AzTehsil.com
RU


H/N sənədlər
30 may 2016
5 518


Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi



  Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi
 Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi
        Vətəndaşların konstitusion hüququ olan əmək hüququnun həyata keçirilmə forması məhz əmək müqaviləsidir. AR Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqaviləsi sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 
          AR ƏM-nin üçüncü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Deməli, əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi çıxış edir. əmək müqaviləsi bağlandığı andan şəxs həmin müəssisənin işçisi hüquqi statusu alır və qüvvədə olan əmək qanunvericiliyi ona tətbiq edilir. 
        AR ƏM-nın 42-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəfləri işəgötürən və işçidir. İşçi dedikdə işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs başa düşülür. İşçi qismində həm respublika vətəndaşları, həm də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər çıxış edə bilər. Qanunun tələbinə əsasən 15 yaşına çatmış hər bir respublika vətəndaşı əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Miqrantlar isə 18 yaşına çatdıqda əmək fəaliyyəti ilə məşğul ola bilərlər, həmçinin onların fəaliyyəti üçün xüsusi lisenziya tələb olunur. 
       İşəgötürən dedikdə isə tam fəaliyyət qabiliyyətli olub, işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs başa düşülür. İşəgötürən kimi həm hüquqi, həm də fiziki şəxslər əmək müqaviləsinin tərəfi kimi çıxış edirlər. 
        Əmək müqaviləsi digər mülki hüquq müqavilələrindən fərqlənir. Belə ki əmək müqaviləsinin predmetini işçi qüvvəsi təşkil edir, qarışıq mülki hüquqi müqavilələrin predmetini isə maddiləşmiş əməyin son nəticəsi təşkil edir. Əmək müqavilələrinin digər fərqləndirici əlaməti müəssisə daxili intizam qaydalarına tabe olmaqla əmək normalarının yerinə yetirilməsində ibarətdir. Əks halda işçi intizam məsuliyyətinə cəlb oluna bilər ki, mülki hüquq müqavilələrdə belə hal nəzərdə tutulmur. 
       Əmək müqavilələrinin digər xarakterik əlaməti ondan ibarətdir ki, işçi üçün içəgötürən tərəfindən normal və təhlükəsiz əmək şəraiti yaradılmalıdır. Mülki hüquqi müqavilələrdə isə şəxs bu vəzifələri özü yerinə yetirir və əməyinin nəticəsinə görə haqq alır. 
        Əmək müqaviləsinə görə əmək nəticələrinin təsadüfi məhvolma nəticəsində risk işəgötürənin üzərinə düşürsə, qarışıq mülki hüquqi müqavilədə bu riski vətəndaş özü daşıyır. Sonuncu fərqləndirici əlamət ondan ibarətdir ki, əmək müqaviləsi şəxsi xarakterli müqavilədir, əməklə əlaqədar olan mülki hüquqi müqavilələrdə isə vətəndaş müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə onun icrasını digər şəxslərə tapşıra bilər. 
        Əmək müqaviləsini digər mülki hüquq müqavilələrindən fərqləndirmək lazımdır.Qeyd etdiyimiz kimi,əmək müqaviləsinin predmetini bilavasitə işçi təşkil edir,qarışıq mülki hüquqo i müqavilələrin predmetini isə maddiləşmiş əməyin son nəticəsi təşkil edirşƏmək müqaviləsinin tələbinə əsasən hər bir işci müəssisədaxili  intizam qaydalarına tabe olmaqla əmək normalarını yerinə yetirməlidir.Əks halda işçi intizam məsuliyyətinə cəlb oluna bilər ki,mülki hüquq müqavilələrdə belə hal nəzərdə tutulmur.
Əmək müqavilələrinin digər digər xarakterik əlaməti onda ibarətdir ki,işçi üçün işəgötürən tərfindən normal və təhlükəsiz əmək şəraiti yaradılmalıdır.Mülki hüquqi müqavilələrdə isə şəxs bu vəzifələri özü yerinə yetirir və əməyin nəticəsinə görə haqq alır.

Əmrah




Загрузка...
Həmçinin oxuyun:
Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

Fərdi əmək mübahisələri

Fərdi əmək mübahisələri

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Əmək mübahisələrinin anlayışı, növləri və səbəbləri

Əmək mübahisələrinin anlayışı, növləri və səbəbləri

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Sual  - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Sual - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

SUAL - İŞƏGÖTÜRƏN KİMLƏRin ƏMƏK MÜQAVİLƏSİNƏ XİTAM VERƏ BİLMƏZ ?

SUAL - İŞƏGÖTÜRƏN KİMLƏRin ƏMƏK MÜQAVİLƏSİNƏ XİTAM VERƏ BİLMƏZ ?

SUAL ? - İşəgötürən kimlərin əmək müqaviləsinə xitam verə bilməz?

SUAL ? - İşəgötürən kimlərin əmək müqaviləsinə xitam verə bilməz?

Əmək tərbiyəsi

Əmək tərbiyəsi

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

T Ö V S İ Y Ə L Ə R - Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair

T Ö V S İ Y Ə L Ə R - Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...