AzTehsil.com


H/N sənədlər
24 may 2016
13 295


İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?



 İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi?İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?"İnfoqraf" oxucularının  sualını hüquqşunas Ramin Qurbanovcavablandırdı. İşəgötürən və işçi arasında münasibətlər bağlanmış əmək müqaviləsi əsasında qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən еdilmiş qayda və şərtlər çərçivəsində tənzimlənir. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən ona töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa Kollektiv müqavilədə nəzərdə tutulduğu halda aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək və  əmək müqaviləsini ƏM 70-ci maddəsinin ç bəndinə müvafiq ləğv etmək kimi intizam tənbehlərindən birini verə bilər: Qeyd edim ki, "İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. İşəgötürən tərəfindən  qeyd olunan maddənin tənbeh növlərindən  hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Bu xəbərdarlıq işçinin intizam tənbehi cəlb edilməsini ehtiva etmir. Qanunvericilikdə konkret olaraq işçiyə inzibati tənbeh verilməmişdən öncə xəbərdarlıgın edilməsi nəzərdə tutulmamışdır.Nəzərə almaq lazımdir ki, intizam tənbehi verilməsi işəgötürənin vəzifəsi deyil işçinin əmək funksiylarını tam və ya qismən bununla məhdudlaşdırlmadan keyfiyyətsiz yerinə yetirilməsi zəmnində işəgötürənin adekvat hüququdur.
 İşəgötürən işçini iki halda xəbərdarlıq müddəti ilə işdən azad etməlidir
  Əmək qanunvericliyində İşəgötürən tərəfindən əmək müqaviləsini xitam verilməmişdən əvvəl işçilərin təminatları qismində 2 halda xəbərdarlıq müddəti tətbiq edilməsi nəzərdə tutulur.Belə ki, AR  Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə həmçinin  işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda isə bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə ləğv etməzdən iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir.
1. ARƏM 56-cı maddəsinə nisbətdə edilən xəbərdarlıq müddəti ərzində Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
2. AR Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə ləğv etməzdən əvvəl işçiyə tətbiq edilmiş xəbərdardarlıq müddəti ərzində  işçi hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
Qeyd etməyi zəruri hesab edirəm ki, yuxarıda qeyd edilən hallar üzrə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.
Bundan başqa, isə HİK arasında bağlanmış Kollektiv müqavilədə (və ya Sazişdə) əmək müqaviləsinə xitam verilərkən qanunvericlikdə nəzərdə tutulmayan təminatlar nəzərdə tutula bilər.
"İnfoqraf"



Загрузка...