AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedoqojitəcrübə / Direktor / Müəllim / Digər Elan / Məktəbə qədər və məktəbdən kənar / Bölgə
23 oktyabr 2025
1 045

Diaqnostik qiymətləndirmə bağçaların idarəçiliyindəki boşluqları aradan qaldıra bilər - Deputat



Oktyabrın 25-də məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının müəyyən edilməsi məqsədilə ilk dəfə diaqnostik qiymətləndirmə həyata keçiriləcək. Bu addım məktəbəqədər təhsildə idarəçilik keyfiyyətinin artırılması və sistemin daha şəffaf mexanizmlərlə idarə olunması baxımından mühüm yenilik kimi dəyərləndirilir. Bəs bu qiymətləndirmə hansı yeniliklərə yol açacaq və təhsil sisteminə nə kimi töhfə verəcək?


”Bu proses bağçaların fəaliyyətinə sistemli nəzarəti və keyfiyyətin yüksəldilməsini təmin edəcək”


AzTehsil.com xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, bağça müdirlərinin ilk dəfə diaqnostik qiymətləndirmədən keçməsi ölkə üçün məktəbəqədər təhsil sistemində idarəetmə keyfiyyətinin ölçülməsi və standartlaşdırılması baxımından mühüm yenilikdir: 


“İlk dəfə olaraq bağça müdirlərinin bilik və bacarıqları obyektiv meyarlarla qiymətləndiriləcək ki, bu da idarəçilərin peşəkarlığının artırılması, hesabatlılıq və şəffaflıq prinsiplərinin güclənməsi deməkdir. Ümumilikdə, bu proses bağçaların fəaliyyətinə sistemli nəzarəti və keyfiyyətin yüksəldilməsini təmin edəcək. Bu qiymətləndirmənin əsas məqsədi müdirlərin peşəkar potensialını müəyyənləşdirmək, mövcud bilik və idarəetmə bacarıqlarını obyektiv şəkildə dəyərləndirmək, həmçinin inkişaf ehtiyaclarını üzə çıxarmaqdır. Diaqnostik qiymətləndirmə nəticəsində təlim-tədris, idarəetmə, maliyyə və kadr məsələlərində hansı sahələrdə təkmilləşməyə ehtiyac olduğu dəqiqləşəcək. Bu proses idarəçilikdə bir sıra əsas boşluqları aradan qaldıra bilər. Subyektiv təyinatların qarşısını alaraq rəhbər vəzifələrə daha hazırlıqlı şəxslərin seçilməsini təmin edəcək, idarəetmədə fərdi yanaşma və innovativ üsulların çatışmazlığını aradan qaldıracaq, müdirlərin fəaliyyətinə dair monitorinq və nəticəyönümlü idarəetmə mədəniyyətini formalaşdıracaq, təhsil müəssisələrində məsuliyyət və hesabatlılıq səviyyəsini yüksəldəcək”.


“Yaxşı idarəetmə keyfiyyətli təlim və sağlam mühit deməkdir”


Onun fikrincə, dolayısı ilə bu proses uşaqlar üçün real və müsbət dəyişikliklərə gətirib çıxara bilər: “Çünki yaxşı idarəetmə keyfiyyətli təlim və sağlam mühit deməkdir. Peşəkar müdir müəllim heyətinin motivasiyasını artırır, valideynlərlə əməkdaşlığı gücləndirir, uşaqlar üçün təhlükəsiz, yaradıcı və inkişafyönümlü mühit yaradır. Beləliklə, qiymətləndirmə nəticəsində bağçalarda tədris keyfiyyəti, metodika və uşaqların sosial-emosional inkişafı daha yüksək səviyyəyə çatacaq”.


“Müdirlərin səriştəsi artdıqca müəllim heyətinin işi daha effektiv idarə olunur”


M.Vəliyeva vurğulayıb ki, qiymətləndirmənin nəticələri əsasən üç istiqamətə təsir göstərəcək: “Kadr siyasəti baxımından uğurlu nəticə göstərən müdirlər təşviq ediləcək, zəif nəticə göstərənlər üçün isə təkmilləşdirmə proqramları hazırlanacaq. Təlim planlaması sahəsində müdirlərin zəif tərəfləri üzrə hədəfli təlimlər təşkil ediləcək. Sistem islahatları baxımından isə ümumi analiz nəticələri əsasında məktəbəqədər təhsilin idarəetmə modelində yeni standartlar və göstəricilər formalaşdırıla bilər. Uzunmüddətli baxışla bu addım məktəbəqədər təhsildə keyfiyyət mədəniyyətinin formalaşmasına xidmət edir. Müdirlərin səriştəsi artdıqca müəllim heyətinin işi daha effektiv idarə olunur, uşaqların fərdi inkişaf planları daha səmərəli tənzimlənir, valideynlərlə əməkdaşlıq mexanizmləri təkmilləşir. Nəticədə uşaqlar daha balanslı, təhlükəsiz və yaradıcı tədris mühiti qazanır, bu da onların məktəbə hazırlıq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldir.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

“Bu metod ali təhsil sistemimizdə mütərəqqi yenilikdir”

“Bu metod ali təhsil sistemimizdə mütərəqqi yenilikdir”