sabahın alimləri" müsabiqəsində iştirak edənlərin nəzərinə 

"Sabahın alimləri" müsabiqəsində iştirak edənlərin nəzərinə 
Bölmə adı Xəbərlər
Yayımlandı 2 Mart 2026, 12:38

“Society for Science” təşkilatı tərəfindən təşkil olunan və Regeneron International Science and Engineering Fair (ISEF) çərçivəsində ölkəmizdə keçirilən “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsi 3–5 mart 2026-cı il tarixlərində Bakı Ali Neft Məktəbində təşkil olunacaq.

Aztəhsil.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, ümumtəhsil müəssisələrində təhsil alan IX–XI sinif şagirdləri müsabiqədə 9 istiqamət üzrə iştirakedəcəklər: riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətrafmühitin idarə olunması, mühəndislik, kompüterelmləri, robototexnika və süni intellekt.

Final mərhələsində iştirak edən şagirdlər martın 2-də saat 14:00-dan etibarən Bakı Ali Neft Məktəbində qeydiyyatdan keçməli, daha sonra onlar üçün ayrılmışstendlərdə poster və layihələrini yerləşdirməlidirlər.

Sərginin rəsmi açılışı və layihələrin münsiflərheyəti tərəfindən qiymətləndirilməsi 3 mart tarixində baş tutacaq.

Martın 4-də “Açıq qapı” günü təşkil ediləcək. Ümumtəhsil məktəblərinin şagirdləri, universitet tələbələri, elmi-tədqiqat institutlarının nümayəndələri və müsabiqə ilə maraqlan digər şəxslər sərgi ilə yaxından tanış ola biləcəklər. Martın 5-də isə bağlanış və mükafatlandırma mərasimi keçiriləcək.

ƏN ÇOX OXUNANLAR
Gün
Həftə
Ay
REDAKTOR SEÇİMİ