AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / İnnovasiyalar / İKT / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Dünya / Bölgə
23 oktyabr 2025
1 032

"Dini təhsil təkcə bilik deyil"



Dini təhsilin inkişafı üçün bir neçə mühüm istiqaməti diqqətinizə çatdırmaq istəyirəm.


AzTehsil.com xəbər verir ki, bu fikirləri “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin rektoru Əhməd Hüseyn Məhəmməd İbrahim "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpoziumda çıxışı zamanı bildirib:


“Əvvəla, dini təhsil sistemində müəllimlərin seçimi məsələsi xüsusi önəm kəsb edir. Biz elə müəllimlərə ehtiyac duyuruq ki, onlar həm yüksək elmi savada, həm də dərin mənəvi dəyərlərə sahib olsunlar. Dini fənləri tədris edən müəllim yalnız bilik ötürən deyil, həm də nümunəvi şəxsiyyət olmalıdır. Unutmayaq ki, müəllimlik böyük məsuliyyət və fədakarlıq tələb edən peşədir. Bu yerdə Əhməd Şövqinin sözlərini xatırlatmaq istərdim: ‘Müəllimə hörmət et, o, az qala bir peyğəmbərdir.’


İkinci vacib istiqamət - müəllimlərin davamlı inkişafıdır. Müasir dövrdə təhsil sistemi sürətlə dəyişir. Bu səbəbdən, dini sahədə çalışan müəllimlər də yeni metodlara, texnologiyalara və tədris yanaşmalarına açıq olmalıdırlar. Davamlı təlim və təcrübə onların peşəkar səviyyəsini qoruyub saxlamaq üçün vacibdir.


Üçüncü məsələ müəllimlər üçün dəstək və təşviq mexanizmlərinin yaradılmasıdır. Onlar üçün elə bir mühit formalaşdırmalıyıq ki, həm maddi, həm də mənəvi baxımdan özlərini dəyərli hiss etsinlər. Müasir tədris vasitələri, metodik materiallar və ixtisasartırma imkanları bu sahənin ayrılmaz hissəsinə çevrilməlidir.


Dördüncü istiqamət - tədris məzmununun yenilənməsidir. Bugünkü gənclik dinin mahiyyətini yalnız tarixi bilik kimi deyil, həm də həyat fəlsəfəsi kimi dərk etməlidir. Dərsliklər qısa, aydın və müasir tələblərə cavab verən formada hazırlanmalı, gənclərin maraqlarını nəzərə almalıdır.


Əziz dostlar, biz artıq elə bir dövrdəyik ki, köhnə tədris üsulları öz funksiyasını tamamlayıb. Bu gün interaktiv, texnologiyaya əsaslanan öyrənmə formalarına keçid qaçılmazdır. Yalnız belə tədris mühiti gənclərin marağını oyada və onları mənəvi biliklərə yönəldə bilər.


Eyni zamanda, dini tədrisdə təriqətçiliyə, ifratçılığa və ayrı-seçkiliyə yol vermək olmaz. İslam insanlıq, qardaşlıq və qarşılıqlı hörmət dinidir. Qurani-Kərimdə buyurulur: ‘Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq, sizi xalqlara və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız.’ Bu ayə bizə göstərir ki, din bölücülüyə yox, birliyə çağırır.


Dərslik və materialların keyfiyyəti məsələsinə də toxunmaq istəyirəm. Onlar mütləq mütəxəssislər tərəfindən dəyərləndirilməli, nifrət və radikal çağırışlardan uzaq tutulmalıdır. Bizim məqsədimiz təhsildə saflığı, şəffaflığı və mənəvi dərinliyi qorumaqdır.


Əlbəttə, dini təhsil təkcə bilik ötürmək deyil, həm də şəxsiyyət formalaşdırmaq deməkdir. Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar mənəvi cəhətdən saf, tolerant və insanlara hörmətlə yanaşan fərdlər olsunlar. Dini biliklər onların həyatına işıq tutmalı, davranışlarına yön verməlidir.


Dini təhsil həm də tənqidi düşünmə qabiliyyətini inkişaf etdirməlidir. Gənclər dinin mahiyyətini dərindən anlamalı, müxtəlif baxışlara hörmətlə yanaşmağı bacarmalıdırlar. Bu, həm dini, həm də dünyəvi dəyərlərin harmoniyasını qorumaq üçün vacibdir.


Vətəndaşlıq dəyərləri də bu təhsilin ayrılmaz hissəsi olmalıdır. Din bizə ədaləti, mərhəməti və birliyi öyrədir. Biz ‘din Allah üçündür, vətən hamımızındır’ prinsipini unutmamalıyıq.


Nəhayət, dini təhsil müasir çağırışlara da cavab verməlidir. Proqramlara qlobal sülh, iqlim dəyişikliyi, sosial ədalət kimi mövzular daxil edilməli, dinin insanlığa fayda gətirən tərəfləri ön plana çəkilməlidir.


Yalnız bu şəkildə biz həm elmi, həm mənəvi, həm də vətəndaşlıq baxımından yetkin nəsil yetişdirə bilərik. Bu isə cəmiyyətimizin sabahına atılan ən möhkəm təməldir”.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

İlahiyyat İnstitutunun yeni rektoru: “İfrat fikirlərin yayılmasının qarşısını almaq üçün...” - MÜSAHİBƏ

İlahiyyat İnstitutunun yeni rektoru: “İfrat fikirlərin yayılmasının qarşısını almaq üçün...” - MÜSAHİBƏ

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Müəllimlər cəmiyyətin səssiz QƏHRƏMANLARIDIR

Müəllimlər cəmiyyətin səssiz QƏHRƏMANLARIDIR

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi