AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Ekspert / Manşet / Bölgə
16 avqust 2025
840

Artan təhsil haqqı ilə göstərilən keyfiyyət uyğun deyil



“Məsələ ondadır ki, bəzi deputatlarımız və cəmiyyətin fəal təbəqəsi bizi daha çox xarici ölkələrlə müqayisə edirlər. Halbuki bizdə tibb təhsili Türkiyə, Almaniya, hətta Rusiya səviyyəsində deyil. Ona görə də tibb təhsilini həmin dövlətlərlə, Avropa ölkələri, Kanada, Amerika və digər yüksək standartlı ölkələrlə müqayisə etmək mümkün deyil. Çünki bizim maddi-texniki bazamız və peşəkar müəllim heyətimiz həmin standartlara cavab vermir. Bu gün Tibb Universitetində və digər universitetlərdə təbliğat sistemi qurulmayıb. Əvvəlcədən planlaşdırılmadan yalnız tələbələr ali təhsil müəssisələrinə sənəd verdikdən sonra ödənişlər artırılır. Məsələn, Tibb Universitetində təhsil haqqı 2.000 manat artırılıb, digər dövlət universitetlərində 300–600 manat civarındadır. Pedaqoji kadr hazırlayan universitetlərdə isə artım təxminən 100 manatdır”. AzTehsil.com xəbər verir ki, bu fikirləri aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.Qeyd edək ki, son günlər Azərbaycan Tibb Universitetində ödənişli təhsil haqlarının artırılması müzakirələrə səbəb olub. 2025–2026-cı tədris ili üçün tibb ixtisasları üzrə illik təhsil haqqı 6500 manata, stomatologiya üzrə 6000 manata, digər sahələrdə isə 5000 manata yüksəldilib. Artımın məqsədini Milli Məclisin Səhiyyə və Elm Təhsil Komitəsinin üzvü Rəşad Mahmudov belə izah edir: tibb təhsili strateji sahədir və yüksək keyfiyyətli təhsil üçün müasir texnologiyalar, ixtisaslı müəllim heyəti və geniş klinik baza tələb olunur; buna görə də təhsilə qoyulan investisiya səviyyəyə uyğun olmalıdır.


Ekspert qeyd edib ki, bütün dəyişikliklər təhsilin keyfiyyətinə uyğun və adekvat olmalıdır.


“Təəssüf ki, biz bu keyfiyyəti görmürük. Peşəkar müəllim heyəti elə qurulmalıdır ki, yüksək ödəniş edən tələbələr ali məktəbdən yüksək səviyyəli həkim kimi məzun olsunlar. Hazırda Azərbaycanda tibb təhsili alan tələbələr, xüsusilə tibb üzrə oxuyanlar tez-tez Türkiyədə və ya Almaniyada rezidentura seçirlər ki, gələcəkdə daha yaxşı həkim olsunlar və ya orada təcrübə keçib işləsinlər. Bu təsadüfi deyil. Məsələn, Almaniyada 2.000-ə yaxın azərbaycanlı həkim çalışır. 10 milyonluq əhali üçün bu böyük rəqəmdir. Faktiki olaraq, potensial həkimlərimizi itiririk. Yaxşı olardı ki, bu istedadlı kadrlar öz ölkəmizdə qalsın və burada faydalı olsunlar. Lakin onlar üçün lazım olan şərait və mühit yaradılmadığından, gedib bilik və bacarıqlarını başqa ölkələrdə artırır, sonra da həmin ölkələrdə səhiyyəyə xidmət edirlər. Hesab edirəm ki, Tibb Universitetində təhsil haqqının birdən-birə bu qədər artırılması həm əhalinin maliyyə imkanlarına uyğun deyil, həm də göstərilən təhsil keyfiyyətinə adekvat deyil”.






Həmçinin oxuyun:
Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Azərbaycanda universitetlərdə təhsil haqqı artırılacaq

Azərbaycanda universitetlərdə təhsil haqqı artırılacaq

Universitetlərdə YENİ QAYDALAR

Universitetlərdə YENİ QAYDALAR

Təhsilin inkişafını əsaslandıran Strategiya

Təhsilin inkişafını əsaslandıran Strategiya

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir